Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:33

ABŞ və Avropa Birliyi İrandakı etirazları dəstəkləyir


ABŞ Dövlət Katibi katibi Hillari Klinton İranda keçələrə çıxıb etirazını bildirən kütlələrin cəhdlərini dəsətklədiklərini bildirib. ABŞ Dövlət Katibi İranı Misiri nümunə götürməyə və açılmağa çağırıb.

Avropa Birliyi də yaydığı bəyanatda İran hakimiyyətini etirazçılara qarşı güc nümayişindən çəkinməyə çağırıb.

İranda bazaar ertəsi minlərlə adam qadağaya baxmayraq küçələrə çıxıb Misir və Tunisdəki inqilablara həmrəylik nümayiş etdiriblər. Polis onlara qarşı gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib. Fars xəbər agentliyi deyib ki, aksiyalar zamanı bir nəfər həlak olub, bir neçəsi yaralanıb.

Fevralın 14-də etirazlar İranda son bir il ərzində baş verən ilk hökumət əleyhinə nümayiş idi.
XS
SM
MD
LG