Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 22:23

Tunisdə hələ də atəş səsləri eşidilir


Tunisdə vəziyyət gərgin olaraq qalır.
Şəhərdə hərc-mərclik davam edir.

Şəhərdə komendant saatə tətbiq edilib, küçələrə tanklar çıxarılıb, hələ də arabir atışma səsləri eşidilir.
Dünən baş vermiş hərc-mərclikdə onlarla adam ölüb.
Hərbçilər yeni qarətlərin qarşısını almağa çalışırlar.

Turistlər ölkəni tərk edirlər.

Bir Tunis sakinin dedikləri:

"İndi bizə evlərimizi qorumaq lazımdır.
Tunis indi bizim gördüyümüz, adət etdiyimiz şəhər deyil.
Əvvəllər biz hər şeydən qorxur,bir-birimizə yalan danışırdıq.
Amma indi birləşmişik. Biz korrupsiyaya son qoyulmasını tələb edirik və ona qarşı mübarizəni davam etdirəcəyik".

Kütləvi etirazla devrilmiş prezident Zine əl Abidin Ben Əli ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına qaçıb.

Prezidentin səlahiyyətləri parlamentin sədri Fuad Mebazza keçib.
O yeni prezident seçkisinədək müxalifətin də iştirakıyla ölkədə milli birlik hökuməti yaratmağa çağırıb.

Ölkə konstitusiyasına görə, 60 gün ərzində ölkədə yeni prezident seçkisi keçirilməlidir.

Azərbaycanın Tunisdəki müvəqqəti işlər vəkili Mübariz İmanzadə baş verən hadisələrdə Azərbaycan vətəndaşlarına xəsarət dəymədiyini deyir.
XS
SM
MD
LG