Ötən il AzadlıqRadiosunun «Iz» proqramının 7-ci yekun ilini yazanda (2004-cü ilin iyunundan efirdədir), ağlıma bir fikir gəldi: Mədəniyyətimiz sanki «Leyli--Məcnun»dan başlayır – deyə düşündüm. Yox, bununla mədəniyyət tariximizi qısaltmaq fikrim yoxdur. Nə deyirsən de, ilin ilk mədəniyyət olayı deyərkən 1908-ci il yanvarın 12-də tamaşaya qoyulan «Leyli-Məcnun» yada düşür. Belə önəmli bir hadisənin məhz Yeni ilin ilk günlərində gerçəkləşməsi də sanki qanunauyğunluqdur. Odur ki, bu dəfə daha inamla yazıram:
HƏR İLİMİZ «LEYLİ-MƏCNUN»LA BAŞLAYIR!
Əziz oxucum! İlk operamız haqqında, onun yaranma tarixi barədə saysız araşdırmalar var. Artıq XXI əsrdir və bu opera hər gələn nəsilləri ovsunlayır. Onu ölkəyə təşrif buyuran xarici qonaqlara fəxrlə təqdim edirlər. O, bizim milli sərvətimizdir. İndi sizin diqqətinizə çatdırdığımız «İz»də də mütəxəssislər bu ölməz əsər barədə sevgi ilə danışırlar. Amma mən bu yazımda «Leyli- Məcnun»un yaranmasına onların deyil, Üzeyir bəyin kiçik qardaşı Ceyhun bəyin gözləriylə, daha dəqiqi sözləriylə baxmaq istəyirəm. Fikrimcə, bu sizin üçün də maraqlı olar.
İLK AZƏRBAYCAN OPERASI NECƏ YARANDI?
Ceyhun bəyin bu başlıqla yazdığı xatirələri var. Mədəniyyət və İncəsənət Arxivindədir. Rusca yazılıb.1918-ci ilin sonlarında Ə. M.Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində müşavir kimi Fransaya gedən Ceyhun bəy Hacıbəyli bir daha Vətənə dönə bilmədi. Fransa Xarici İşlər Nazirliyində çalışdı (Ceyhun bəy Sarbon universitetini bitirmişdi). Ömrünün sonuna kimi Vətən həsrəti çəkdi, yazdı, yaratdı. Və Parisdə 1962-ci ildə gözlərini yumdu...
ŞUŞA...ƏZİZ ŞUŞA...
Geyhun bəy Üzeyir bəydən üç yaş kiçik idi. Şuşada bir yerdə böyüyümüşdülər. Xatirələrində yazdığına görə, ana tərəfdən qohumları arasında dörd oxuyan və üç tarzən olub. Qardaşların da - həm Ceyhunun, həm Üzeyirin yaxşı səsi varmış. Məşqlər sayəsində onlar nəinki təsnifləri, hətta muğamları da öyrəniblər. Teatrla da Şuşada məktəb illərində--Haşım bəy Vəzirovun rus-tatar məktəbində tanış olublar. Ə.Haqverdiyevin «Dağılan tifaq» tamaşasında hər ikisi iştirak edib.
Ceyhun bəy yay aylarının birində iki tələbənin ifasında göstərilən «Məcnun Leylinin qəbri önündə» səhnəciyini də xatırlayır və bu qısa nömrənin onlara dərin təsir bağışladığını yazır:
«Sentimentallıq romantizmə meylli qarabağlıların canındadır. Onu deyim ki, hələ Şuşadan Bakıya gəlməzdən əvvəl qardaşım Üzeyir Qori Müəllimlər seminariyasında təhsil alarkən skripka çalmağı və not sistemini öyrənmişdi. Tətil zamanlarında Şuşaya gələndə, o çalğısını cilalar, mən də Avropa musiqisinin elementlərindən, opera və romanslardan xəbər tutmağa imkan tapardım. Öz növbəmdə Üzeyiri də doğma musiqimizdəki yeniliklərdən hali edər, bu və digər muğamı onun yadına salardım».
BAKI – İLK OPERANIN DOĞULDUĞU ŞƏHƏR
Qardaşlar Bakıda yaşamağa başlarkən şəhərin mədəni həyatına qoşulurlar. «Romeo və Cülyetta»nı, «Tristan və İzolda»nı, «Traviata»nı, «Toska»nı görüb-eşidirlər. «Bunlar «Leyli-Məcnun» mövzusuna yaxın olduğu üçün bizə daha dərin təsir etdi»—deyə xatırlayır Ceyhun bəy.
İLK OPERA «ISLAMİYYƏ» OTELİNDƏ YAZILDI
1907-ci ilin yazında münasib şərait olan kimi qardaşlar işə başlayır. «Təşəbbüskarlıq göstərən qardaşım oldu»-deyir Ceyhun bəy və əlavə edir: «Biz, daha çox Füzulidən olmaqla və elə özümüzün düzüb-qoşduğumuz tam mətnə artırmaqla, lirik nömrələri mənimsəyir və mətni işləyirdik».
MUĞAM JANRINI SEÇDİK
Vokal nömrələr üçün muğamı seçirlər. «Xalq musiqisindən və ya orijinal motivlərdən ibarət təsniflərdən də istifadə edirdik». Üzeyir bunları nota köçürür və tədricən xor ifası üçün çoxsəslilik (polifoniya) yaradırdı. Ceyhun bəy xüsusi vurğulayır ki, Şərq musiqisində polifoniya olmadığı üçün qardaşımı bu işin pioneri saymaq olar.
OPERANIN YAZILDIĞINI KİM BİLİRDİ?
Ceyhun bəy çox az adamın bu işdən xəbərdar olduğunu yazır və Əbdürrəhim bəy Haqverdiyevin adını xüsusi vurğulayır. «O özü Avropa musiqiqsinə və not sisteminə bələd olduğu üçün bizə dəyərli məsləhətlər verirdi». Hətta Əbdürrəhim bəyin bir tamaşada Üzeyiri əvəz edib dirijor pultu arxasında dayandığını da qeyd edir.
PARTİTURA BİR NEÇƏ AYA HAZIR OLUR
Artıq tamaşa barədə düşünmək, münasib orkestr və artistlər tapmaq vaxtı çatır. Üzeyir keçmiş seminariya yoldaşlarından ibarət simli orkestr yaradır. Məsələ artistlərə gələndə, iş müşkülə düşür. Opera üçün güclü səs gərək idi. Dram artistlərinin səsi yox idi, xanəndələr isə səhnədə oxumurdular. Məcnun rolunu canlandırmaq elə də asan deyildi...
LEYLİ, LEYLİ, BİVƏFA LEYLİ!
Leylini oynayan aktrisa tapmaq isə heç mümkün deyildi. Belə aktrisa sadəcə yox idi. Ceyhun bəy uzun axtarışlardan sonra Məcnun rolunun şəhər upravasında işləyən Məmmədhüseyn Sarablıya (Hüseynqulu Sarabski--S.İ.) tapşırıldığını yazır, onun xoşagələn səsi olduğunu və həvəskar artist kimi çıxış etdiyini deyir. Daha sonra Leyli obrazını yaxın qohumları Əhməd Bədəlbəylinin (Ağdamski) canlandırdığını deyir. (Əslində, ilk tamaşada Leyli rolunu Ə.Fərəcov canlandırıb-S.İ.).
İBN-SALAMI CEYHUN ÖZÜ OYNAYIR
Ceyhun bəy Üzeyirin xahişi ilə bu rolu oynadığını qeyd edir və deyir ki, səhnədə ancaq oxuyurdum və «yaxşı ki, bu rolun ifası elə də aktyorluq məharəti tələb etmirdi». Məcnunun atası muğamı əla bilən Mirzə Muxtara tapşırılır. Ceyhun bəy bu şəxs barədə xatirələrində çox məzəli söhbətlər danışır.
Həmçinin tamaşanın xoreoqrafiyasını boynuna götürən məktəb yoldaşları Bəhram Vəzirov barəsində. Bəhram tamaşada heç vaxt görmədiyi ərəb rəqsini elə oynayıb ki, seyrçilər həvəsə gəliblər. «Təsəvvür edin ki, baletmeystr özü də heç vaxt ərəb rəqsi görməmişdi»- deyə zarafat edir Ceyhun bəy.
MƏŞQ ÜÇÜN YER LAZIM İDİ
Rol ifaçılarının sayı artdığından «İslamiyyə»nin nömrəsi darlıq edirdi. Odur ki, bir müddət Leylinin atasını oynayan İmran Qasımovun evində məşq edirlər. Ancaq İmranın qardaşı köhnəfikirli olduğundan «bu işdən heç nə çıxmayacaq»--deyib onları həvəsdən salırmış. «Ona elə gəlirdi ki, -- həm də təkcə ona yox, -- biz əlçatmaz, fantastik, təbiiliyə yad, üstəlik, adi müsəlman gerçəkliyi ilə bir araya sığmayan, adliyin hüdudlarını aşan qınanası olaylar aləminə qovuşmağa can atırıq».
ƏZİYYƏTİN ÇOX HİSSƏSİ ÜZEYİRİN ÜSTÜNƏ DÜŞÜRDÜ
Kiçik qardaş elə belə də yazır. «Bəzən o, gecə saat ikiyə-üçəcən oturub işləyir və əsl mələk hövsələsi və mələk inadıyla musiqili-vokal səhnə ifaçılığının uyumlu ansamblını yaratmaq istəyirdi. Ona imkanım daxilində kömək edirdim».
«NİCAT» CƏMİYYƏTİ BİZİ DƏSTƏKLƏYİRDİ
Ceyhun bəy ilk milli opera yaratmaq təşəbbüsünə «Nicat» Maarifçilik Cəmiyyətinin ətrafında birləşmiş ziyalıların dəstək verdiyini yazır. «Onlar məsələnin ciddiləşdiyini yəqin edəndən sonra milli operanın taleyində daha yaxından iştirak etmək istəyirdilər» –deyə vurğulayır. Ən çox da müəssisənin rəhbəri İsa bəy Aşurbəyovun adını çəkir. «..İsa bəy «İrşad» qəzetini maliyyələşdirən xeyriyyəçi idi. Bu qəzetin redaktoru tanınmış Azərbaycan-türk publisisti və siyasi xadimi Əhməd Bəy Ağaoğlu sonradan Türkiyə Milli Məclisinə deputat seçilmişdi». Qardaşların hər ikisi Bakıya gələndə indicə adını çəkdiyim «İrşad» qəzetində çalışmışdılar. «İsa bəy Üzeyirlə dost olduğu üçün bizə əlindən gələn köməyi etməyə çalışırdı».
NƏHAYƏT, O AXŞAM GƏLİB ÇATDI
Ceyhun bəy yazır ki, hamı həyəcanlıydı, amma ən çox müəlliflər. Müəlliflər deyəndə, o Üzeyirlə özünü nəzərdə tutur. Axı, ilk operamızın afişasında müəllif kimi iki qardaşın adı yazılmışdı. İnsafən, Ceyhun bəy «ən çox müəlliflər» sözünü yazan kimi də əlavə edir: «Tamaşanın demək olar ki, bütün çətinliyi son anadək yorulmadan gərgin məşqlər keçirən Üzeyirin üstünə düşürdü».
ÜZEYİR DİRİJOR ÇUBUĞUNU QALDIRDI...
İndi sizə Ceyhun bəyin ilk tamaşa gününü necə təsvir etdiyini onun öz dilindən verməyə çalışacağam:
« Ayın tarixi də yadımdan çıxıb, hansı mövsüm olması da--amma 1908-ci il olduğu xatirimdədir. Üzeyir dirijor çubuğunu qaldırdı və maraqdan gərilərək Tağıyev teatrını ağzınacan dolduran seyrçilərin intizarla gözlədiyi tamaşa başlandı. Adətən, teatrda səs-küyündən qulaq tutulan seyrçilər bütün tamaşa boyu sanki nəfəs çəkmədilər, hətta əl çalmağa cürətləri çatmadı. Ara-sıra həddən artıq sentimental seyrçilərin göz yaşları, bir də Leylinin atası qızını Məcnuna verməkdən boyun qaçıran zaman həyəcan dalğalanmaları hiss olundu. Amma tamaşa bitəndə, alqış tufanı qopdu və həmin vaxtacan özünü saxlayan seyrçilər bu görünməyən taamaşadan aldıqları ləzzəti və razılığı dilə gətirdilər.
İlk Azərbaycan operasının son dərəcə həvəskar quruluşda təqdimatı böylə başladı və böylə bitdi...»
AYIN TARİXİ DƏ YADIMDAN ÇIXIB...
Ceyhun bəy Fransaya 30 yaşında getdi və dediyim kimi, bütün həyatını orada yaşamağa məcbur oldu. Odur ki, onun «ayın tarixi də yadımdan çıxıb, hansı mövsüm olması da»-yazması tamamilə təbiidir... Amma bu tarix bizlərin yadından çıxa bilərmi? Hər gələn yeni il qarğaşasından sonra bizlər bu tarixi əziz bir gün kimi xatırlamırıqmı? Elə isə bir daha «Leyli-Məcnun» dünyasına musiqili səyahətə nə deyirsiniz? «İz» qarşınızdadır.
HƏR İLİMİZ «LEYLİ-MƏCNUN»LA BAŞLAYIR!
Əziz oxucum! İlk operamız haqqında, onun yaranma tarixi barədə saysız araşdırmalar var. Artıq XXI əsrdir və bu opera hər gələn nəsilləri ovsunlayır. Onu ölkəyə təşrif buyuran xarici qonaqlara fəxrlə təqdim edirlər. O, bizim milli sərvətimizdir. İndi sizin diqqətinizə çatdırdığımız «İz»də də mütəxəssislər bu ölməz əsər barədə sevgi ilə danışırlar. Amma mən bu yazımda «Leyli- Məcnun»un yaranmasına onların deyil, Üzeyir bəyin kiçik qardaşı Ceyhun bəyin gözləriylə, daha dəqiqi sözləriylə baxmaq istəyirəm. Fikrimcə, bu sizin üçün də maraqlı olar.
İLK AZƏRBAYCAN OPERASI NECƏ YARANDI?
Ceyhun bəyin bu başlıqla yazdığı xatirələri var. Mədəniyyət və İncəsənət Arxivindədir. Rusca yazılıb.1918-ci ilin sonlarında Ə. M.Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində müşavir kimi Fransaya gedən Ceyhun bəy Hacıbəyli bir daha Vətənə dönə bilmədi. Fransa Xarici İşlər Nazirliyində çalışdı (Ceyhun bəy Sarbon universitetini bitirmişdi). Ömrünün sonuna kimi Vətən həsrəti çəkdi, yazdı, yaratdı. Və Parisdə 1962-ci ildə gözlərini yumdu...
ŞUŞA...ƏZİZ ŞUŞA...
Geyhun bəy Üzeyir bəydən üç yaş kiçik idi. Şuşada bir yerdə böyüyümüşdülər. Xatirələrində yazdığına görə, ana tərəfdən qohumları arasında dörd oxuyan və üç tarzən olub. Qardaşların da - həm Ceyhunun, həm Üzeyirin yaxşı səsi varmış. Məşqlər sayəsində onlar nəinki təsnifləri, hətta muğamları da öyrəniblər. Teatrla da Şuşada məktəb illərində--Haşım bəy Vəzirovun rus-tatar məktəbində tanış olublar. Ə.Haqverdiyevin «Dağılan tifaq» tamaşasında hər ikisi iştirak edib.
Ceyhun bəy yay aylarının birində iki tələbənin ifasında göstərilən «Məcnun Leylinin qəbri önündə» səhnəciyini də xatırlayır və bu qısa nömrənin onlara dərin təsir bağışladığını yazır:
«Sentimentallıq romantizmə meylli qarabağlıların canındadır. Onu deyim ki, hələ Şuşadan Bakıya gəlməzdən əvvəl qardaşım Üzeyir Qori Müəllimlər seminariyasında təhsil alarkən skripka çalmağı və not sistemini öyrənmişdi. Tətil zamanlarında Şuşaya gələndə, o çalğısını cilalar, mən də Avropa musiqisinin elementlərindən, opera və romanslardan xəbər tutmağa imkan tapardım. Öz növbəmdə Üzeyiri də doğma musiqimizdəki yeniliklərdən hali edər, bu və digər muğamı onun yadına salardım».
BAKI – İLK OPERANIN DOĞULDUĞU ŞƏHƏR
Qardaşlar Bakıda yaşamağa başlarkən şəhərin mədəni həyatına qoşulurlar. «Romeo və Cülyetta»nı, «Tristan və İzolda»nı, «Traviata»nı, «Toska»nı görüb-eşidirlər. «Bunlar «Leyli-Məcnun» mövzusuna yaxın olduğu üçün bizə daha dərin təsir etdi»—deyə xatırlayır Ceyhun bəy.
İLK OPERA «ISLAMİYYƏ» OTELİNDƏ YAZILDI
Ceyhun Hacıbəyli və qardaşı Soltan Hacıbəyli
Bu otel Azərbaycan prospekti (Hüsü Hacıyev) ilə Nizami küçəsinin kəsişməsində yerləşirdi. Şəhərə gələn Hacıbəylilər evləri olmadığı üçün burada yaşamağa məcbur idilər (Nə yazıq ki, ilk operamızın yazıldığı yerdə heç bir lövhə də asılmayıb). Ata-ana böyük qardaş Zülfüqarla Şuşada yaşayırdı. 1907-ci ilin yazında münasib şərait olan kimi qardaşlar işə başlayır. «Təşəbbüskarlıq göstərən qardaşım oldu»-deyir Ceyhun bəy və əlavə edir: «Biz, daha çox Füzulidən olmaqla və elə özümüzün düzüb-qoşduğumuz tam mətnə artırmaqla, lirik nömrələri mənimsəyir və mətni işləyirdik».