Azərbaycanlı araşdırmaçı Nuridə Atəşi Almaniyada keçirilmiş beynəlxalq konfransda ən qədim amazonların Gürcüstanda yaşaması haqda fikirlərə etiraz edib.
O, ən qədim savaşçı qadınların Azərbaycanda yaşadığını bəyan edib.
Almaniyanın Rheinland-Pfalz əyalətinin Speyer muzeyində 2010-cu ilin sentyabrından bu ilin fevralına qədər amazon sərgisi nümayiş etdirilməkdədir.
Eksponatlar sərgiyə Berlin, London, Paris, Neapol, Kiyev, Tbilisi muzeylərindən borc alınaraq gətirilib.
Sərgidə son illərin bir çox arxeoloji tapıntıları da dünyaya ilk dəfə sərgilənib.
Sərgi iştirakçılarının və beynəlxalq tədqiqatçıların ən böyük marağına səbəb olan eksponat isə Gürcüstandan gətirilmiş və miladdan əvvəl 1-ci minilliyə aid edilən bir savaşçı qadın qəbridir.
Muzeyin verdiyi məlumata görə bu, dünyada ən qədim savaşçı qadın qəbri olaraq beynəlxalq ictimaiyyətə təqdim edilir:
Məlumatda deyilir ki, "qəbirdən tunc qılınc və ox ucu da çıxıb. Savaşçı qadının isə başından yara alması aşkar edilib".
Yanvarın 14-16-da Muzey tərəfindən hazırlanan Beynəlxalq Peşəkar Konfransına dünyanın bir çox ölkələrindən (Danimarka, Fransa, Ukrayna və.s) gəlmiş tarixçilər, arxeoloqlar, etnoqraflar, mədəniyyətşünaslar, bu mövzuda müxtəlif universitetlərdə araşdırmalar aparan tədqiqatçılar qatılıb. Onlar arasında azərbaycanlı araşdırmaçı Nuridə Atəşi də olub.
N.Atəşi konfransda bildirib ki, 2004–cü ilin oktyabrında Azərbaycan Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası Sankt-Peterburqdan gələn həmkarlarının köməyi ilə (B.İbrahimov, Solmaz Qaşqay, İ.Medvedskaya) Azərbaycanın Naxçıvan əyalətinin Ordubad şəhəri yaxınlığındakı Plovdağ qədim yaşayış məskənində savaşçı qadın qəbri aşkar edib.
“Həmin qəbirdən savaşçı qadına məxsus ox qabı və 13 ox, eləcə də digər bəzək əşyaları aşkar edilib. Ekspedisiya savaşçı qadın qəbrinin eradan əvvəl 2-ci minilliyin birinci yarısına aid olduğunu sübut edib”.
N.Atəşi arxeoloqların qazma işləri haqqında hazırladıqları hesabatı da konfrans iştirakçılarına göstərib.
15 ilə yaxındır ki, Qafqazda amazonların tarixini araşdıran N.Atəşi Almaniyada keçirilmiş amazon sərgisində xüsusilə yunan və indogerman skit amazonlarına daha çox ağırlıq verildiyini, sərginin səthi hazırlandığını bildirsə də, bunun amazon tədqiqatında ilk addım olaraq böyük əhəmiyyət daşıdığını, muzey direktoru prof. Dr. Aleksandr Koxun söyləmiş olduğu „Amazon tədqiqatı hələ indi başlayır“ fikrinin çox mühüm olduğunu bildirib.