Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:16

«İnsan haqları, media azadlığı AB-Azərbaycan münasibətlərində prioritetdir»


Piter Semnebi
Piter Semnebi
«Azərbaycanın Avropa Birliyi ilə imzaladığı qaz sazişinin insan haqları, media azadlığına aidiyyəti yoxdur».

Bunu Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi jurnalistlərin suallarını cavablandırarkən deyib.

Semnebi yanvarın 23-də Bakıya gəlib və həmin gün vətəndaş cəmiyyətinin bir neçə təmsilçisi ilə görüşüb. Semnebinin köməkçisi Yeva Kupça AzadlıqRadiosuna bildirdi ki, onlar görüşdə iştirak edənlərin adlarını demək istəmirlər:

«Bu, sirr deyil, əlbəttə. Amma bundan əvvəlki görüşlərdə onların adlarını açıqlayanda, bu xeyli narazılıqlara səbəb olurdu. Hər iki tərəfin qınağına məruz qalmamaq üçün bu dəfə adları örtülü saxlamağa üstünlük veririk».

AzadlıqRadiosu bir neçə tanınmış hüquq müdafiəçisi və vətəndaş cəmiyyəti təmsilçisi ilə əlaqə saxlayıb onların görüşə qatılıb-qatılmamasını öyrənməyə cəhd edib. Onların bəziləri ölkədə olmayıblar, bəziləri isə AzadlıqRadiosuna bildiriblər ki, görüşə dəvət olunmayıblar.

Elə Piter Semnebi də prezident İlham Əliyevlə yanvarın 24-də keçirdiyi görüşdə həbsdə olan jurnalist Eynulla Fətullayevlə bağlı apardığı müzakirənin detalları barədə məlumat vermədi:

«İlham Əliyevlə başqa hansı məsələləri müzakirə etdiniz» sualına isə Piter Semnebinin cavabı belə oldu:

- Bir çox məsələləri müzakirə elədik. Qarabağ məsələsinin nizamlanması, daxili siyasət, qonşu ölkələrlə münasibətlər, o cümlədən Avropa Komissiyasının sədri Barrozunun səfərindən sonrakı
Bu sənədin insan haqları məsələsinə dəxli yoxdur
məsələlərlə bağlı müzakirələrimiz oldu».

- Azərbaycanın Avropa Birliyi ilə imzaladığı qaz sazişi ölkədə insan haqları məsələsinin taleyinə təsir edəcəkmi? (AzadlıqRadiosu)

- Bu sənədin insan haqları məsələsinə dəxli yoxdur. İnsan haqları, media azadlığı məsələləri bizim münasibətlərdə ümumiyyətlə prioritetdir və onlar Azərbaycan-Avropa Birliyi arasında danışıqların əsas hissəsidir.

«BU MƏSƏLƏNİN ÜSTÜNDƏ BU QƏDƏR DAYANMAĞA EHTİYAC YOXDUR»

Bir neçə gün öncə Azərbaycana rəsmi səfər etmiş Avropa Komissiyasının sədri Jose Manuel Barroso Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirmişdi, amma qurumun rəsmi saytında yerləşdirilən nitqində onun bu fikirləri əks olunmamışdı. Azərbaycan Xarici İşlər Nazirliyi də bununla bağlı öz rəsmi etirazını quruma təqdim etmişdi. Jurnalistlərin suallarına cavab verən Piter Semnebi bu məsələnin şişirdilməsinin tərəfdarı olmadığını açıqladı:

- Mən demək istərdim ki, bu məsələnin üstündə bu qədər dayanmağa ehtiyac yoxdur. Çünki sayta əvvəlcədən hazırlanmış mətn gedib, cənab Barroso sonradan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı əlavələr etməyi qərara alıb. Mətndən heç nə ixtisar edilməyib, sadəcə, bu, ilkin variant olub. Mən məsələnin dərinləşdirilməsinin tərəfdarı deyiləm. Çünki Avropa Birliyinin Azərbaycanın ərazi bütövlüyü ilə mövqeyi dəyişməyib.
Hər bir insident göstərir ki, münaqişənin nizamlanması ilə bağlı cəhdləri artırmaq lazımdır
Biz ölkənin ərazi bütövlüyünü qəbul edirik və münaqişənin ATƏT-in Minsk Qrupu tərəfindən hazırlanmış prinsiplər əsasında nizamlanmasını vacib sayırıq».

- Azərbaycan-Ermənistan sərhədində, təmas xəttində atəşkəsin pozulması halları müşahidə olunur. Buna Avropa Birliyinin münasibəti necədir?

- Biz narahatıq bundan. Hər bir insident göstərir ki, münaqişənin nizamlanması ilə bağlı cəhdləri artırmaq lazımdır. Nizamlanana qədər isə təmas xəttində atəşkəsin qorunmasını gücləndirmək, müşahidəni artırmaq lazımdır.

- Avropa Birliyinin «Şərq Tərəfdaşlığı» layihəsində viza rejimində dəyişikliklər nəzərdə tutulubmu?

- Prinsipial olaraq, «Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində viza proseduralarının yüngülləşdirilməsi nəzərdə tutulub. Bu nə vaxt olacaq, mən dəqiq bilmirəm. Amma «Şərq Tərəfdaşlığı»na üzv olan ölkələr arasında Azərbaycan da var və ona da şamil olunacaq.

Piter Semnebi yanvarın 24-də ölkə ombudsmanı Elmira Süleymanova da ilə görüşüb, onunla Azərbaycanda insan haqlarının vəziyyəti, o cümlədən jurnalist Eynulla Fətullayevlə bağlı müzakirələr aparıb.
XS
SM
MD
LG