Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:13

Hikmət Carçılı. Tam fərqli iki şeir...















Tam fərqli iki şeir...


1.zamanı aldatmaq...
...bir,
...iki, bir,
...üç, iki, bir,
...dörd, üç, iki, bir,
...beş, dörd, üç, iki, bir,
...altı, beş, dörd, üç, iki, bir,
...yeddi, altı, beş, dörd, üç, iki, bir,
...səkkiz, yeddi, altı, beş, dörd, üç, iki, bir,
...doqquz, səkkiz, yeddi, altı, beş, dörd, üç, iki, bir,
...on, doqquz, səkkiz, yeddi, altı, beş, dörd, üç, iki, bir.
...səninlə ayrılacaq olsaydım,
və aramızda on saniyə zaman olsaydı
baxışlarına doymaq üçün,
mən o zamanı axırdan əvvələ
bu cür sayardım,
zamanı aldatmaq üçün...

2.bəlkə...

bəlkə...
bəlkə də...
bəlkə də səni...
bəlkə də səni itirəcəm...
bəlkə də səni itirəcəm bu gün...
bəlkə də səni itirəcəm bu gün,
amma bəlkə də...

6.II.2011
XS
SM
MD
LG