Azərbaycanda gənc xanım modelyerlərin I Bakı Beynəlxalq Moda Festivalı başlayıb.
Festivalın təşkilində məqsəd modelyer-dizaynerlərin potensiallarının reallaşdırılması üçün əlverişli şəraitin yaradılması, gənclərin yaradıcılığına diqqətin cəlb olunması və gənclərin asudə vaxtının səmərəli təşkilindən ibarətdir.
Yaşı 18-29 olan gənc xanımların festivalı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, www.fashion.az saytının və moda agentliyinin iştirakı ilə keçirilir.