Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:20

Ordu Qahirə küçələrinə yerləşririlir


Yanvarın 28-də Misirin bir neçə şəhərində cümə namazından sonra etiraz aksiyaları yenidən başlayıb. Nümayişçilər artıq 4 gündür ardıcıl prezident Hüsnü Mübarəkin istefasını tələb edirlər.

"AlJAzeera" televiziyasının məlumatına görə, nümayişçilər məscidlərdən çıxaraq prezident əleyhinə şüarlar səsləndirir. Aksiyalar eyni zamanda ölkənin bir neçə şəhərində keçirilir. Polis kütləni dağıtmaq üçün gözyaşardan qaz, rezin güllə, su şırnaqlarından istifadə edir.

"AlJAzeera" hadisələri canlı yayımla yayır. Telekanalın xəbərinə görə toqquşmalarda çox sayda yaralanan, bir nəfər də həlak olan var. Amma hələlik başqa qaynaqlardan cəbəri təsdiqləmək mümkün olmur. Akisya iştirakçıları polisi daşa basır, onların maşınlarını yandırırlar.

Paytaxt Qahirədə məscid qarşısında polislə nümayişçilər arasında toqquşma olduğu bildirilir. Polisin müqaviməti ilə qarşılaşan etirazçılar daş və palçıq atıb. Onlar “diktatorluğa yox” şüarı səsləndiriblər.

Qahirədən gələn xəbərlərə görə Misir ordusunun hissələri paytaxtın küçələrinə yerləşdirilir. "AlJAzeera" televiziyası canlı yayımda zirehli maşında olan bəzi əsgərlərin nümayişçilərlər həmrəylik nümayiş etdirdiklərini göstərir.

Bu arada Misirdə İnternet əlaqəsi kəsilib, mobil telefonlar və sms xidməti işləmir.
BMT-nin nüvə agentliyinin rəsmisi, Nobel sülh mükafatı laureatı Məhəmməd Əl Baradeyi də Vyanadan qayıdaraq aksiyalara qoşulub.

Müsəlman qardaşlığı təşkilatı əvvəlki 3 gündə aksiyalara qoşulmasa da, bu gün cümə namazından sonra etirazçılar arasında olub.
XS
SM
MD
LG