Martın 2-si jurnalist Elmar Hüseynovun qətlinin üçüncü ildönümü tamam olur.
«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də qətlə yetirilib.
Qətlin istintaqını əvvəlcə Respublika Prokurorluğu aparsa da, sonradan iş MTN-ə verilib. MTN qətldə şübhəli bilinən iki nəfəri - Gürcüstan vətəndaşları Tahir Xubanov və Teymuraz Əliyevi beynəlxalq axtarışa verib
Bu qətlin üstünün açılacağına inanırsınızmı?
Mövzunu şərh edin!
VACİB QEYD: FORUMDAKI ŞƏRHLƏR İNTERNET İSTİFADƏÇİLƏRİNƏ AİDDİR. HƏMİN FİKİRLƏRƏ GÖRƏ, «AZADLIQ» RADİOSU VƏ YA ONUN İNTERNET SƏHİFƏSİ MƏSULİYYƏT DAŞIMIR