Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:20

Məmmədyarov, Nalbandyan və Lavrov Moskvada görüşürlər


Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı növbəti görüşü yanvarın 24-də Moskvada keçiriləcək.

Bu haqda «İnterfax» xəbər verir.

Elmar Məmmədyarov, Edvard NalbandyanSergey Lavrov arasında bundan əvvəlki üçtərəfli görüş keçən il noyabrın 22-də Moskvada keçirilmişdi.

Bundan başqa, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan və Rusiya prezidenti Dmitri Medvedev də münaqişənin həlli ilə bağlı görüşmüşdülər.

80-ci illərin sonlarında başlayan qanlı münaqişə nəticəsində rəsmi Bakı Dağlıq Qarabağ və ətraf 7 rayon üzərində nəzarəti itirib. Nəticədə 1 milyona yaxın azərbaycanlı öz evindən didərgin düşüb.

BMT Təhlükəsizik Şurasının qətnamələrində Azərbaycan torpaqlarının işğal olunması və erməni silahlı birləşmələrinin işğal altındakı ərazilərdən çıxarılması əksini tapıb.

Hazırda münaqişənin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olur.

Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilər ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyinetmə hüququnu uzlaşdırmaq istəyirlər.
XS
SM
MD
LG