Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 00:54

Misirdə 3 gündür etiraz aksiyaları davam edir


Misirdə 3 gündür prezident Hüsnü Mübarəkin istefası tələbi ilə etirazlar davam edir. Hüsnü Mübarək 30 ilə yaxındır hakimiyyətdədir. Yanvarın 27-də paytaxt Qahirə və Suez şəhərlərində kiçik qruplarla nümayişçilər yenidən etiraza çıxıb.

İndiyə qədər nümayişlərdə təhlükəsizlik qüvvələri ilə toqquşmalarda 5 nəfər ölüb. 860-a yaxın aksiya iştirakçısı saxlanıb, onların əksəriyyəti gənclərdir.

Dünən bildiriblər ki, Misirdə müxalifətin fəal istifadə etdiyi Facebook və Twitter kimi social şəbəkələrə giriş bağlanıb.

Bu arada tanınmış islahat tərəfdarı, hazırda BMT-nin nüvə agentliyinin rəhbəri olan Mohamed ElBarade-nin Misirə səfəri gözlənilir. Müşahidəçilərin fikrincə, bu səfər etiraz dalğasını daha da gücləndirə bilər.
XS
SM
MD
LG