İnternet şəbəkəsinin İP ünvanlar sistemi boşalmaq üzrədir. Yerdə qalan bir neçə milyon İP-lər 3 günə ancaq bəs edər. Bu haqda xəbər verən “Hurrican electrik”in saytında hətta dünya üzrə İP ünvanlarının tükənməsini göstərən sayğac da var (sayğacı biz də təqdim edirik).
Neçə günlük İP qalıb? HurricanElectrikin
Sayğacı.
İP (internet protocol) internet şəbəkəsinə qoşulan kompyuter və digər avadanlığın rəqəmsal “kimlik nömrəsidir”. İnternetə hər yeni qoşulana belə bir nömrə veirlir. Bu qeydiyyat sistemi İPv4 adlanır və təxminən belə görünür “176.121.100.1.” İP-lər bir sıra internet və rabitə xidmətlərinin həyata keçirilməsi üçün vacib bir elementdir.
Son vaxtlar Asiya ölkələrində İP-lərə olan tələbat kəskin şəkildə artıb. İP-ləri paylayan İCAAN agentliyi xəbər verir ki, belə getsə tezliklə yeni istifadəçilərə verməyə İP qalmayacaq. Problemin bir səbəbi də ondadır ki, İPv4-ün azaldığını eşidənlər hər ehtimala qarşı İP əldə edərək, ehtiyyat yaratmağa başlayıblar.
İP-lər qurtarandan sonra nə olacağı haqda eskpertlər arasında müxtəlif fikirlər var. Bəziləri ümumiyyətlə problemə İPcolypse (dünyanın axırı sözünün İP ilə birləşdirilməsi) adı veririlər və internetin ciddi texniki problemlələ üzləşəcəyini deyirlər. İnternet şəbəkəsinin rahatca yeni İP sisteminə keçəcəyini iddia edənlər də var.
Heksedesimal adlanan Yeni İP sistemi hələ 1994-cü ildə yaradılıb. Adı İPv6 olan bu sistem təxminən belə görünür: “2011:0ad8:85c3:08b2:1319:8c2e:0370:7344”.
Təkəbbürünü saxlayan eskpertlər hesab edirlər ki, hər iki İP sistemi rahatca yanaşı olaraq işlədilə bilər. Bir neçə ildən sonra, tədricən bütün internet sistemi İPv4-lərdən İPv6-lara keçə bilər.