Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:13

Türkmənistan «Transxəzər» kəmərinə «hə» dedi


Qurbanqulı Berdıməhəmmədov və Joze Manuel Barrozu
Qurbanqulı Berdıməhəmmədov və Joze Manuel Barrozu
Türkmənistan həm sualtı kəmər, həm də tankerlərlə Xəzər vasitəsilə qaz nəqlini nəzərdən keçirməyə hazırdır.

Bunu Aşxabadda jurnalistlərə Avropa Komissiyasının sədri Joze Manuel Barrozu (Jose Manuel Barroso) ilə görüşdən sonra prezident Qurbanqulı Berdıməhəmmədov deyib.

O qeyd edib ki, bunun üçün bütün lazımi şərait var:

«Təbii qazın Türkmənistandan Avropa bazarlarına çıxarılmasının bir neçə variantı var. Kommersiya, maliyyə və infrastruktur baxımından onların ən cəlbedicisi Xəzərin dibi ilə kəmərin tikintisidir».

Aşxabaddan əvvəl Barrozu Bakıda olub. Avropa Birliyi və Azərbaycan yanvarın 13-də Bakıda «Cənub qaz dəhlizi» haqqında bəyannamə imzalayıblar. Sənəddə Bakının Avropaya «kifayət qədər» uzun müddətə qaz verməsi nəzərdə tutulur.
XS
SM
MD
LG