Həmişə şəhərə gəldiyim avtobusun aynasından uzun yolların döngələrində, ağaclıqlarda gizlənən, yaxud gizlənib eləmədən əlindəki çörək ağacıyla kimi gəldi qabağına qaçıb saxlayan yol polislərinə azarkeşlik eləyirəm.
Onlar sürücülərlə görüşərkən pulu salamqarışıq necə alırlar, sürücüləri öz maşınlrında oturdub necə soyurlar, özləri maşında oturaraq avam sürücüləri şüşənin ağzında əyilmiş vəziyyətdə necə yalvardırlar...
Yol polisləri haqda xeyli anekdot bilirdim, bu arada onların məsələsi yenidən gündəmə gəldiyinə görə, yadıma düşənləri bu gün sizə danışacam.
Bir yol polisi ölür. O dünyada Allah ondan soruşur: - Xeyirxah işlərin olubmu? Polis deyir, əlbəttə, olub. Sonra Allah soruşur: - Bəs, bəd əməllərin olubmu?
Polis deyir, hə, o da olub. Allah ona deyir, onda, bax, orda iki yol var, biri cənnətə aparır, biri cəhənnəmə, hansına istəyirsən gedə bilərsən.
Polis yalvarışla belə deyir: - Ya Allah, olar, elə mən bu yolayrıcında durum?..
Yol polisi bir bahalı maşını saxladıb bəhanə ilə pul qopartmaq istəyir: - Leytenant Mamedov, sənədlərinizi olarmı? Sürücü deyir, buyurun.
Maşının texpasportu? Buyurun! Etibarnaməsi? Buyurun! Sürücülük vəsiqəsi? Buyurun!
İçəridə aptekin varmı? Hə, budu bax! Düş görüm maşından, oturacağın altına baxacam! Buyurun, baxın! İşıqların hamısı yanırmı?
Hə, bax, hamısı tərtəmiz yanır. Yüklüyü aç görüm! Sürücü yüklüyü açır, polis yüklüyü eşələyir.
Sürücü bunun axmaq axtarışının səbəbini bildiyinə görə belə deyir: - Əmoğlu, sən polissən, yoxsa qısqanc gəlin?
Polis çox sürətlə gələn “Bentli”ni saxladıb qaça-qaça maşının pəncərəsi qarşısına gəlir: - İnspektor Mame...
Bu zaman pəncərə aşağı enir və bir əl ona 20 manatıq uzadır. İnspektor sevinmiş deyir: - Yaxşı yollar, enli, yollar, işıqlı yollar!
Əl yenə uzanır, bu dəfə 50 manat! İnspektor pulu cəld cibinə qoyub deyir: - Nömrənizi yadımda saxladım, hər gün saat 8-dən 15-ə qədər burdayam, haçan gəlsən gözüm üstə yerin var.
Əl yenə ona 50 manatlıq uzadır. Polis pulu tələsik qarmalayıb deyir: - Sizə can sağlığı, vəzifədə daim ucalmaq, biznesinizdə çiçəklənmə arzulayıram.
Əl yenə çıxır və bu dəfə şax yüzlük uzadır.
İnspektor pulu cəld qapıb cibinə basır, papağını çıxarıb əllərini yanına salaraq ucadan deyir: - İndi isə sevimli şairimiz Zəlimxan Yaqubdan bir şer...
Bir mersedes 600, sürətlə gələrkən ağaclığın arasından qəfil qabağına çıxan yol polisini vurur. Baxır ki, heç kim görmədi, tez yüklüyü açıb ölünü orda atır.
Xeyli gedəndən sonra görür yolun sağında qəbristanlıq var.
Tez içəri sürüb qarovulçunu çağırır. Qarovulçu gələndə deyir, al bu yüz manatı, bunu bir yerdə basdır.
Qarovulçu deyir, no problem! Mersedes çıxıb gedir.
Həyəcanlı olduğuna görə qarşıdakı bir polisi də vurur. Yenə heç kim görmür, atır yüklüyə, gəlir kişinin yanına.
Baxır ki, kişi yeyib-içir. Varlı sürücü kişinin üstünə qışqırır: - Sən bunu necə basdırmısan, gəlib yenə baqajıa girib? Qarovulçu baxır ki, doğurdan, meyit yüklükdədi. Sürücü bir 50 manat da verib deyir, bu dəfə yaxşı basdır.
Çıxıb gedir. Uzaqda dayanan iki yol polisinin biri birinə deyir, o mersedes qəbristanlıqda çox fırlandı, gedim görüm nə məsələdi. Gəlir ki, qarovulçu taxta uzanıb mürgüləyir.
Kişinin çiynindən tutub silkələyir: - A kişi, o mersedes nə istəyirdi?
Kişi gözünü açır ki, yenə polisdi. Yanındakı beli götürüb polisin təpəsinə endirir.
Polis uzanır. Kişi uzanan polisə baxıb deyir: - Sən qəbirdə rahat uyuyacan, ya, yox?!.
Yol polisi planı ödəmək üçün yenə yola çıxır. Qarşıdan bir dənə qara “Cip” gəlr. Baxır ki, sükanda bomj əyləşib.
Sənədləri soruşur, hamısı qaydasında. Deyir, bəs, bu maşını hardan almısan? Bomj deyir, bir oliqarx bağışlayıb.
Polis inanmır, necə yəni bağışlayıb? Bomj deyir, oliqarx öz dostlarının yanında dedi, məni güldürsən bunu sənə bağışlayacam. Yanlarında bir keçəli də vardı.
Keçəli əyib arxamı ona çevirdim, başına yel buraxan kimi saçları yerinə gəldi. Oliqarx da bir saat qarnını tutub güləndən sonra bunu mənə bağışladı.
Əhvalatı eşidən kimi polis papağını çıxarıb keçəl başını onun qabağında tutur, qadan alım, mənimkinə də bir çarə!
Bomj maşından düşüb arxasını onun keçəlinə çevirir və ucadan yel buraxır.
Bu zaman gülməkdən az qala özündən gedən oliqarx ağaclıqdan çıxıb belə deyir: - Əə, bu, məni gülməkdən öldürəcək, əə, sabah gəl, mən ölüm, villa sənindi!..