«525-ci qəzet»in «525 kitab» seriyasından başladığı daha bir nəşr işıq üzü gördü. Şair, tərcüməçi, Nobel mükafatı laureatı Boris Pasternakın «Misranın sahibi hislər olanda» adlı seçmə şeirlər kitabı ilk dəfə Azərbaycan dilində çap olundu. Şeirləri rus dilindən dilimizə çevirənlər xalq yazıçısı Anar və «Dünya Ədəbiyyatı» dərgisinin baş redaktoru Səlim Babullaoğludur. «İz»in budəfəki qonağı da elə Səlim Babullaoğlunun özüdür.
NİYƏ İLK KİTAB?
--Səlim bəy, Boris Pasternakın ilk kitabının çıxdığı xəbəri yayıldı. Niyə ilk, Səlim bəy? Niyə indiyə qədər çap olunmamışdı ki?
--Yaxşı sualdır. Bu sualı kitabı buraxmazdan əvvəl biz də özümüzə vermişdik. Təqdimat mərasiminə toplaşanlar da özlərinə verirdilər. Elə oradakı çıxışımda dedim ki, yəqin bu, tale idi. Rus poeziyası Azərbaycan dilinə zaman-zaman tərcümə olunub. Həm klassik ədəbiyyat, həm müasir ədəbiyyat. A.S.Puşkini Səməd Vurğun, V. Mayakovskini Rəsul Rza, S.Yesenini Süleyman Rüstəm və s. A. Axmatova, M. Svetaeva Çingiz Əlioğlunun tərcüməsində işıq üzü görüb. Amma Pasternakla başqa cür olub. Pasternak talecə qalmaqallı şair olub...
PASTERNAKIN 4 ŞEİRİNİ ANAR TƏRCÜMƏ EDİB
--Bəlkə o üzdən tərcümə olunmayıb. Qorxudan...
--Düşünmürəm. Biz artıq 20 ildir ki, müstəqilik. Rusiyaya aid olan önyarğılar Azərbaycanda olmayıb. Amma qəribədir ki, Rusiyanın özündə belə Pasternakın akademik çoxcildliyinin nəşrinə dair qərar elə də uzaqda verilməyib—2004-cü ildə baş tutub. Bunu Pasternakın poetikası ilə də bağlamaq olar, poeziyasının spesifikliyi ilə də, başqa amillərlə də. Onu da deyim ki, Pasternakın 4 şeirini 10-15 il əvvəl Anar müəllim tərcümə eləmişdi və o tərcümələr kifayət qədər uğurlu və populyar idi. «Qış gecəsi», «Yaxşı deyil məşhur olmaq» və s. O vaxt Anar müəllimin bir kitabı çıxmışdı—»XX əsrin dörd rus şairindən çevirmələr», orada A. Blokun, S.Yeseninin, V. Mayakovskinin, bir də Pasternakın şeirləri toplanmışdı. Pasternakın «Qış gecəsi» şeirinə bir çox çevirmələr var. Məsələn, Vaqif Bayatlı, Mahir Qarayev, Səyavuş Məmmədzadə, Hamlet İsaxanlı eyni şeirə müraciət ediblər.
«DOKTOR JİVAQO» DİLİMİZƏ ÇEVRİLİR
Mən bilən, prezident sərəncamı ilə çap olunan 150 cildliyə Pasternakın «Doktor Jivaqo» romanı da daxildir. Səhv etmirəmsə, romanın tərcüməsi ilə Ramiz Rövşən məşğuldur. «Doktor Jivaqo» silsiləsinə daxil olan 25 şeir də yəqin ki, o tərcüməyə daxil olacaq. Qaldı «525 kitab» seriyasından çıxan kitabın həcmi məhduddur, 52 səhifədir. Hər halda, kitab halında Pasternak yaradıcılığına ilk müraciətdir. O da yəqin mənim bəxtimə yazılıbmış...
--Səlim bəy, yadıma gəlir, təxminən iki il öncə siz başqa bir rus şairinin kitabını tərcümə edib çap etdirdiniz...
--Tamamilə doğrudur. 2009-cu ildə biz «525 kitab» seriyasına qərar verəndə, o seriyadan ilk kitab rus şairi, Nobel mükafatı laureatı İosif Brodskinin kitabı oldu.
ZÖVQ ALA-ALA İŞLƏDİM
--Tərcümə prosesi necə getdi? Çətin oldu-asan? Ümumiyyətlə şair kimi Pasternak dilimizə necə yatır?
--Mənim düşüncəmə görə, XX əsr rus poeziyasında həm dil, həm də poetika, intonasiya baxımından fərqli şairlər var. Onlardan musiqili və səs sırasına görə çox zəngini və ən mürəkkəbi Marina Svetayevadır. Lüğət tərkibinə görə ən mürəkkəbi Mandelştamdır. Amma həm səs sırası, həm lüğət, həm də dünya ədəbiyyatına xiffət və ondan yararlanma, bəhrələnmə nöqteyi-nəzərindən Pasternak da mürəkkəb şair sayılır. Doğrusu, tərcümə prosesinin asanlığını və çətinliyini müəyyənləşdirən əsas amil sənin hansı tərcümə metodunu seçməyindən də asılıdır. Mən son vaxtlar bir məsələyə üstünlük verirəm. Bu da şeirin musiqisini saxlamaqdır. Asan qafiyələrdən istifadə etmək olar. Ancaq mənim düşüncəmə görə, hər bir mətn özünəməxsus səs sırasında doğulur və əgər tərcüməçi dəqiq qafiyələrin olduğu kimi saxlanması məqsədini qarşısına qoyursa, tərcümə prosesində çox ciddi problemlər yaşanır. Mənim İ. Brodski ilə bağlı təcrübəm və daha əvvəlki tərcümə praktikam onu göstərirdi ki, bu özünü daha çox doğruldur. Belə bir deyim var: «İncəsənət başqa dilə çevrilmir». Yəni bir məqama ilişib qafiyələri olduğu kimi saxlamaq da olmazdı. Məsələn, burada elə şeirlər vardı ki, mən onların ölçü göstəricilərini cüzi dəyişdim. Çünki dillər fərqlidir. Amma elə şeirlər var ki, məsələn, «Qış gecəsi» şeiri səkkiz-beş heca sistemi ilə, çarpaz qafiyələrlə yazılmışdı. Mən orada qafiyələri bacardıqca saxlamağa çalışdım, heca sistemini isə tam saxladım. Hətta o şeiri iki variantda çevirdim. Deməzdim ki, İ.Brodskinin tərcüməsində çəkdiyim çətinlikləri yaşadım, amma Pasternak da kifayət qədər mürəkkəb şairdir. Hər halda işlədim. Zövq ala-ala işlədim.
PASTERNAK DÜNYANIN MARAQLI ŞAİRLƏRİNDƏNDİR
--Səlim bəy, siz bir şairi tərcümə etməyə girişəndə, hansı meyarı əsas götürürsünüz? Sevdiyiniz şairi, yoxsa məşhur şairi çevirmək ürəyinizdən keçir?
--Mən sifarişlə tərcümə etmirəm. Mənim üçün məşhur şair anlayışı da yoxdur. Pasternakın bir şeiri var, deyir: «Yaxşı deyil məşhur olmaq. Bu deyil ki, ucaldan. Nə gərək arxiv toplamaq, Əsmək əlyazma sarıdan». Yox, mən ancaq sevdiyim mətnləri tərcümə edirəm. İndiyə qədər sifarişli tərcüməm olmayıb. Birincisi olmasa da, Pasternak sevdiyim şairlərdən biriydi. Təbii ki. bu rol oynadı. İkincisi, bu şairin yaradıcılığında məni maraqlandıran xristian motivlərindən yararlanaraq yazılan şeirlərdir. Mənim fikrimcə, son iki əsr Azərbaycan poeziyasında dini motivlər düzgün olmayan metodla işlənib. Niyə? Bir var ideyanı çatdırmaq, bu ritorikaya, didaktikaya aparıb çıxarır. Amma Qərb poetik ənənəsinə, bir neçə rus şairi də daxil, baxsaq, onlar səhnəni, detalları olduqca maraqlı verirlər. Və bəzən detalları maraqlı vermək o ideyanın özü qədər əhəmiyyət daşıyır. Məsələn, biz deyirik gözəl qadın. Bir də var biz bu gözəlliyin detallarını sadalayaraq danışırıq. Onda dediklərimiz daha inandırıcı görünür və yaddaşlara həkk olunur. Şərqdə və Azərbaycan poeziyasında bu birinci variantda həll olunur. Pasternak Qərb və rus təcrübəsinin örnəyi kimi də diqqətimi çəkirdi. Ona görə bu işə girişdim. Bir də düşünürəm ki, Pasternakın tərcümə olunmaması və yetərli həcmdə olmaması, əslində doğru deyil. B. Pasternak Rusiyanın deyil, dünyanın da maraqlı şairlərindən biridir. Hərçənd ki, bəzən bizdə bu məsələləri sual altına alırlar və düzgün olmayan yanaşmalar da olur.
DÖVRÜ YAZMALI OLAN ADAMLAR TUTULDULAR
--Səlim bəy, bir az öncə Pasternakın Nobel ödüllü «Doktor Jivaqo» romanının adını çəkdiniz. Bildiyimiz kimi, o roman XX əsr Rusiyasının böyük bir dövrünü əhatə edir--əsrin əvvəllərindən başlamış ta 11 dünya Savaşınadək olan inqilablı, qanlı-qadalı bir zaman kəsiyini. Həmişə düşünürəm ki, niyə bizim ədəbiyyatımızda elə bir əsər yoxdur? Niyə məsələn, biz Cümhuriyyətimizin tarixini ancaq Məhəmməd Əsəd Bəyin «Əli və Nino» romanında görə bilirik?
--Əvvəla, o adamlar ki, dövrü yaşamışdılar, repressiya maşınından yan ötə bilmədilər. Unutmaq lazım deyil ki, «Doktor Jivaqo»nun ideyası əvvəl yaransa da, Pasternak ömrünün son dönəmində romanı yazmağa başladı. Görünür, tarixi hadisələrə qiymət vermək üçün o günlərdən uzaqlaşmaq lazımdır. Təəssüf ki, bizdə həmin dövrü yazmalı olan adamlar repressiya olundu. Bir qismi isə ideologiya maşınının dişli çarxlarını öz üzərində hiss etdi və yaza bilmədi. Hətta mən onu da istisna etmirəm ki, nə vaxtsa, haradasa, hansısa sandıqda nə isə tapıla bilər.
DİSSİDENTLİK İKİ CÜR OLUR—FİZİKİ VƏ RUHİ
Bir də ki, dissidentlik iki cür olur--fiziki və ruhi. Pasternak ruhi mühacirət etmiş adam idi. Mühacirət mərkəzdənqaçma hadisəsidir. Moskva imperiyanın mərkəzi olduğu üçün bu orada mümkün idi. Amma Azərbaycan ucqar idi. Artıq mərkəzdən qaçmış və imperiyanın nəzərində ögey baxılan bir məkan idi. Bunu deməyə qorxsalar da deməliyəm ki, burada dini faktor da var. Siz Sovetlərin mövcudluğu dövründə bir nəfər də türk, ya müsəlman tapa bilməzsiniz ki, o mühacirət etsin, Qərbə getsin və özünü təsdiqləsin. Məsələn, Selini Fransada qəbul etmədilər, getdi digər Avropa ölkəsinə. Yəni dediyim odur ki, bu məkan onlarındır, o məkanda özlərini rahat hiss edirlər.
BU ƏSƏRLƏR GƏLƏCƏKDƏ YAZILACAQ
Amma bizim ruhi mühacirətin elementləri fraqmentlərlə var. Bizdə də əzilənlər olub. Məsələn, Bəxtiyar Vahabzadə, Məmməd Araz. Məmməd Arazın Nərimanov və Şəhriyarın üstündə nə qədər başı ağrıdı? Azərbaycanlıların dil problemi vardı, bizim şairlər bu yolda nə qədər əziyyət çəkiblər? Amma bu, lokal baş verirdi. Bu, əhəmiyyətli deyildi. Bu, heç görünmürdü. Böyük imperiyanın içində o daim nəzarətdə olan və o saat yatırılan bir hadisə idi. Yəqin sualınızın bir tərəfi də bununla bağlıdır. Yenə də fikirləşirəm ki, əgər bu hadisələr şahidlərin əli ilə yazılmayıbsa da, tarixi materialların, arxiv sənədlərinin köməyilə yazıla bilər. Belə örnəklər də var. Gec deyil. Bir də ki, bizim son iyirmi ilin hadisələri heç yazılmayıb, axı... Qarabağ müharibəsi barədə çox əsərlər yaradılıb, ancaq o ölçüdə əsər hələ ki, yoxdur. Demək, biz bu hadisələrdən uzaqlaşmalıyıq və başımıza gələnlər öz məntiqi həllinə və nöqtəsinə çatmalıdır, havadan asılı qalmamalıdır.
--Kitab artıq hazırdır. Təqdimat mərasimi keçirildi. Bir az bilgi verin dinləyicilərimizə.
--Fevralın 9-da Yazıçılar Birliyinin Natəvan salonunda Rusiya Federasiyasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Doroxinin iştirakı ilə, eyni zamanda rus poeziyasına və Pasternak şeirinə rəğbəti olan oxucuların və peşəkarların iştirakı ilə təqdimat mərasimi düzənlədik. Şairin öz səsiylə şeirlərini dinlədik. Ertəsi gün Pasternakın 121 yaşı tamam olurdu. Düşünürəm ki, hər bir şairin yazdığı özündən çox yaşayır və Pasternakın da şeirləri Azərbaycan dilində ömür qazandı. Bu da çox yaxşıdır.
Görkəmli şair, yazıçı və tərcüməçi olan Boris Pasternak 2 imperiyada yaşayıb. 1890-cı ildə Rusiya imperiyasında doğulub və 1960-cı ildə sovet imperiyasında dünyasını dəyişib.
20-ci əsrin bu böyük şairinin atası tanınmış rəssam, anası pianoçu olub. Borisin ilk şeiri 1912-ci ildə «Lirika» poeziya toplusunda, «Buludlarda ekiz» adlı ilk şeir kitabı 1913-cü ildə çıxıb. Əvvəllər futurizm cərəyanına qoşulan Pasternak sovet dönəmində heç bir qrupa qatılmayıb. Nobel mükafatına 1958-ci ildə layiq görülüb.
1921-ci ildə Pasternakın ata-anası və bacıları Mədəniyyət Komissarı Lunaçarskinin şəxsi zəmanəti ilə sovet Rusiyasını tərk edərək Berlində köç salırlar. Pasternakın onlarla, bütövlükdə rus mühacirləri ilə, o sıradan Svetayeva və Rilke ilə aramsız yazışmaları da elə həmin vaxtlar başlanır. 1922-ci ildə Boris Pasternak rəssam Yevgeniya Lurye ilə -- hələlik ilk xanımı ilə ailə qurur və 22-23-cü ilin bütün qışını onunla birgə Berlində -- ata-anasının yanında keçirir. Onun «Həyat – qarındaşım» adlı proqram mahiyyətli kitabı da o zamanlar çıxır. 1923-cü ilin daha bir xoş sürprizi oğlu Yevgeninin doğulması olur.
1935-ci ildə Pasternak Anna Axmatovanın ərinin və oğlunun həbsxanadan azad olunması üçün Stalinə məktub yazır. Bir il sonra o, nümayişkaranə şəkildə repressiyaya uğrayan Pilnyaka baş çəkir və Tuxaçevski və başqalarına güllələnmə tələb edən kollektiv məktuba imza atmaqdan boyun qaçırır.
1936-cı ilin yanvarında Pasternak Stalinə ünvanladığı və ona öygü-sevgi dolu 2 şeir yazır, ancaq elə o ilin iyunundan hakimiyyətlə münasibətləri korlanır – şairin dünyaya baxışı çağa uyğun sayılmır və ona özünü tamamilə dəyişmək əmr olunur. Bu dönəmdən başlayaraq Boris Pasternakın poeziyasında şəxsi və faciəvi çalarlar güclənir.
1958-ci ildə özəlliklə Alber Kamünün təklifi ilə Boris Pasternak «Doktor Jivaqo» əsərinə görə Nobel mükafatına layiq görülür. Sovet təbliğat maşını bu olayı antinobel kampaniyasına çevirir. Dönəmin sovet yazarlarından Sergey Smirnov, Sergey Mixalkov, Boris Polevoy və başqaları Pasternakın SSRİ-dən sürgün edilməsi barədə kollektiv tələbi dilə gətirirlər. Bənzər tələblərdə Pasternak bir yana, ondan öncə Nobel almış Bunin də payını alır:»...onlar hiyləyə yol verib Tolstoyu, Qorkini, Mayakovskini, Şoloxovu görməzdən gəldilər, amma Bunini görə bildilər. Mühacir olandan sonra gördülər. Sovet xalqının düşməni olandan sonra gördülər.»

PASTERNAKIN HƏYATINDAN QISA ETÜDLƏR: