Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 17:57

Gürcüstanla Rusiya arasında soyuq müharibə qızışır


Prezident Saakaşvili Kanal-PİKin canlı yayımında tamaşaçıların suallarına cavab verir
Prezident Saakaşvili Kanal-PİKin canlı yayımında tamaşaçıların suallarına cavab verir
Gürcüstan yanvarın 25-də yeni, rusdilli televiziya kanalının yayımına başlayıb.

Kanal-PİK (Pervıy İmformaçionnıy Kafkazskiy - Birinci Qafqaz İnformasiya) adlanan televizyanın əsas məqsədi rusdili mediada Moskvanın hegemonluğuna son qoymaqdır.

RUSİYADAN İSRAİLƏDƏK

Bu addımı Rusiyanın telemedia məkanındakı anti-gürcü təbliğatına qarşı durmaq cəhdi kimi qiymətləndirmək də olar .

Kanal-PİK Bakı vaxtıyla saat 18-dən yayıma başlayıb. Hotbird peyki və internet vasitəsilə yayımlanan kanalı Rusiya, Şərqi Avropa, Şİmali və Cənubi Qafqazda, Türkiyədə, İran və İsraildə izləmək mümkündür.

YENİ KANALA ƏCNƏBİ BAŞÇILIQ EDƏCƏK

Kanalın direktoru Robert Parsons əvvəllər BBC-nin Moskva müxbiri və AzadlıqRadiosunun Gürcüstan xidmətinin rəhbəri vəzifələrində işləyib. Parsons əmindir ki, Kanal-PİK-ə ehtiyac var, çünki Şimali və Cənubi Qafqazda baş verənlər haqda xəbərlər rus dilində ancaq Kremlin istədiyi kimi çatdırılır.

KanalPİKin rəhbəri Robert Parsons əvvələr BBC-də və AzadlıqRadiosunda çalışıb
"Ümumilikdə rusdilli mediada, xüsusən də Rusiya televiziyalarında Gürcüstanla bağlı ancaq neqativ informasiya gedir. Biz bu vəiyyəti dəyişmək istəyirik, çünki Gürcüstanın imicini korlayır. Biz rusları, ya Rusiya hökumətini hədəf almırıq. Bizim heç kimlə savaşmaq fikirimiz yoxdur. Bizim məqsədimimiz obyektiv informasiya almaq istəyənlərin ehtiyacını ödəməkdir".

GÜRCÜSTANIN TV YAYIMINI QAZPROM ƏNGƏLLƏYİB

Gürcüstan ilk dəfə deyil ki, Rusiya təbliğatına qarşı rusdilli kanal açır. Ötən il fəaliyyətə başlayan Birinci Qafqaz TVkanalı efirə çıxsa da, seyirçiləriylə görüşə bilməmişdi. Çünki, Qazprom enerji nəhəngi kanalın yayımlandığı peykdəki bütün tezlikləri satın alaraq onun yayımını əngəlləmişdi.

Kanal-PİK-in direktoru Parsons əmindir ki, bu dəfə oxşar problemlə üzləşməyəcəklər. Amma hər ethimala qarşı kanalın verilişlərini pik.tv saytı vasitəsilə də yayımlayırlar. Bundan başqa, yayımın ABŞ-dakı kabel tv şəbəkələrinə yerləşdirilməsi nəzərdə tutulur.

MÜXTƏLİF ÇƏKİ DƏRƏCƏLƏRİNDƏ

Ancaq hətta yayım problemləri olmasa da, yeni kanalın Moskvanın yaratdığı "Russia-Today" tv şəbəkəsi ilə rəqabət aparacağı inandırıcı görünmür. "Russia-Today" bütün dünyaya yayımlanır. Həmdə təkcə rus dilində yox, ingilis, ispan və ərəb dillərində də.

Kanal PİK isə nisbətən sadə olacaq. Gündə cəmi 6 saat efirdə olacaq. Əsasən xəbər məzmunlu verilişlər və regionda baş verənlər haqda reportajlar hazırlanacaq.

ÇEÇENİSTANDA BAŞ VERƏNLƏRİ GÜRCÜLƏR XƏBƏR VERƏCƏK


Kanalın rəhbərliyi deyir ki, auditoriyanın məhz obyektiv xəbərlərə ehtiyacı var. Məsələn, Çeçenistanda, ya Şimali Qafqzda baş verənlər, adamların oğurlanması, kimlərinsə itkin düşməsi kimi hadisələr haqqında Rusiya, ya Qərb mediası susur.

SAAKAŞVİLİ DEYİR TƏBLİĞAT, JURNASLİTLƏR - JURNASLİTİKA

İlkin mərhələdə Yeni kanalın fəaliyyətinə Gürcüstan hökuməti 7 milyon avro ayırıb.
Tbilsi, 24 yanvar TV PIK-in təqdimat mərasimi
Kanal PİK Gürcüstan İctimai Televiziyasının 3-cü kanalı olacaq.

Gürcüstan prezidenti Saakaşvili bu kanalın Rusiyanın təbliğat maşınnına qarşı bir silah kimi qiymətləndirsə də, kanalın rəhbərliyi onunla razılaşmır, yeni televiziyanın əks-təbliğat rolu oynamayacağını bildirir.

Gürcü jurnalisti Zviad Koridze deyir ki, əgər kanalı Tbilisinin təbliğat maşını kimi qəbul etsələr onun ömrü uzun olmayacaq. Onun fikrincə yeni kanal Qafqzda baş verənlərə obyektiv yanaşmalı və Gürcüstan hökumətinin baxışlarını təbliğ etməməlidir.

Kanal-PİKin ilk yayımında prezident Saakaşvili canlı efirdə Gürcüstanın müxtəlif regionlarından gələn suallara cavab verdi.
XS
SM
MD
LG