Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:20

Terrora görə 3 nəfər həbs olunub


Moskvanın Domodedovo aeroportunda törədilən terror aktı ilə bağlı üç nəfər həbs olunub. Xəbəri “Kommersant” qəzeti hüquq-mühafizə orqanlarına istinadən yayıb.

Xəbərdə deyilir ki, fevralın 8-də İnquşetiyanın paytaxtı Maqasda yerli məhkəmə terror hadisəsini törətdiyi güman edilən Maqomed Yevloyevin bacısı və qardaşı – Fatimə və Əhməd Yevloyevlər haqqında həbs qəti imkan tədbiri seçib. İstintaqın versiyasına görə, onlar təkcə terror haqqında bilməyiblər. Onun təşkilinə kömək də ediblər.

20 yaşlı Adam Qanijevin həbsi ilə bağlı vəsatətə isə məhkəmə bu gün baxacaq. Bundan başqa Yevloyevin daha bir qohumu haqqında da axtarış elan edilib.

Yanvarın 24-də Domededovo aeroportunda baş verən terror aktı zamanı 36 nəfər həlak olmuşdu.
XS
SM
MD
LG