Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:20

Hakimə Hüseynovadan alınmış izahat saxtalaşdırılıb?


“Rayon prokurorluğunun müstəntiqi Gədəbəy sakini Hakimə Hüseynovadan aldığı izahatı saxtalaşdırıb”.

Bunu bir müddət öncə ərinin evinə od vurması nəticəsində iki oğlu və özü yaralanan Hakimə Hüseynovanın qohumu Yeganə Əmiraslanova AzadlıqRadiosuna bildirib. Onun iddiasına görə, yanvarın 26-da Gədəbəy rayon Prokurorluğunun müstəntiqi Emin Abbasov Hakimə Hüseynovadan izahat alıb və yanvarın 27-də izahatı imzalatmaq üçün onun yanına gəlib:

“Mən Hakimənin yanına gələndə müstəntiq izahatı ona oxuyurdu. Bitirəndən sonra Hakimə bildirdi ki, onun dedikləri ilə izahatda yazılanlar arasında fərq var. Ona görə də Hakimə izahata imza atmaqdan imtina etdi”.

Yeganə Əmiraslanova deyir ki, onlar vəkilin iştirakı ilə yenidən izahat alınmasını tələb edirlər. Artıq vəkil Qurban Məmmədov Hakimə Hüseynovadan etibarnamə alıb.

Bu ittihamla bağlı isə Emin Abbasov AzadlıqRadiosuna danışmaqdan imtina etdi. Gədəbəy rayon prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Salman Quliyev isə bildirdi ki, müstəntiqin necə izahat alması ilə bağlı onun məlumatı yoxdur və Emin Abbasov rayona qayıdandan sonra məsələyə aydınlıq gətirə bilər.
XS
SM
MD
LG