Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:23

«Təyyarəyə min, axmaq...»



«Daily Telegraph»


Tunisin devrilmiş prezidenti Zeynal Abdin Ben Alinin Tunisi tərk etmədən əvvəlki son anlarını zəhmli həyat yoldaşının həqarətlərinə qatlanmaqla keçirdiyi ortaya çıxıb.

Fransanın «Nouvel Observateur» jurnalının ələ keçirdiyi məlumatlara görə, Leyla Ben Əli Səudiyyə Ərəbistanına getmək istəməyən ərinə «Təyyarəyə min axmaq. Bütün həyatımı sənin zibillərinə dözərək keçirmişəm» deyib qışqırırmış.

«Nouvel Observateur» hava qüvvələrinin yüksək vəzifəli şəxsinin dediklərinə istinad edib.

Deyilənlərə görə, yanvarın 14-də Tunisin paytaxtında etirazlar olan bir vaxtda Ben Əli əlində çantası Tunis aeroportunun ortasında dayanıb deyirmiş ki, «Burax məni, getmək istəmirəm, burda qalıb ölmək istəyirəm».

Leyla Ben Ali və Tunisdə heç kimin sevmədiyi və hamının nifrət etdiyi siyasi polis şefi Əli Şəriəti Ben Əlini təyyarənin pilləkənlərinə itələyib «Min... » deyib söyüş söyürmüş. Ben Əlinin devrilməsini müdafiə edən əsgərlərdən bəziləri aeroportda olsa da, baş verənlərə heç bir reaksiya göstərməyiblər.

Ben Əlini yanında həyat yoldaşından başqa oğlu Məhəmməd, qızı Həlimə, qızının nişanlısı və iki filippinli xidmətçi də varmış.

Məni Tunisə qaytaracaqsınız?

Uçuş vaxtı isə Ben Əli hər 10 dəqiqədən bir pilota yaxınlaşıb «Oğlum, sonra məni Tunisə geri qaytaracaqsan, hə?» deyə soruşurmuş. Ordu tərəfindən təyyarə Ciddəyə enənə qədər Ben Alinin başını qatması əmrini almış pilot deyirmiş ki, «əlbəttə, bunu eləmək üçün mənə əmr veriblər».

Təyyarə qalxandan bir neçə dəqiqə sonra qara limuzinlər Ben Əlinin yaxın ətrafına aid təxminən 20 adamı aeroporta gətirib. Onlar əsasən arvadının qohumlarından ibarət olub. Onların arasında bir müddət əvvəl haqqında qəzəbli kütlə tərəfindən qətlə yetirildiyi xəbərləri yayılan, Leyla Ben Əlinin ən çox sevdiyi qardaşı oğlu İmed Trabelsi də varmış.

Ordu rəhbərləri Leyla Ben Əliyə deyibmişlər ki, qohumlarının təyyarəsini Səudiyyə Ərəbistanı qəbul etmədiyinə görə onları Fransanın cənub qərbindəki Lyon şəhərinə və ya Romaya aparacaqlar. Əslində isə bu bir hiylə imiş. Sonradan əsgərlər birinci xanımın qohumlarını elə hava limanındaca həbs ediblər.

Dövləti pərdə arxasından birinci xanım idarə edirmiş

Trabelsi ailəsi üzvlərinin və prezident sarayı əməkdaşlarının sözlərinə görə, Ben Əli vaxtilə saç ustası işləmiş 53 yaşlı arvadının dediyi ilə oturub- durumuş. Hökuməti də onun əmrləri ilə idarə edirmiş.

Prostat xərçənginin əldən saldığı Ben Ali 2009-cu ildə hakimiyyətdən getmək niyyətində olduğunu da bildiribmiş. İddialara görə, arvadı ona qəti etiraz edib pərdə arxasında ərinin yerinə ölkəni idarə edirmiş.

Ailə üzvlərindən biri deyibmiş ki, «Leylanın ssenarisi aydın idi. Bu gün 6 yaşında olan oğlu Məhəmməd böyüyüb hakimiyyətə gəlmək yaşına çatana qədər hakimiyyət onda olacaqmış».

Sayta hazırladı: Kəbiran Dilavərli
XS
SM
MD
LG