Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:27

Sabirabadda işıqların söndürülməsinə etiraz


Fevralın 25-də Sabirabad rayonunun Cavad kəndinin əhalisi aksiya keçirib.

Bu barədə AzadlıqRadiosuna bu kəndin sakini Süleyman Ağaməmmədov məlumat verib.

Süleyman Ağaməmmədov deyir ki, təqribən 100-dən çox kənd sakininin qatıldığı aksiyada elektirik enerjisinin kəsilməsinə və enerji pulunun yüksək olmasına etiraz bildirilib. Onun sözlərinə görə, aksiya bir neçə saat davam etsə də hər hansı polis müdaxiləsi baş verməyib:

«Artıq kənddə Azərenerjinin işçiləri enerji yayımını bərpa etməkdədir. Xalqı hökumətin üzərinə qaldıran Azenerji işçilərdi».

Sabirabad Elektrik Şəbəkəsinin rəisi Fikrət Əhmədov deyilənləri təqzib edir:
«Heç bir aksiya yoxdur. Ayın 16-dan «İşıq pullarınızı ödəyin« kompaniyasına başlamışıq. Fevralın 16-dan 24-nə kimi bildirişlər paylamışıq. Abonentlər 1 ay müddətində borclarını ödəyə bilər. Müddət bitdikdən sonra fərdi şəkildə enerjilər dayandırılacaq. Hazırda işıqları kəsilən 2-3 abonentdir ki, onlara da 1 ay əvvəl borclarını ödəmək üçün xəbərdarlıq olunub».
XS
SM
MD
LG