Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:46

Tunis prezidenti ölkədən qaçdı


Baş nazir Mohammed Ghannouchi (solda) və parlament sədri Fouad Mebazaa
Baş nazir Mohammed Ghannouchi (solda) və parlament sədri Fouad Mebazaa
PREZİDENTİN SƏLAHİYYƏTLƏRİ PARLAMENT SƏDRİNƏ KEÇDİ

Tunisdə müvəqqəti prezidentin andiçmə mərasimi keçirilib.

Parlament sədri Foued Mebazaa müvəqqəti prezident kimi Baş nazirə yeni hökumət yaratmağı tapşırıb.

Bundan əvvəl Baş nazir Mohammed Ghannouchi prezidentin səlahiyyətlərini üzərinə götürdüyünü bəyan etmişdi.

Amma ölkənin Konstitusiya Şurası bildirib ki, prezidentin səlahiyyətləri Baş nazirə yox, parlamentin sədrinə keçməlidir.

TUNİS PREZİDENTİ SƏUDİYYƏ ƏRƏBİSTANINA QAÇIB

Hakimiyyətdən uzaqlaşdırılaraq ölkəni tərk etmiş Tunis prezidenti Zine El Abidine Ben Ali ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına gedib.

Prezident Ben Ali televiziya ilə çıxışında 2014-də hakimiyyədən gedəcəyini vəd edirdi
Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyi məlumatı təsdiqləyib.

Prezidentin səlahiyyətlərini yeni seçkiyədək Baş nazir Mohammed Ghannouchi üzərinə götürüb.

Bir neçə həftə idi ki, Tunisdə işsizliyin səviyyəsinin artması və korrupsiyaya qarşı kütləvi aksiyalar keçirilirdi.

Polislə toqquşmalarda onlarla nümayişçi ölüb.

Hökumət ölkədə komendant saatı tətbiq etsə də, gərginliyi yatıra bilmədi və sonda 23 ildən çox idi ki, ölkəni idarə edən prezident ölkədən qaçmalı oldu.

ABŞ və Avropa Birliyi ölkə sakinlərini sakitliyə və mümkün qədər dinc yolla yeni hökumət yaratmağa çağırıblar.


TUNİS PREZİDENTİ ÖLKƏDƏN QAÇDI


Tunisin Baş naziri bildirir ki, prezident Zine El Abidine Ben Ali ölkəni tərk edib.

Hələlik 74 yaşlı prezidentin hara getdiyi məlum deyil. Baş nazir Mohammed Ghannouchi dövlət televiziyası ilə çıxışında deyib ki, erkən prezident seçkisi keçirilənə qədər dövlət başçısının səlahiyyətlərini o, icra edir.

Baş nazir xəbərdarlıq edib ki, yeni prezident seçilənə qədər hər kəsi Konstitusiyaya əməl etməlidir.

Bir neçə saat əvvəl prezidentin hökuməti buraxaraq ölkədə fövqəladə vəziyyət elan etməsi barədə xəbərlər yayılmışdı.

Tunistdə bir aya yaxındır ki, ölkədə kütləvi işsizliyə və korrupsiyaya etiraz olaraq mitinqlər keçirilirdi. İnsan haqları fəalları son bir həftədə keçirilən mitinqlərdə
Baş nazir Mohammed Ghannouchi prezidentin qaçdığını elan edir
polisin 70-ə yaxın adamı öldürdüyünü bildirirlər.

23 ildir hakimiyyət başında olan prezident Ben Ali yanvarın 13-də bildirmişdi ki, 2014-cü ildə - indiki prezidentlik müddəti bitən kimi hakimiyyətdən gedəcək.

O həmçinin polisə nümayişçilərə qarşı öldürücü güllələrdən istifadə etməməyə göstəriş verdiyini, əsas ərzaq mallarının qiymətini endirməyi tapşırdığını demişdi.

Amma həmkarlar təşkilatları prezidentin vədlərinə inanmayaraq ölkə boyu etiraz aksiyalarına çağırmışdı.
Tunis küçələri dağıdılan etiraz aksiyasından sonra, 14 yanvar 2011

Yanvarın 14-də paytaxtda minlərlə adam toplaşaraq prezidentin dərhal istefasını tələb edirdi. Polis aksiyanı dağıtmaq üçün gözyaşardan qazdan istifadə edib.

BMT-nin Baş katibi Ban Ki-mun ölkədə sakitliyi bərpa etməyə və bütün tərəfləri böhranı aradan qaldırmaq üçün danışıqlara dəvət edib.

Turizm agentlikləri ehtiyat tədbiri kimi ölkədən minlərlə turisti təxliyyə edib. Şimali Afrika ölkəsi olan Tunisin iqtisadiyyatın əsas gəlir mənbələrindən biri turizmdir.

Sonuncu etiraz aksiyalarına qədər Qərb liderləri Tunisi ərəb dünyasında model ola biləcək sabit ölkə kimi təqdim edirdilər. 1987-ci ildə qansız inqilabla hakimiyyətə gələndən bu yana Ben Ali faktiki olaraq ciddi tənqidlər olmadan hakimiyyətini davam etdirirdi. Bu gün baş verənləri isə artıq qərb mətbuatında "Tunisin yasəmən inqilabı" adlandırırlar.
XS
SM
MD
LG