Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 21:25

Avropa Parlamenti Belarusa qarşı sanksiyalara çağırır


Belorusda, Mİnskdəki 19 Dekabr mitinqi
Belorusda, Mİnskdəki 19 Dekabr mitinqi
Avropa Parlamenti Belarusda seçkisonrası zorakılığı kəskin pisləyib və bu ölkəyə qarşı sanksiyaların bərpasına çağırıb.

Avropa Parlamentinin Yanvarın 20-də Strasburqda qəbul etdiyi qətnamədə belə deyilir. Avropalı deputatlar konkret olaraq Belarus rəsmilərinin Avropa Birliyinə səfərlərinə qadağa qoyulmasını və Minskə hər hansı iqtisadi yardımların, o cümlədən Beynəlxalq Valyuta Fondunun xətti ilə yardımların dayandırılmasına çağırıb.

Qətnamədə deyilir ki, sanksiyalar ən azından Belarusda həbsdə olan bütün siyasi məhbuslar buraxılana qədər qüvvədə qalmalıdır.

Səsvermədən dərhal sonra Avropa Parlamentinin prezidenti Jerzy Buzek bəyanat verib ki, “Avropa Parlamenti daim Belarus xalqının yanında olacaq. Və biz seçkiləri saxtalaşdıran, etirazları zorakılıqla aytıran rejimi cəzalandırmaqla yanaşı vətəndaş cəmiyyətini dəstəkləmək üçün də səylərimizi ikiqat artırırıq”.

Qətnaməyə Dekabrın 19-dakı seçkidən sonra qapadılan ATƏT-in Minsk bürosunun açılması, və Avropa Komissiyasının Minsklə əməkdaşlığa yenidən baxması da əlavə edilib.

Əlavədə Parlament Avropa Komissiyasının çağırır ki, Şərq Tərəfdaşlığı çərçivəsində Budapeşt sammitinə qədər Belarusdakı vəziyyəti dəyərləndirsin. Əgər həmin vaxta qədər heç bir önəmli irəliləyiş olmasa Belarusla Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlığı da dayandırsın. Budapeşt sammiti bu ilin may ayında keçiriləcək.

Avropa Parlamentinin bu qətnaməni qəbul etməsiylə yanaşı eyni gündə Avropa ölkələrinin səfirlərinin də npvbəti dəfə prezident seçildiyi elan olunan Alyaksandr Lukaşenkanın andiçmə mərasiminə qatılmayacağı da açıqlandı. Andiçmə mərasimi yanvarın 21-də, Minskdə olacaq.

Ancaq Avropa Parlamentinin əlində sanksiyalar nail olmaq üçün çağırış etməkdən geniş səlahiyyətləri yoxdur. Sanksiyalarla bağlı qərarı Avropa Birliyinin xarici işlər nazirləri yanvarın 31-də verəcək. Həmin gün nazirlər Belarus rəsmilərinə viza sanksiyası məsələsini müzalirə edəcəklər.
Fevral ayında isə Belarusa yardım edən donor təşkilatların toplantısı nəzərdə tutulub.

2006-cı ildə, 2 il müddətində Avropa Birliyi 30-dan çox Belarus rəsminiə viza qadağası qoymuşdu. Indi isə həmin siyahıya dekabrın 919-dakı seçkisonrası etirazları yatırılmasında əmr verənlərin də adlarının salınması təklif edilir.

Bu arada 6 ABŞ senatoru da Belarusa qarşı birgə sanksiyalar tətbiqinə çağıran müraciət imzalayıblar. Joseph Lieberman, John McCain and Richard Lugar – ın imzaladığı sənəddə Lukaşenka rejimini yol verdyiyi cinayətlərə görə peşman edəcək real sanksiyalar tətbiqinə - viza qadğasından tutmuş, Belneftekhim şirkətiylə işgüzar əlaqələrin, bank hesabalarının dondurulmasına qədər sanksiyalar təklif edilir.

Ancaq Aleksandr Lukaşenka özü yanvarın 31-ni gözləmədən sanksiya haqda söz-söhbətlərə reaksiya verib. Lukaşenka söz verib ki, “Əgər kimsə bizə qarşı hansısa iqtisadi, ya başqa növ sanksiya tətbiq eləsə, biz ən sərt qisas tədbirlərinə əl atacağıq”.
XS
SM
MD
LG