Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:20

İki həkim növbəti mərhələyə keçə bilməyib


53 nəfər həkimin iştirak etdiyi imtahanda 4 nəfər maksimum nəticə göstərib. Səhiyyə Nazirliyinin məlumatına görə, yanvarın 26-da dermatovenerologiya və kardiologiya ixtisasları üzrə keçirilən imatahanlarda dörd nəfər maksimum nəticə göstərib.

Onlar təqdim olunan 100 sualın hamısına doğru cavab veriblər. Növbəti mərhələyə keçmək üçün isə minimum 60 sual doğru cavablandırılmalıdır. 43 və 55 suala doğru cavab verən iki həkim isə növbəti mərhələyə keçməyiblər. Onlar yenidən imtahan verəcəklər, lakin bu dəfə də tələb olunan keçid bal toplaya bilməsələr həkimlərin praktik tibbi fəaliyyətinə qadağa qoyulacaq.

Səhiyyə Nazirliyi tərəfindən keçirilən imtahanlar üç saat davam edir. Həkimlərə yüz sual təqdim olunur, hər bir doğru cavab bir bal hesablanır.
XS
SM
MD
LG