Rusiyanın baş naziri Vladimir Putin Qərbə xəbərdarlıq edib ki, "Ərəb dünyasındakı inqilablara müdaxilə olunması" ekstremistləri hakimiyyətə gətirə bilər.
“Siz insanlara öz talelərini və gələcəklərini müəyyən etmək, seçim etmək imkanı verməlisiniz ”
Putin bunu Avropaya səfəri zamanı – Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozo ilə birgə mətbuat konfransında deyib.
“Qoy öz gələcəklərini təbii vasitələrlə özləri müəyyən etsinlər – xarici müdaxilə ilə yox!”
Putin deyib ki, 1979-cu ildə İrana “demokratiya ixrac etmək” cəhdi İslam İnqilabına təkan verdi, bir neçə il qabaq isə Fələstində keçirilən azad seçki Həmas qruplaşmasının hakimiyyətə gəlməsinə yol açdı.
Rusiyanın baş naziri deyib ki, belə “demokratiya ixracı”ndan sonra hakimiyyətə gələn radikalları Qərb bir sıra hallarda sonradan terrorçu elan edir və onlarla mübarizədə çətinlik çəkir.