Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:20

Eynulla Fətullayevin apelyasiya məhkəməsi təxirə salınıb


Yanvarın 21-i Bakı Apelyasiya Məhkəməsində Mirpaşa Hüseynovun sədrliyilə həbsdə olan jurnalist Eynulla Fətullayevin apelyasiya şikayətinə baxılıb.

Apelyasiya şikayəti jurnalistin qanunsuz narkotik maddə saxlamaq ittihamı ilə 2,5 il müddətinə azadlıqdan məhrum olunması haqda Qaradağ rayon Məhkəməsinin keçən il çıxardığı hökmdəndir.

Eynulla Fətullayev deyib ki, məhkəmə iclası haqqında rəsmi xəbərdarlıq deyil, şifahi xəbərdarlıq alıb. Jurnalist məhkəmə heyətinə də etirazını bildirib. Bildirib ki, məhkəmə heyəti onun günahsızlıq prezumpsiyasını pozub.

Məhkəmə jurnalistin etirazını baxılmamış saxlayıb. Bundan başqa, Eynulla Fətullayevin barmaqlıq arxasında deyil, onun yanında oturması barədə vəkil Elçin Sadıqovun vəsatətinə də heç bir münasibət bildirməyib.

Elçin Sadıqov Eynulla Fətullayevi həm də yeni vəkil Anar Qasımovun müdafiə edəcəyini bildirib. Anar Qasımov deyib ki, iş materialları ilə tanış olmaq üçün ona vaxt lazımdır. Məhkəmə yanvarın 25-nə qədər təxirə salınıb.
XS
SM
MD
LG