Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:24

Lukaşenko yenidən Avropanın sanksiyaları ilə üzləşə bilər


Belarus prezidenti Aleksandr Lukaşenkoya yenidən Avropya səyahət etmək qadağası qoyula bilər.

Avropa Birliyinin xarici siyasət rəsmisi Catherine Ashton bildirib ki, bu, mübahisəli prezident seçkilərindən sonra həbs olunanların hamısının azad edilməməsi ilə əlaqədardır.

Avropa xarici işlər nazirləri Lukaşenkonun məsələsini yanvarın 31-də müzakirə edəcək.

Bir müddət əvvəl Polşa mətbuatı Lukaşenkonun bu ölkəyə səfərinə qadağa qoyulmasına dair qərar verildiyini yazıb.
XS
SM
MD
LG