Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:20

Rosneftlə Exxon Mobil Qara dənizdə tədqiqat aparacaqlar


Rusiyanın “ Rosneft” və ABŞ-ın “ Exxon Mobil” şirkətləri Qara dənizdə neft və qaz yataqlarının birgə kəşfiyyatı ilə bağlı müqavilə imzalayıblar.

Razılaşma bu gün Davosda keçirilən beynəlxalq iqtisadi forum çərçivəsində imzalanıb.
Bu şirkətlər dənizin Rusiyaya aid sektorundakı 11 200 kv kilometrlik ərazidə axtarış aparmaq fikrindədirlər.

Rusiyanın baş nazir müavini və eyni zamanda Rosneftin rəhbəri İqor Seçin ölkənin neft və qaz sektorunun xarici sərmayələrə açıq olduğunu bildirib.

Hazırda bu şirkətlər Rusiyanın uzaq şərqində, Saxalindəki neft yataqlarında birgə iş aparırlar.
XS
SM
MD
LG