Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:20

Mübahisə ilə Qarabağ münaqişəsinin həllinə mane olmaq yersizdir


“Beynəlxalq tribunalarda mübahisə ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olmaq yersizdir".

İnterfaksın məlumatına görə, bunu Moskvada keçirdiyi mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Lavroqv qeyd edib ki, başlıca məsələ hazırkı mərhələdə bu prosesə mane olmamaqdır.

Çünki BMT və ATƏT kimi təşkilatların tribunaları bu işə cəlb olunan kimi, məsələ işgüzar müzakirələrdən nümayişkaranə mübahisəyə keçir və hadisələrin bu cür kəskin dəyişməsi mövqelərin yaxınlaşmasını əngəlləyir.

“Hələ ki, bu cür sindromları aradan qaldırmaq mümkün olub, xüsusilə də müsbət ab-havanın yaradılmasında Azərbaycan və Ermənistan prezidentlərinə kömək edən bizim prezidentimizin səyi nəticəsində “ , deyə o vurğulayıb.

Lavroq qeyd edib ki, Moskva bu səylər barədə münaqişənin həllində vasitəçilik edən Vaşinqtonla Parisə daima məlumat verib və onlar Rusiyanın bu yöndə fəaliyyətini dəstəkləyirlər.
XS
SM
MD
LG