Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:42

Barak Obama Hüsnü Mübarəki islahatlara çağırır


Hüsnü Mübarək və Barak Obama
Hüsnü Mübarək və Barak Obama
Bu gün Misirdə prezidentin istefası tələbi ilə keçirilən nümayişlərin genişlənəcəyi gözlənilir. Təşkilatçılar ümid edir ki, Cümə namazına gələn on minlərlə adam da etirazlara qoşulacaq.

Ölkənin təhlükəsizlik qüvvələri yüksək hazırlıq səviyyəsinə gətirilib.

Misirdə prezident Hüsnü Mübarəkin 30 illik hakimiyyətinə qarşı etiraz aksiyaları 4-cü gündür davam edir.

Dünən nümayişçilər Suez şəhərində hökumət binalarını yandırıblar. Zorakılıqlarda azı 6 nəfər həlak olub.

Nümayişləri hazırda Misirdə səfərdə olan Nobel sülh laureatı Məhəmməd əl-Baradeyi və müxalif «Müsəlman Qardaşlığı» təşkilatı da dəstəkləyir.

Məhəmməd əl-Baradeyi dünən Misirə gələrək, etirazçılara qoşulacağını deyib.

«Müsəlman Qardaşlığı» təşkilatının etiraz aksiyalarını dəstəklədiyini açıqlamasının ardınca bir neçə lideri həbs olunub.

İnternet və mobil telefonlarda problem yaranıb.

Bu arada ABŞ prezidenti Barak Obama Misir prezidenti Hüsnü Mübarəki siyasi islahatlara çağırıb:

«Hazırda əsas ümidim odur ki, zorakılıq Misirdəki problemlərin həllinə cavab deyil. Həm hökumət, həm də əhali zorakılıqdan çəkinməlidir. Çox vacibdir ki, insanların şikayətini qanuni yolla nümayiş etdirməsi üçün imkanı olsun».

Misirdə nümayişlər zamanı 7 adamın öldüyü bildirilir.
XS
SM
MD
LG