Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:20

"İsveç Azərbaycan Federasiyası" İran səfirliyinin qarşısında atiraz aksiyası keçirib


İsveç Azərbaycan Federasiyası bazar günü İranın Stokholmdakı səfirliyi qarşısında
Tehranın Azərbaycana qarşı yeritdiyi siyasətə etiraz olaraq aksiya keçirib.

Bu barədə Trend agentliyi təşkilatçılara istinadla xəbər verir.
Aksiyacılar Tehranı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb və İranın işğalçı Ermənistana yardım göstərməsinə etiraz bildiriblər.

Aksiya iştirakçıları həmçinin İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq, milli mədəniyyət və adət-ənənələrini yaşatmaq hüququndan məhrum edilməsinə kəskin etiraz bildiriblər.

Tədbirin sonunda səfirliyə xüsusi qətnamə təqdim olunub.
XS
SM
MD
LG