Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:50

«Amnesty International» gənclərin həbsini pisləyir


Cabbar Savalan
Cabbar Savalan
«Amnesty International» AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanın həbsiylə bağlı bəyanat yayıb.

Təşkilat narahatdır ki, hakimiyyət ifadə azadlığı vasitələrini məhdudlaşdırmaq üçün səylərini bundan sonra daha da artıracaq.

20 yaşlı tələbə Cabbar Savalan fevralın 5-də Sumqayıtda həbs edilib. Onun həbsi «Facebook»da insanları Azadlıq Meydanına «Qəzəb günü»nə çağırışından sonraya təsadüf edib. Sumqayıt polisi onun üstündən 0.7 qram narkotik maddə tapıldığını deyir.

Həbsindən 1 ay əvvəl isə o Azərbaycan prezidenti haqqında Türkiyə qəzetinin yazdığı tənqidi məqaləni öz «Facebook» səhifəsində yayımlamışdı. Cabbar Savalan həm də 20 Yanvar Günü Şəhidlər Xiyabanındakı etirazçılardan idi.

«Amnesty International» narahatdır ki, narkotik ittihamı Cabbar Savalanı siyasi fəaliyyətinə görə verilmiş cəzadır və başqa gənc fəalların da ifadə azadlığının qarşısını almağa yönəlib.

Təşkilat Azərbaycan hakimiyyətini çağırır ki, Cabbar Savalanın ədalətli məhkəmə hüququ təmin edilsin və dərhal azadlığa buraxılsın.
XS
SM
MD
LG