Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:09

Təhlükəli enerji içkiləri?



Fevralın 14-də ABŞ tədqiqatçıları həyəcan təbili çalıblar ki, tərkibində kofein və digər gücləndirici maddələr olan enerji içkiləri uşaqların və yeniyetmələrin sağlamlığını ciddi təhlükə altına qoya bilər.

Onlar «Red Bull», «Spike Shooter» və «Redline» kimi enerji içkilərin sağlamlığa təsirini öyrəniblər və onun qara ciyərə, böyrəyə, ürəyə ciddi fəsadlarını aşkar ediblər.
Bununla bağlı «Pediatr» jurnalında məqalə ilə çıxış edən Miama Universitetinin əməkdaşı dr. Steven Lipshultz deyir ki, dünyada bu içkini içənlərə təsiri azdır:

- Amma pediatrik yardıma ehtiyac olan müəyyən qruplarda bu riskin təsiri böyük ola bilər.

Lipshultzun komandası ABŞ-da 9 milyard dollarlıq layihələrin realizə olunduğu alkoqolsuz işkilərin xüsusilə yeniyetmələrə və uşaqlara təsiri ilə maraqlanıb.
«Coca-Cola», «PepsiCo», «PEP.N» və digər alkoqolsuz işki şirkətlərinin özünün enerji işkiləri var.

Sürətlə genişlənən bazar «Red Bull» , «Rockstar» və «HANS.O» «Monster» enerji içkilərinin hakimiyyəti altındadır.

İstehlakçılar iddia edir ki, onların məhsulu zehni və fiziki fəaliyyəti artırır. Məsələn, "Red Bull"in veb saytı yazır ki, enerji içkisi diqqəti cəmləmək bacarığını və reaksiyanın sürətini artıracaq, sayıqlığı və emosional vəziyyəti inkişaf etdirəcək.

Florida tədqiqatçıları isə hesab eləyirlər ki, sənayenin iddia etdiyi faydalar şübhəlidir. Çünki ABŞ Qida və Dərmanların keyfiyyəti üzrə sanitar nəzarəti adminstrasiyası istehlakçılardan bu içkilərin təhlükəsiz və ya effektivliyi ilə bağlı sübut tələb eləmir.
Lipshultz və onun həmkarları sistemli olaraq istehsalçıların veb-saytında içkilərin tərkibi ilə bağlı verilən informasiyaları öyrəniblər.

Onlar tapıblar ki, içkilərin xüsusilə uşaqlara, yeniyetmələrə, hətta gənclərə ciddi arzuolunmaz effekti var: diabet, ürək anormallığı, davranış pozğunluğu ilə əlaqələr ola bilər. Lipshultz deyir ki, içkilərin tərkibində kofein, herbari əlavələri, şəkər və ya şirinləşdirici və digər gücləndirici maddələr var:

- Biz hər hansı müalicəvi effekt olması ilə bağlı sübut tapa bilmədik.

Onun sözlərinə görə, kofein xüsusi olaraq narahatçılıq doğurur.

2007-ci ilin hesabatına görə, 18 yaş və daha gənclərin 46 fazində kofeinə rast gəlinib.
Yeni Zelandiyadan təqdim olunan bir tədqiqata görə, daha çox uşaqda sınaqdan keçirmək üçün bir enerji içkisi kifayətdir ki, əks effekt görünsün. Məsələn, əsəb gərginliyi və mədə pozğunluğu kimi əks effektdən danışmaq olar.

Herbal bitkisinin yüksək dozada qəbulu qan təzyiqini və ürək döyüntüsünü artırır. Lipshultz deyir ki, müəyyən xəstəlikləri olan adamlar da bu içkilərdən boyun qaçırmalıdırlar:

- Diabet, yüksək qan təzyiqi və bu kimi narahatçılıqları olan gənclər belə içkilərdən uzaq durmalıdırlar.

İstehlakçılar hesabatı o qədər də ciddi saymırlar.
«Red Bull» bəyanatında bu hesabatla razılaşmadığını bildirir:

- Bu məqalə ancaq internetdəki məlumatların şəklini çəkir və hörmətli milli hakimiyyət orqanlarının enerji içkilərinin əsl, elmi, ciddi tədqiqatının nəticələrinə əhəmiyyət vermir.

Amerika İçki Assosiasiya deyir ki, əsas enerji içkilərindəki kofeinin miqdarı bir fincan kofenin tərkibindəki kofeinin yarısı qədərdir.

Sayta hazırladı: Səadət Akifqızı
XS
SM
MD
LG