AzadlıqRadiosu «Əli və Nino» romanının müəllifliyi ilə bağlı başladığı müzakirələrə hələlik son verdiyini elan etsə də, elektron poçt ünvanımıza tərəflərin mövqeyini əks etdirən yeni məktublar gəlir. Nuridə Atəşinin Betti Bleyerə yazdığı son cavabından sonra Xanım Bettinin Çərkəz Qurbanlıya ünvanlanmış son məktubunu aldıq. Cavab qarşınızdadır.
Betti Bleyer Əli və Ninonun müəllifliyi ilə bağlı Çərkəz Qurbanlıya cavab verir:
İlk öncə Azadlıq Radiosunun əməkdaşı Sevda İsmayıllıya oxuculara «Əli və Nino» romanının müəllifliyi ilə bağlı mürəkkəb məsələləri müzakirə etmək üçün səylə və səbirlə təşkil etdiyi foruma görə təşəkkürümü bildirirəm. Həmçinin, Çərkəz Qurbanlının 7 fevral 2011-ci ildə yayımlanmış müsahibəsinə cavab vermək imkanı yaratdığı üçün də ona minnətdaram.
Maraqlananlar üçün qeyd etmək istərdim ki, «Azərbaycanın ən məşhur romanı «Əli və Nino»nu kim yazdı?» adlı tədqiqatımız «Azərbaycan İnternəşnl» jurnalının c.15:2-4 (2011) nömrəsində çap olunub. Üç cilddən ibarət bu nömrə 364 səhifədən ibarət olub 1200 şəkil ehtiva edir. Jurnal iki ayrı dildə - ingilis və Azərbaycan dillərində çap olunub və Bakının əsas kitabxanalarında və ya «Əli və Nino» kitab mağazalarından əldə edilə bilər. «Azərbaycan İnternəşnl»lə əlaqə üçün ai@artnet.net ünvanına da yaza bilərsiniz.
Tədqiqatımıza qısaca nəzər salmaq üçün http://AZER.com saytına baş çəkin. Kitabların üz qabıqları, mündəricat və digər səhifələri PDF formatda nəzərdən keçirə bilərsiniz. Həmçinin bütün dünyada oxucuların nə dediklərini oxumaq üçün baxın: http://www.azer.com/aiweb/an_quotes/an_quotes_index.html.
Dünyanın Qafqaz və bir zamanlar Sovet İttifaqının tərkibində olmuş ölkələrlə bağlı ən bilikli siyasi analitiklərindən olan Pol Qobl jurnalın sonuncu nömrəsi haqqında şərh yazmış və onu «Əli və Nino»ya edilmiş qazıntı» adlandırmışdı. Onun fikrincə, «Azərbaycan İnternəşnl»in həyata keçirdiyi tədqiqatı «yalnız Azərbaycan deyil, dövrümüz insanının vəziyyəti barədə düşünən hər kəs mütləq oxumalıdır».
Düzünü desəm, professor Çərkəz Qurbanlının şərhlərində o qədər səhv və yanlış məlumat var ki, haradan başlayacağımı bilmirəm. Əsəd Bəyin əsərləri ilə Azərbaycandakı hər kəsdən daha çox əlaqədar olan – onun altı kitabını Azərbaycan dilinə tərcümə edən bir şəxsin bu qədər az məlumatlı olması təəssüf doğurur. Bununla yanaşı, o, iki aydan artıqdır Azərbaycan dilində nəşri mövcud olan tədqiqat materialımız ilə tanış belə olmadan radioya gəlib onu tənqid etməyə cəsarət edir.
Müsahibə zamanı bizim tədqiqatla yaxından tanış olan Sevda xanım hər dəfə professor Qurbanlıya materialımızdan götürdüyü əks-arqumentlərlə sual ünvanlasa da, professor Qurbanlı dərhal onları «Betti Bleyerin fantaziyası» deyə gözardı edirdi. Halbuki əslində o «fantaziyaların» bir çoxu hər hansı bir xarici ölkədə deyil, elə Azərbaycandakı Dövlət Arxivindən əldə edilmiş sənədlərə əsaslanır.
Professor Qurbanlının şərhləri mənə bir zamanlar Əsəd Bəy haqqında deyilmiş sözləri xatırlatdı: «O heç bir mənbəyə ehtiyac duymadan və heç bir kitabxanaya baş çəkmədən istənilən mövzuya elə ayaq üstü şərh gətirə bilər və mövzunu bağlayardı» (Vakka, «Əsəd Bəyin nekroloqu», «Oriente Moderno», 1942-ci il, c. 22:10, səh. 434-443). Əlbəttə, ədəbi dairələr Əsəd Bəyin bacarığı və motivləri barədə fərqli fikrə sahib idilər. Bizim 14 səhifədən ibarət məqaləmizə baxın: «Fakt yoxsa uydurma? Əsəd Bəyin müasirləri nə deyirdi?»
Professor Qurbanlının AzadlıqRadiosundakı çıxışındakı çoxsaylı səhvlərdən yalnız ən problematik olanları üzərində dayanmaq istərdim. Mən bu faktları öz ədəbiyyatlarının tarixi ilə səmimi şəkildə maraqlanan oxucular və AzadlıqRadiosunun tarixi sənədləşdirməsi naminə yazıram.
«Azərbaycan İnternəşnl» jurnalı olaraq bizim tədqiqatın çox uzun – altı il çəkməsi onunla əlaqədar idi ki, biz gəldiyimiz nəticələrdən tamamilə əmin olmaq istəyirdik. Biz həmin dildə danışan şəxslərin köməyi ilə 10 dildə (Azərbaycan, rus, alman, ingilis, fransız, italyan, türk, gürcü, fars və İsveç dillərində) sənədləri araşdırmışıq. Tədqiqat materialı 2000-dən artıq istinad və 500 materialdan ibarət ədəbiyyat siyahısı ilə dəstəklənir.
VAKKANIN NAĞILLARI
Əsəd Bəyin «Əli və Nino»nun müəllifi olduğuna inananların bir çoxu Cəmil Vakka Mazzaranın nağılları ilə yanlış istiqamətlənirlər (bəli, «nağıl» sözü bu mənbəni ifadə etmək üçün ən müvafiq sözdür). Əsil adı Bello Vakka olan Tripoli (Liviya) sakini Bello Vakka Əsəd Bəyin dostu idi və Lev Nussimbaumun etdiyi kimi opportunist səbəblərdən – pul naminə islamı «qəbul etmişdi».
Əsəd Bəyin «Der Mann»dakı («Sevgidən bixəbər kişi», V Dəftər, səh. 12B-13A) qeydlərinə görə, Vakka Əsəd Bəyi narkotiklərlə təmin edirdi. Bundan əlavə, Misir dövlət orqanları 1938-ci ildə onu narkotik alverçisi və silah qaçaqmalçısı kimi ölkədən xaric etmişdi (Ris, səh. 334, rəsmi İtalyan mənbələrindən sitat).
1942-ci ildə Vakka 10 səhifədən ibarət nekroloqunda Əsəd Bəyi tərifləyirdi (Moderno Oriente, c. 22:10, səh. 434-443). Halbuki onun hər bir bəyanatında nöqsanlar var. Belə görünür ki, Vakka hər vəchlə Əsəd Bəyin uzaq qohumu olduğunu sübut etməyə çalışır. Nə üçün? Əsəd Bəyin sağ qalmış yeganə varisi olduğunu göstərib onun bütün mirasına (sonradan miras qalacaq heç bir şey olmadığı ortaya çıxdı, Əsəd Bəyin atasından qaldığını iddia etdiyi neft yataqları çoxdan – bolşeviklər 1920-ci ildə Bakıda hakimiyyəti ələ keçirən zaman müsadirə edilmişdi) sahib olmaq üçün.
Vakka iddia edirdi ki, Əsəd Bəylə eyni ulu babaya – «Arslan xan» – sahib idilər. Lakin Vakka Əsəd Bəyin «Leo Nussimbaum» və «Lev Nussimbaum» olduğunu etiraf etdiyi vəsiyyətnaməsinə qol çəkmişdi (Sürix Mərkəzi Kitabxana Arxivi). Vakkanın imzası onun Əsəd Bəyin əslində «Lev Nussimbaum» olduğunu və onunla heç bir əlaqəsi olmadığını bildiyini göstərir (Aİ-da bax, səh. 207).
Vakka Əsəd Bəyin Pozitanodakı başında türbən olan türk müsəlman ənənəsinə uyğun şəkildə düzəldilmiş məzar daşını təşkil edən şəxs idi (Ris, 331). Pozitanoda yaşayan alman sürgünü Amin Veqner gündəliyində yazırdı: «Əsəd Bəy komediyanı [müsəlman olması ilə bağlı komediyanı] sona qədər oynadı (Ris, səh. 336).
VAKKANIN YALANLARI
Biz jurnalımızda Vakkanın Əsəd Bəy haqqında dediyi bir çox bəyanatın Azərbaycan, Gürcüstan və Ukrayna Dövlət Tarix arxivlərindəki sənədlər vasitəsilə təkzib edilə biləcəyini göstəririk. Azərbaycan dilində PDF fayla bu keçiddə baxa bilərsiniz:
Gəlin, onlardan bəzilərini nəzərdən keçirək.
Vakka Əsəd Bəyin şiə müsəlmanı kimi dünyaya gəldiyini iddia edir. Bakıda məşhur olan nağılın mənbəyi də məhz budur.
Halbuki Levin doğum haqqında şəhadətnaməsi Kiyevdə yəhudi sinaqoqunda qeydiyyata alınmışdı və orada onun dünyaya gəlməsi və sünnət edilməsi faktları yəhudi ayı «xeşvan»da qeydə alınmışdı. Bakıdakı məktəb sənədləri də Levin milliyyətini və dinini yəhudi olaraq göstərir (Azərbaycan Milli Arxivi). Bundan əlavə, əgər Əsəd Bəy həqiqətən də şiə müsəlmanı idisə, nə üçün o «Məhəmməd» və «Allah böyükdür» kitablarının hər ikisində sünni təriqətinin bir qolu olan vəhhabiliyi təbliğ edir?
1. Vakka iddia edir ki, Əsəd Bəy Bakıda doğulmuşdur. Vakka yazır: «Leo Məhəmməd Əsəd Bəy 20 oktyabr 1905-ci ildə Bakıda doğulmuşdu…» Lakin Lev Nussimbaumun (Əsəd Bəy təxəllüsü ilə yazırdı) dünyaya gəlməsi faktı Kiyevdəki yəhudi sinaqoqunda qeydə alınmışdı (Ukrayna Milli Arxivi). Levin Bakıda dünyaya gəlməsi ilə bağlı heç bir sübut yoxdur.
Vakka Əsəd Bəyin «məşhur erməni soyqırımı» zamanı dünyaya gəldiyini söyləməklə yazısına davam edir (Oriente Moderno, səh. 434). Olduqca qəribə bir qeyddir! Necə olur ki, Vakka məsələni erməni nöqteyi-nəzərindən təqdim etdiyi halda, 1905-1906-cı illərin dəhşətli münaqişələri zamanı öldürülən və yerlərindən didərgin edilən azərbaycanlıların əzabları haqqında heç nə demir?
2. Vakka Əsəd Bəyin atasının «Aslan-oğlu» olduğunu iddia edir. Lakin evlilik şəhadətnaməsi (Gürcüstan Milli Arxivi), oğlu Levin doğum haqqında şəhadətnaməsi (Ukrayna Milli Arxivi) və Bakıdakı məktəb sənədləri (Azərbaycan Milli Arxivi) də daxil olmaqla bir sıra sənədlərdə onun adı Abram Leybusoviç Nussimbaum kimi göstərilib.
3. Vakka Əsəd Bəyin anasının Aişə Slutzki olduğunu iddia edir.
Halbuki bütün rəsmi sənədlər, o cümlədən onun nigah haqqında şəhadətnaməsi (Gürcüstan Milli Arxivi) və ölüm haqqında şəhadətnaməsində (Azərbaycan Milli Arxivi) onun adı «Berta Davidovna Slutzkin» kimi göstərilir. Bundan əlavə, «Aişə» və «Slutzki» olduqca qəribə ad kombinasiyası olardı!
4. Vakka Əsəd Bəyin anasının sonradan islamı qəbul etmiş pravoslav rus olduğunu iddia edir. Lakin onun 16 fevral 1911-ci il tarixli intiharı Bakıda sinaqoqda qeydə alınıb (Azərbaycan Milli Arxivi).
5. Vakka iddia edir ki, Əsəd Bəy yəhudi deyildi, belə ki, yəhudilərə Bakıda yaşamaq qadağan edilmişdi. Lakin XX əsrin əvvəllərində Bakıda çox sayda yəhudi yaşayırdı, Lev və onun atası şəhərin ən mötəbər yerlərindən birində, Mixaylovskaya (indiki Əziz Əliyev) küçəsi 11 ünvanında, Natəvan heykəlinin yaxınlığındakı Aşumov evində yaşayırdı (Azərbaycan Milli Arxivi).
6. Vakka iddia edirdi ki, Əsəd Bəy yəhudi deyildi, belə ki, yəhudilər Bakıda mülk almaq hüququna malik deyildilər. Olduqca gülünc bir iddiadır! Arxiv sənədləri göstərir ki, Levin atası 1914-cü ildə 131 500 rubla «Nobel Qardaşları»na satdığı «A.L. Nussimbaum və Binəqədi Neft Boru Şirkəti»nə sahib idi (Azərbaycan Milli Arxivi).
7. Vakka iddia edirdi ki, Əsəd Bəy yəhudi deyildi, çünki yəhudilər Bakıda məktəbə gedə bilməzdilər.
8. Vakka iddia edir ki, Əsəd Bəy məktəbdə fars dilini öyrənir və farsca şeirlər yazırdı. Halbuki 2 nömrəli kişi gimnaziyasında fars dili tədris edilmirdi. Bundan əlavə, Vyana yaxınlığındakı Lixtenau qəsrində saxlanılan bir kitabdakı əlyazısı onun ərəb əlifbası ilə öz adını («Əsəd Bəy») və «Azərbaycan» adını düzgün yaza bilmədiyini göstərir (əlyazısının foto versiyasına baxın, «Azərbaycan İnternəşnl» 15:2-4, səh. 147).
Bundan əlavə Bakıdakı məktəb sənədləri göstərir ki, 1918-ci ildə Lev ilk dəfə Azərbaycan dili dərsini öyrənməyə başlamış və o bu fənnin imtahanından kəsilmiş (2) və bir daha imtahan verməli olmuşdu (Azərbaycan Milli Arxivi).
9. Vakka iddia edir ki, Əsəd Bəyin atası vəfat etmiş və o, onu oğulluğa götürən Nussimbaumla evlənən xalası ilə bolşeviklərdən xaricə qaçır! Nə böyük cəfəngiyat! Bu Vakkanın «Əsəd Bəy» və «Lev Nussimbaum» adları arasındakı əlaqəni izah etmək üçün irəli sürdüyü absurd və boş iddialarıdır. Hətta Əsəd Bəy özü də «Şərqdə neft və qan» (1929) əsərində 1920-ci ildə bolşeviklərdən qaçarkən Gürcüstan sərhədində saxlandıqlarını etiraf edir! O yazır: «Mənim qarşımda dayandı…mənim öz atam. Bu mənim ən böyük şansım idi! (ŞNQ, 1997-ci il ingilis nəşri, səh. 302).
Həqiqət budur ki, Əsəd Bəy «Lev Nussimbaum» kimi dünyaya gəlmiş və 1920-ci ildə Avropaya getdikdən sonra «Əsəd Bəy» təxəllüsünü götürmüşdü. Lakin əgər Vakka bunu qəbul etsəydi, onun Əsəd Bəyin sağ qalmış yeganə varisi olması haqqında iddiaları puç olardı.
Vakkanın nekroloqunda daha çox səhvlər var, lakin bu qədəri bəsdir…
İndi isə icazə verin, düzgünlük naminə professor Çərkəz Qurbanlının AzadlıqRadiosunda yayımlanmış müsahibəsi ilə bağlı fikirlərimi bildirim.
«ƏLİ VƏ NİNO»DA SİYASİ HEÇ BİR ŞEY YOXDUR»
Biz bu bəyanatdan dəhşətə gəldik və professor Qurbanlının bizim oxuduğumuz «Əli və Nino»nu tərcümə etdiyinə şübhə etməyə başladıq. Roman əvvəldən sona Bakıdakı siyasi hadisələrdən bəhs edir. Baş qəhrəman isə bolşevik işğalına qarşı vətəninin müstəqilliyini müdafiə edərkən həlak olur. Romandakı məhəbbət hekayəsi isə aysberqin sadəcə görünən tərəfidir. Mətnin altındakı məzmun yalnız Azərbaycanın deyil, bütün dünyanın bu günü ilə oxşarlıq təşkil edən o dövrün siyasi və sosial məsələlərini təsvir edir.
ƏSƏD BƏY «BESTSELLER» DEYİL
Professor Qurbanlı iddia edir ki, Əsəd Bəyin Stalin haqqında «bioqrafiya»sı ingilis dilinə tərcümə edilmiş və bir milyon nüsxəsi satılmışdır! Sübut hanı? Əsəd Bəyin «Stalin» əsəri ilk dəfə ingilis dilində çap edildiyi zaman «Nyu York Taymz» bu əsər haqqında yazırdı: «Bu ictimaiyyət qarşısına qoymaq üçün olduqca təhlükəli bir kitabdır. Rusiya inqilabi hərəkatı barədə məlumatı olmayan orta səviyyəli oxucu «əfsanəvi gürcü» olan sirli Əsəd Bəy tərəfindən yazılmış bu bioqrafiyanın birinci yarısını dolduran bədii və tamamilə əfsanəvi səhifələri oxuyaraq yanlış istiqamətlənə bilərlər» (Cozef Şaplen, NYT Buk Rivyu, 27 mart, 1932, səh. 10).
«Nyu York Taymz»ın bu dərəcədə tənqidi rəyindən sonra bu kitab necə bir milyon nüsxədə satıla bilərdi? Əslində, belə görünür ki, bioqrafiyanın ingilis dilində nəşri 1932-ci ildən sonra bir daha təkrar çap edilməyib. Bir milyon nüsxə ilə bağlı iddia olduqca şişirdilmiş səslənir. Ən yaxşı halda bu kitab bir neçə min nüsxədə satıla bilərdi.
Əslində, alman nəşriyyatının ən bilikli mütəxəssislərindən biri olan vyanalı doktor Murray Hall 1930-cu ildə yazırdı: «Alman standartlarına görə, «bestseller» istənilən dildə 100 000 nüsxədə satılmış kitablar hesab olunur. Mən Əsəd Bəyin alman dilli kitab bazarında bu səviyyədə bir yazıçı olduğunu düşünmürəm. Məndə olan məlumat Əsəd Bəy və Tal Verlaq kitab ticarətinin 5000 nüsxəni aşmadığını güman etməyə imkan verir. Lakin mən səhv də edə bilərəm». (Doktor Murray Hallın Betti Bleyerə 11 yanvar, 2011-ci il tarixli elektron məktubu).
ƏSƏD BƏYİN MƏHSULDARLIĞI…
Professor Qurbanlı mənim Əsəd Bəyin 8 ildə 16 kitab yazmasının qeyri-mümkünlüyü ilə bağlı müşahidəmi istehza ilə qarşılayır. Halbuki mən bu fikri səsləndirən ilk şəxs deyiləm. Əsəd Bəyin öz ədəbi agenti Verner Şendel belə ona xəbərdarlıq edərək, bir ildə birdən artıq kitab yazmağın qeyri-mümkün olduğunu yazmış, onun həddindən artıq məhsuldar görünməsinin doğru olmadığını bildirmişdi. PDF fayla baxın.
Xahiş edirəm, detektiv və romanları bioqrafiya ilə qarışdırmayın. Əsəd Bəyin yazdığı kitablar arasında «Stalin», «Lenin», «II Nikolay», «Rza Şah», «Məhəmməd», «OGPU», «Bolşevizmin sonu» əsərləri yer alır. Bu kitablardan hər birini yazmaq bir ömür vaxt tələb edə bilər. Siz Lev Tolstoyu nümunə gətirirsiniz, halbuki o, 52 illik yaradıcılığı müddətində 11 roman yazmışdı, Aleksandr Dümanınsa 30 illik yaradıcılıq fəaliyyəti vardı.
Bir də xahiş edirəm, bizə bir yaxşılıq edin. Azərbaycanın parlaq zəkalı detektiv yazarı Çingiz Abdullayevin adını Lev Nussimbaum/Əsəd Bəy adı ilə eyni cümlədə çəkməyin. Bu ikisi arasında ümumi heç bir şey yoxdur. Abdullayev əsərlərini yazarkən həqiqətə böyük önəm verir. Onun detektivləri bədii olsa da, olduqca real və inandırıcıdır; bu səbəbdən o, bu qədər məşhurdur. Lakin bütün tənqidçilərin xəbərdarlıq etdiyi kimi, Əsəd Bəyin yazdıqlarına heç zaman etibar etmək olmaz.
ANNMARİ SELİNKONUN ROMANLARI
Professor Qurbanlı deyir ki, Əsəd Bəy o qədər məhsuldar bir yazıçı idi ki, hətta iki romanını öz adı altında çap etdirməsi üçün «sevdiyi qadına» bağışlamışdı. Sanki o, Əsəd Bəyin hətta göründüyündən də məhsuldar olması ilə fəxr edir. Ancaq gəlin, bu məsələyə daha yaxından nəzər salaq. Bəli, mərhum professor Gerhard Höppün araşdırması nəticəsində Əsəd Bəyin iki roman əlyazmasını həqiqətən də Annmari Selinkoya verdiyi meydana çıxmışdı. Lakin bu fakt özü də Əsəd Bəy üçün problemi daha da mürəkkəbləşdirir – xüsusilə də onun həm də «Əli və Nino»nun müəllifi olduğunu iddia edənlərin nöqteyi-nəzərindən.
İlk olaraq, birinci romanın adına diqqət edin: «Mən çirkin bir qız idim» (Ich War ein Hässliches Mädchen). Biz Əsəd Bəyin belə bir əsər yazdığına inanmalıyıqmı?! Onun bu əsəri belə əliaçıqlıqla verdiyinə təəccüblənmək lazım deyil. Belə başlıqlı bir əsəri o öz adı altında çap etdirə bilərdimi? Həm də Selinkonun bu romanı 1937-ci ildə, «Əli və Nino» çap edildiyi il işıq üzü görmüşdü!
Bundan əlavə, Əsəd Bəyin yazdığı «Der Mann» («Sevgidən bixəbər kişi») «Mən çirkin bir qız idim» kitabının son səhifəsində reklam edilmişdi. Həyat yoldaşı Erika Louendahlla qalmaqallı boşanma prosesi yaşayan Əsəd Bəy həmin il eyni zamanda üç əsər də tamamladığına görə olduqca məşğul bir il yaşamış olmalı idi. Bir il əvvəl, 1936-cı ildə Əsəd Bəyin adı altında üç əsər «Rza Şah», Səudiyyə Ərəbistanının İbn Səudundan bəhs edən «Allah böyükdür» və «Bolşevizmin sonu» əsərləri çapdan çıxmışdı.
Əsəd Bəyin Selinkoya verdiyi ikinci kitab – «Sabah daha yaxşı olacaq» 1938-ci ildə nəşr edildi. Maraqlıdır ki, Qurban Səidin «Qızıl buynuzdan olan qız» əsəri də həmin il çapdan çıxmışdı.
QOT ƏLİFBASI?
Qot alman əlifbası ilə yazılmış əsəri tərcümə etmək olduqca çətin və tərifəlayiq bir işdir. Ancaq «Ali und Nino» həqiqətən də qot əlifbasındamı çıxmışdı? Bizim əlimizdə «Əli və Nino»nun 1937-ci ilə aid ilk iki nəşri vardır – lakin onlar hər ikisi müasir alman əlifbası ilə çap edilmişdir. Bundan əlavə, biz əlimizdə olan 11 alman nəşrinin hamısını nəzərdən keçirdik, onların heç biri qot əlifbasında deyil. Siz həqiqətən də «Əli və Nino»nu qot əlifbasındakı alman dilindən tərcümə etmisinizsə, biz bu kitabı görmək istərdik. Bu, bizim üçün yenilik olardı.
ÇƏMƏNZƏMİNLİ İSTANBULDA SƏFİR İDİ
Professor Qurbanlı Çəmənzəminlinin Parisdə səfir olduğunu deyir. Romanın baş qəhrəmanı Əli Xan Parisdə diplomatik təyinat almış, lakin bu vəzifədən imtina etmişdi, Çəmənzəminli isə Azərbaycan Demokratik Respublikası tərəfindən 1919-cu ildə Azərbaycanın İstanbula ilk səfiri təyin edilmişdi. O, Parisə 1923-cü ildə, qardaşının yanında olmaq üçün getmişdi. Orada həyat onun üçün olduqca çətin idi. O, taksi sürücüsü işləyə bilmək üçün iki dəfə verdiyi imtahandan keçə bilməmişdi. Nəhayət o, avtomobil fabrikində iş tapmağa müvəffəq olur. Burada o özünü sudan çıxmış balıq kimi hiss edirdi və bu səbəbdən Sovet Azərbaycanına qayıtmaq qərarı aldı. Bu, onun həyatının QULAQ-da sona çatması ilə nəticələnən taleyüklü bir qərar idi.
«ƏLİ VƏ NİNO» İLƏ «ŞƏRQDƏ NEFT VƏ QAN» BƏNZƏR ƏSƏRLƏRDİR?
Professor Qurbanlı iddia edir ki, «Şərqdə neft və qan»ın ikinci fəsli «Əli və Nino»nun ikinci fəsli ilə eynidir və əlavə edir ki, o, Çəmənzəminlinin Əsəd Bəydən oğurluq etdiyini deyib onun adını ləkələmək istəməzdi. O, nə danışır? Bu iki fəslin məzmunu tamamilə fərqlidir.
Professor Qurbanlı məni Tom Risin mərhum Sara Aşurbəyli ilə əlaqədar dediklərini təkrarlamaqda ittiham edir. Halbuki mən Sara xanımdan 1995-ci ildə müsahibə almışdım, Tom Ris isə bunu 1998-ci ildə etmişdi. Bu halda mən necə Tom Risi təkrarlaya bilərəm? Hər iki halda Sara xanım Lev Nussimbaumu yəhudi dostu kimi xatırlamışdı. Sara xanımla müsahibəmizin səs kasetləri mənim arxivimdə saxlanır.
ÖMƏR EHRENFELS
Professor Qurbanlı deyir ki, Əsəd Bəyin dostu Baron Ömər Ehrenfels Hindistana gedir və ordan qayıtdıqdan sonra Əsəd Bəy onun həyat yoldaşı Elfridadan «Qurban Səid» təxəllüsünü öz adına qeydiyyata salmasını xahiş edir. Hadisələrin xronologiyası çox qəribə təqdim edilir!!! Doğrudur, Baron 1938-ci il anşlüsdən sonra faşistlərin qara siyahısında olduğunu öyrənir və Hindistana qaçır, lakin o, 24 il orada qalır və yalnız 1960-cı illərdə geri qayıdır. Əsəd Bəy 1942-ci ildə vəfat etmişdi. Bu halda o Elfridadan təxəllüsü öz adına qeydiyyatdan keçirməsini nə vaxt xahiş etmişdi?
BETTİ BLEYERİN PROSESSOR QURBANLIYA SUALI
Aydındır ki, professor Qurbanlı Əsəd Bəyin altı kitabını tərcümə etmək üçün aylarını, illərini sərf edib. Bu, böyük işdir. Çətin işdir. Şəxsən mən onun enerjisini məhz Əsəd Bəyin kitablarını tərcüməyə sərf etdiyinə təəssüf edirəm, çünki bu kitablar səhvlərlə doludur. Maraqlıdır ki, professor o səhvlərlə necə davranıb? Əsəd Bəyin yazdığı hər şeyi elə olduğu kimi tərcümə edib, ya onun çoxsaylı səhvlərindən bəzilərində düzəlişlər edib?
«ŞƏRQDƏ NEFT VƏ QAN»
Tənqidçilərdən biri yazır: «Əsəd Bəyin bu əsərdə təqdim etdiyi ağlasığmaz hadisələr və yanlışlıqlar barədə iri həcmli kitab yazmaq olar…Lakin bu tənqidçi belə bir hekayəni layiq olduğu unudulmaqdan xilas etmək üçün daha artıq mürəkkəb və kağız sərf etmək niyyətində deyil» (Yaxın Şərq və Hindistan, 1931).
Həm Əlyazmalar İnstitutunun tarixçisi Fərid Ələkbərli, həm də Misirdə, Sinay dağındakı Müqəddəs Katerina monastırında Qafqaz Albaniyası əlifbasını tapan və şifrəsini açan Gürcüstanın məşhur tarixçisi Zaza Aleksidze Əsəd Bəyin «Şərqdə neft və qan» (1929) əsəri haqqında eyni sözləri dedilər. Onlar Əsəd Bəyin yol verdiyi səhvlərdən dəhşətə gəliblər və nəticə etibarilə kitabın nə tarixi əsər, nə də avtobioqrafiya hesab edilə bilməyəcəyi qənaətinə gəliblər. Başqa sözlə, Əsəd Bəy cəfəngiyat yazıb.
«AĞ RUSİYA»
Sovet dönəmində Azərbaycanın YUNESKO-da səfiri olmuş məşhur diplomat Ramiz Abutalıbov XX əsrdə Avropada azərbaycanlı mühacirlər mövzusunu olduqca gözəl bilir və o, Avropadan mövzu ilə əlaqədar yüzlərlə sənəd taparaq Azərbaycana gətirmiş və Milli Arxivə təqdim etmişdir. Ramizdən Əsəd Bəyin «Ağ Rusiya» əsərinə (1934) düzəlişlər etmək xahiş edilib. Lakin onun fikrincə, əsər o qədər səhvlərlə doludur ki, əgər bütün lazımi düzəlişlər edilsə, onda gərək onun adı müəllif kimi təqdim edilsin.
«QAFQAZIN ON İKİ SİRRİ»
Mən belə başa düşürəm ki, siz Əsəd Bəyin ikinci kitabı «Qafqazın on iki sirri»ni (1930) tərcümə etməmisiniz. Əgər bu belədirsə, onda siz ağıllı iş görmüsünüz. Azərbaycanlılar (Hilal Münşi və Berlindəki digər azərbaycanlı mühacirlər) haqlı olaraq Əsəd Bəyin onların vətənini təsvir etmə şəklindən şikayətlənirdilər. Sizin bu iyrənc yalanlar və seksual eyhamlarla dolu əsəri tərcümə etməməyinizin əsl səbəbi nədir? Bəlkə də siz azərbaycanlıların bu kitabdakı absurd bəyanatları dərhal müəyyənləşdirəcəklərini bilirdiniz, məsələn, Şahzadə Tamarın saraya ayaq basan hər kəslə yatması; yandırılmış Quranın tüstüsünün bütün xəstəliklərin dərmanı olması; Azərbaycan dilinin axmaq dil olması və axmaqlığından asılı olmayaraq istənilən adamın bu dili öyrənə biləcəyi; Qafqaz kəndlərində uşaqların başının balqabaq formasında olması üçün sarınması və s. bu kimi bəyanatlar. «Azərbaycan İnternəşnl» jurnalında baxın: «Folklor: Əsəd Bəyin bilmədikləri: Qafqazın portreti – qalmaqallı və opportunist».
«MƏHƏMMƏD PEYĞƏMBƏR»
Bəlkə də Əsəd Bəyin kitabları arasında ən zərərlisi «Məhəmməd»dir (1932). İslamı bilənlərin bu kitab barədə rəyləri məhvedicidir. Bunlardan bəzilərini diqqətinizə çatdırmaq istərdim.
«Əsəd Bəyin «Məhəmməd»i pis tarix, təhrif edilmiş faktlar və naiv interpretasiyaların poppurisindən ibarətdir. Bu əsər heç yazılmamalı idi. Mən burada yazdıqlarımın ağırlığının fərqinə varıram. Lakin təklif edəcəyim üzrüm yoxdur. Əslində, mən daha da irəli gedərək bu «bioqrafiya»da səhvsiz bir səhifənin
Daha sonra bu tənqidçi əsərdəki səhvləri üç kateqoriyaya ayırır: (1) Əsəd Bəyin əsası olmayan adət-ənənələri və əfsanələri həqiqət kimi qəbul etməsi, (2) Əsəd Bəyin ərəb dili ilə bağlı cahilliyi, (3) Əsəd Bəyin faktlarla bağlı səhvləri. Tənqidçi belə bir nəticəyə gəlir ki, Əsəd Bəyin nə vaxtsa Quranı orijinaldan və ya tərcümədən oxuduğu müəmmalıdır.
Nabih Amin Faris, «Müsəlman dünyası: Cari hadisələrdən, ədəbiyyatdan və müsəlmanlar arasında düşüncə tərzindən bəhs edən rüblük xristian şərhi», c. 27:2 (aprel 1937), Prinston, Nyu Cersi.
Digər tənqidçi Əsəd Bəyin 300-dən artıq səhifədən ibarət olub heç bir istinadı, indeksi və ədəbiyyat siyahısı olmayan «Məhəmməd» «bioqrafiya»sı barədə daha sərt çıxış edir. Tənqidçi yazır: Müəllif guya islamı qəbul edib, lakin ərəb ölkələri barədə məlumatsızdır… Tarixçidən daha çox, roman yazarı olan Əsəd Bəy adi oxucunu çaşdıracaq, tarix alimlərini və tələbələrini isə şoka salacaq bir bioqrafiya yazıb.
«Hətta roman kimi də bu əsər yüksək səviyyəli hesab edilə bilməz və tarixi, linqvistik və ənənələrlə bağlı səhvlərlə dolu bu kitabı müsəlman dünyası qadağan edərdi. Bütün əsər boyu təhrif edilmiş faktlar və hadisələrin yanlış təsviri yer alır. Zak Ali, «Aryan yolu», Teosofiya (Hindistan), c. IX, yanvar-dekabr, 1938, səh. 623.
Mütəxəssislərin səhvlərlə dolu olduğunu söylədiyi kitabları kiminsə tərcümə etməsi sadəcə təəssüf doğurur. Sizdən bir şey xahiş etmək istərdim ki, bundan sonra həyat enerjinizi, istedadınızı və zəhmətinizi daha dəyərli şeylər üçün sərf edin. Alman ədəbiyyatında Azərbaycan dilinə tərcümə edilə biləcək o qədər dəyərli klassik əsərlər var ki!
Betti Bleyer
«Azərbaycan İnternəşnl» jurnalının redaktoru
Los Anceles
22 fevral 2011
Betti Bleyer Əli və Ninonun müəllifliyi ilə bağlı Çərkəz Qurbanlıya cavab verir:
İlk öncə Azadlıq Radiosunun əməkdaşı Sevda İsmayıllıya oxuculara «Əli və Nino» romanının müəllifliyi ilə bağlı mürəkkəb məsələləri müzakirə etmək üçün səylə və səbirlə təşkil etdiyi foruma görə təşəkkürümü bildirirəm. Həmçinin, Çərkəz Qurbanlının 7 fevral 2011-ci ildə yayımlanmış müsahibəsinə cavab vermək imkanı yaratdığı üçün də ona minnətdaram.
Maraqlananlar üçün qeyd etmək istərdim ki, «Azərbaycanın ən məşhur romanı «Əli və Nino»nu kim yazdı?» adlı tədqiqatımız «Azərbaycan İnternəşnl» jurnalının c.15:2-4 (2011) nömrəsində çap olunub. Üç cilddən ibarət bu nömrə 364 səhifədən ibarət olub 1200 şəkil ehtiva edir. Jurnal iki ayrı dildə - ingilis və Azərbaycan dillərində çap olunub və Bakının əsas kitabxanalarında və ya «Əli və Nino» kitab mağazalarından əldə edilə bilər. «Azərbaycan İnternəşnl»lə əlaqə üçün ai@artnet.net ünvanına da yaza bilərsiniz.
Tədqiqatımıza qısaca nəzər salmaq üçün http://AZER.com saytına baş çəkin. Kitabların üz qabıqları, mündəricat və digər səhifələri PDF formatda nəzərdən keçirə bilərsiniz. Həmçinin bütün dünyada oxucuların nə dediklərini oxumaq üçün baxın: http://www.azer.com/aiweb/an_quotes/an_quotes_index.html.
Dünyanın Qafqaz və bir zamanlar Sovet İttifaqının tərkibində olmuş ölkələrlə bağlı ən bilikli siyasi analitiklərindən olan Pol Qobl jurnalın sonuncu nömrəsi haqqında şərh yazmış və onu «Əli və Nino»ya edilmiş qazıntı» adlandırmışdı. Onun fikrincə, «Azərbaycan İnternəşnl»in həyata keçirdiyi tədqiqatı «yalnız Azərbaycan deyil, dövrümüz insanının vəziyyəti barədə düşünən hər kəs mütləq oxumalıdır».
Düzünü desəm, professor Çərkəz Qurbanlının şərhlərində o qədər səhv və yanlış məlumat var ki, haradan başlayacağımı bilmirəm. Əsəd Bəyin əsərləri ilə Azərbaycandakı hər kəsdən daha çox əlaqədar olan – onun altı kitabını Azərbaycan dilinə tərcümə edən bir şəxsin bu qədər az məlumatlı olması təəssüf doğurur. Bununla yanaşı, o, iki aydan artıqdır Azərbaycan dilində nəşri mövcud olan tədqiqat materialımız ilə tanış belə olmadan radioya gəlib onu tənqid etməyə cəsarət edir.
Müsahibə zamanı bizim tədqiqatla yaxından tanış olan Sevda xanım hər dəfə professor Qurbanlıya materialımızdan götürdüyü əks-arqumentlərlə sual ünvanlasa da, professor Qurbanlı dərhal onları «Betti Bleyerin fantaziyası» deyə gözardı edirdi. Halbuki əslində o «fantaziyaların» bir çoxu hər hansı bir xarici ölkədə deyil, elə Azərbaycandakı Dövlət Arxivindən əldə edilmiş sənədlərə əsaslanır.
Professor Qurbanlının şərhləri mənə bir zamanlar Əsəd Bəy haqqında deyilmiş sözləri xatırlatdı: «O heç bir mənbəyə ehtiyac duymadan və heç bir kitabxanaya baş çəkmədən istənilən mövzuya elə ayaq üstü şərh gətirə bilər və mövzunu bağlayardı» (Vakka, «Əsəd Bəyin nekroloqu», «Oriente Moderno», 1942-ci il, c. 22:10, səh. 434-443). Əlbəttə, ədəbi dairələr Əsəd Bəyin bacarığı və motivləri barədə fərqli fikrə sahib idilər. Bizim 14 səhifədən ibarət məqaləmizə baxın: «Fakt yoxsa uydurma? Əsəd Bəyin müasirləri nə deyirdi?»
Professor Qurbanlının AzadlıqRadiosundakı çıxışındakı çoxsaylı səhvlərdən yalnız ən problematik olanları üzərində dayanmaq istərdim. Mən bu faktları öz ədəbiyyatlarının tarixi ilə səmimi şəkildə maraqlanan oxucular və AzadlıqRadiosunun tarixi sənədləşdirməsi naminə yazıram.
«Azərbaycan İnternəşnl» jurnalı olaraq bizim tədqiqatın çox uzun – altı il çəkməsi onunla əlaqədar idi ki, biz gəldiyimiz nəticələrdən tamamilə əmin olmaq istəyirdik. Biz həmin dildə danışan şəxslərin köməyi ilə 10 dildə (Azərbaycan, rus, alman, ingilis, fransız, italyan, türk, gürcü, fars və İsveç dillərində) sənədləri araşdırmışıq. Tədqiqat materialı 2000-dən artıq istinad və 500 materialdan ibarət ədəbiyyat siyahısı ilə dəstəklənir.
VAKKANIN NAĞILLARI
Əsəd Bəyin «Əli və Nino»nun müəllifi olduğuna inananların bir çoxu Cəmil Vakka Mazzaranın nağılları ilə yanlış istiqamətlənirlər (bəli, «nağıl» sözü bu mənbəni ifadə etmək üçün ən müvafiq sözdür). Əsil adı Bello Vakka olan Tripoli (Liviya) sakini Bello Vakka Əsəd Bəyin dostu idi və Lev Nussimbaumun etdiyi kimi opportunist səbəblərdən – pul naminə islamı «qəbul etmişdi».
Əsəd Bəyin «Der Mann»dakı («Sevgidən bixəbər kişi», V Dəftər, səh. 12B-13A) qeydlərinə görə, Vakka Əsəd Bəyi narkotiklərlə təmin edirdi. Bundan əlavə, Misir dövlət orqanları 1938-ci ildə onu narkotik alverçisi və silah qaçaqmalçısı kimi ölkədən xaric etmişdi (Ris, səh. 334, rəsmi İtalyan mənbələrindən sitat).
1942-ci ildə Vakka 10 səhifədən ibarət nekroloqunda Əsəd Bəyi tərifləyirdi (Moderno Oriente, c. 22:10, səh. 434-443). Halbuki onun hər bir bəyanatında nöqsanlar var. Belə görünür ki, Vakka hər vəchlə Əsəd Bəyin uzaq qohumu olduğunu sübut etməyə çalışır. Nə üçün? Əsəd Bəyin sağ qalmış yeganə varisi olduğunu göstərib onun bütün mirasına (sonradan miras qalacaq heç bir şey olmadığı ortaya çıxdı, Əsəd Bəyin atasından qaldığını iddia etdiyi neft yataqları çoxdan – bolşeviklər 1920-ci ildə Bakıda hakimiyyəti ələ keçirən zaman müsadirə edilmişdi) sahib olmaq üçün.
Vakka iddia edirdi ki, Əsəd Bəylə eyni ulu babaya – «Arslan xan» – sahib idilər. Lakin Vakka Əsəd Bəyin «Leo Nussimbaum» və «Lev Nussimbaum» olduğunu etiraf etdiyi vəsiyyətnaməsinə qol çəkmişdi (Sürix Mərkəzi Kitabxana Arxivi). Vakkanın imzası onun Əsəd Bəyin əslində «Lev Nussimbaum» olduğunu və onunla heç bir əlaqəsi olmadığını bildiyini göstərir (Aİ-da bax, səh. 207).
Vakka Əsəd Bəyin Pozitanodakı başında türbən olan türk müsəlman ənənəsinə uyğun şəkildə düzəldilmiş məzar daşını təşkil edən şəxs idi (Ris, 331). Pozitanoda yaşayan alman sürgünü Amin Veqner gündəliyində yazırdı: «Əsəd Bəy komediyanı [müsəlman olması ilə bağlı komediyanı] sona qədər oynadı (Ris, səh. 336).
VAKKANIN YALANLARI
Biz jurnalımızda Vakkanın Əsəd Bəy haqqında dediyi bir çox bəyanatın Azərbaycan, Gürcüstan və Ukrayna Dövlət Tarix arxivlərindəki sənədlər vasitəsilə təkzib edilə biləcəyini göstəririk. Azərbaycan dilində PDF fayla bu keçiddə baxa bilərsiniz:
Gəlin, onlardan bəzilərini nəzərdən keçirək.
Vakka Əsəd Bəyin şiə müsəlmanı kimi dünyaya gəldiyini iddia edir. Bakıda məşhur olan nağılın mənbəyi də məhz budur.
Halbuki Levin doğum haqqında şəhadətnaməsi Kiyevdə yəhudi sinaqoqunda qeydiyyata alınmışdı və orada onun dünyaya gəlməsi və sünnət edilməsi faktları yəhudi ayı «xeşvan»da qeydə alınmışdı. Bakıdakı məktəb sənədləri də Levin milliyyətini və dinini yəhudi olaraq göstərir (Azərbaycan Milli Arxivi). Bundan əlavə, əgər Əsəd Bəy həqiqətən də şiə müsəlmanı idisə, nə üçün o «Məhəmməd» və «Allah böyükdür» kitablarının hər ikisində sünni təriqətinin bir qolu olan vəhhabiliyi təbliğ edir?
1. Vakka iddia edir ki, Əsəd Bəy Bakıda doğulmuşdur. Vakka yazır: «Leo Məhəmməd Əsəd Bəy 20 oktyabr 1905-ci ildə Bakıda doğulmuşdu…» Lakin Lev Nussimbaumun (Əsəd Bəy təxəllüsü ilə yazırdı) dünyaya gəlməsi faktı Kiyevdəki yəhudi sinaqoqunda qeydə alınmışdı (Ukrayna Milli Arxivi). Levin Bakıda dünyaya gəlməsi ilə bağlı heç bir sübut yoxdur.
Vakka Əsəd Bəyin «məşhur erməni soyqırımı» zamanı dünyaya gəldiyini söyləməklə yazısına davam edir (Oriente Moderno, səh. 434). Olduqca qəribə bir qeyddir! Necə olur ki, Vakka məsələni erməni nöqteyi-nəzərindən təqdim etdiyi halda, 1905-1906-cı illərin dəhşətli münaqişələri zamanı öldürülən və yerlərindən didərgin edilən azərbaycanlıların əzabları haqqında heç nə demir?
2. Vakka Əsəd Bəyin atasının «Aslan-oğlu» olduğunu iddia edir. Lakin evlilik şəhadətnaməsi (Gürcüstan Milli Arxivi), oğlu Levin doğum haqqında şəhadətnaməsi (Ukrayna Milli Arxivi) və Bakıdakı məktəb sənədləri (Azərbaycan Milli Arxivi) də daxil olmaqla bir sıra sənədlərdə onun adı Abram Leybusoviç Nussimbaum kimi göstərilib.
3. Vakka Əsəd Bəyin anasının Aişə Slutzki olduğunu iddia edir.
Halbuki bütün rəsmi sənədlər, o cümlədən onun nigah haqqında şəhadətnaməsi (Gürcüstan Milli Arxivi) və ölüm haqqında şəhadətnaməsində (Azərbaycan Milli Arxivi) onun adı «Berta Davidovna Slutzkin» kimi göstərilir. Bundan əlavə, «Aişə» və «Slutzki» olduqca qəribə ad kombinasiyası olardı!
4. Vakka Əsəd Bəyin anasının sonradan islamı qəbul etmiş pravoslav rus olduğunu iddia edir. Lakin onun 16 fevral 1911-ci il tarixli intiharı Bakıda sinaqoqda qeydə alınıb (Azərbaycan Milli Arxivi).
5. Vakka iddia edir ki, Əsəd Bəy yəhudi deyildi, belə ki, yəhudilərə Bakıda yaşamaq qadağan edilmişdi. Lakin XX əsrin əvvəllərində Bakıda çox sayda yəhudi yaşayırdı, Lev və onun atası şəhərin ən mötəbər yerlərindən birində, Mixaylovskaya (indiki Əziz Əliyev) küçəsi 11 ünvanında, Natəvan heykəlinin yaxınlığındakı Aşumov evində yaşayırdı (Azərbaycan Milli Arxivi).
6. Vakka iddia edirdi ki, Əsəd Bəy yəhudi deyildi, belə ki, yəhudilər Bakıda mülk almaq hüququna malik deyildilər. Olduqca gülünc bir iddiadır! Arxiv sənədləri göstərir ki, Levin atası 1914-cü ildə 131 500 rubla «Nobel Qardaşları»na satdığı «A.L. Nussimbaum və Binəqədi Neft Boru Şirkəti»nə sahib idi (Azərbaycan Milli Arxivi).
7. Vakka iddia edirdi ki, Əsəd Bəy yəhudi deyildi, çünki yəhudilər Bakıda məktəbə gedə bilməzdilər.
Əsəd Bəyin «Stalin» əsəri ilk dəfə ingilis dilində çap edildiyi zaman «Nyu York Taymz» bu əsər haqqında yazırdı: «Bu ictimaiyyət qarşısına qoymaq üçün olduqca təhlükəli bir kitabdır»
Bu da absurd bir iddiadır, çünki çar Rusiyası dövründə çap edilən məktəb şablonlarında yəhudilər üçün xüsusi yer ayrılırdı. Lev Nussimbaumun 2 nömrəli kişi gimnaziyasındakı (1914-1920) sənədləri Levin yəhudi olduğunu göstərir (Azərbaycan Milli Arxivi). 8. Vakka iddia edir ki, Əsəd Bəy məktəbdə fars dilini öyrənir və farsca şeirlər yazırdı. Halbuki 2 nömrəli kişi gimnaziyasında fars dili tədris edilmirdi. Bundan əlavə, Vyana yaxınlığındakı Lixtenau qəsrində saxlanılan bir kitabdakı əlyazısı onun ərəb əlifbası ilə öz adını («Əsəd Bəy») və «Azərbaycan» adını düzgün yaza bilmədiyini göstərir (əlyazısının foto versiyasına baxın, «Azərbaycan İnternəşnl» 15:2-4, səh. 147).
Bundan əlavə Bakıdakı məktəb sənədləri göstərir ki, 1918-ci ildə Lev ilk dəfə Azərbaycan dili dərsini öyrənməyə başlamış və o bu fənnin imtahanından kəsilmiş (2) və bir daha imtahan verməli olmuşdu (Azərbaycan Milli Arxivi).
9. Vakka iddia edir ki, Əsəd Bəyin atası vəfat etmiş və o, onu oğulluğa götürən Nussimbaumla evlənən xalası ilə bolşeviklərdən xaricə qaçır! Nə böyük cəfəngiyat! Bu Vakkanın «Əsəd Bəy» və «Lev Nussimbaum» adları arasındakı əlaqəni izah etmək üçün irəli sürdüyü absurd və boş iddialarıdır. Hətta Əsəd Bəy özü də «Şərqdə neft və qan» (1929) əsərində 1920-ci ildə bolşeviklərdən qaçarkən Gürcüstan sərhədində saxlandıqlarını etiraf edir! O yazır: «Mənim qarşımda dayandı…mənim öz atam. Bu mənim ən böyük şansım idi! (ŞNQ, 1997-ci il ingilis nəşri, səh. 302).
Həqiqət budur ki, Əsəd Bəy «Lev Nussimbaum» kimi dünyaya gəlmiş və 1920-ci ildə Avropaya getdikdən sonra «Əsəd Bəy» təxəllüsünü götürmüşdü. Lakin əgər Vakka bunu qəbul etsəydi, onun Əsəd Bəyin sağ qalmış yeganə varisi olması haqqında iddiaları puç olardı.
Vakkanın nekroloqunda daha çox səhvlər var, lakin bu qədəri bəsdir…
İndi isə icazə verin, düzgünlük naminə professor Çərkəz Qurbanlının AzadlıqRadiosunda yayımlanmış müsahibəsi ilə bağlı fikirlərimi bildirim.
«ƏLİ VƏ NİNO»DA SİYASİ HEÇ BİR ŞEY YOXDUR»
Biz bu bəyanatdan dəhşətə gəldik və professor Qurbanlının bizim oxuduğumuz «Əli və Nino»nu tərcümə etdiyinə şübhə etməyə başladıq. Roman əvvəldən sona Bakıdakı siyasi hadisələrdən bəhs edir. Baş qəhrəman isə bolşevik işğalına qarşı vətəninin müstəqilliyini müdafiə edərkən həlak olur. Romandakı məhəbbət hekayəsi isə aysberqin sadəcə görünən tərəfidir. Mətnin altındakı məzmun yalnız Azərbaycanın deyil, bütün dünyanın bu günü ilə oxşarlıq təşkil edən o dövrün siyasi və sosial məsələlərini təsvir edir.
ƏSƏD BƏY «BESTSELLER» DEYİL
Professor Qurbanlı iddia edir ki, Əsəd Bəyin Stalin haqqında «bioqrafiya»sı ingilis dilinə tərcümə edilmiş və bir milyon nüsxəsi satılmışdır! Sübut hanı? Əsəd Bəyin «Stalin» əsəri ilk dəfə ingilis dilində çap edildiyi zaman «Nyu York Taymz» bu əsər haqqında yazırdı: «Bu ictimaiyyət qarşısına qoymaq üçün olduqca təhlükəli bir kitabdır. Rusiya inqilabi hərəkatı barədə məlumatı olmayan orta səviyyəli oxucu «əfsanəvi gürcü» olan sirli Əsəd Bəy tərəfindən yazılmış bu bioqrafiyanın birinci yarısını dolduran bədii və tamamilə əfsanəvi səhifələri oxuyaraq yanlış istiqamətlənə bilərlər» (Cozef Şaplen, NYT Buk Rivyu, 27 mart, 1932, səh. 10).
«Nyu York Taymz»ın bu dərəcədə tənqidi rəyindən sonra bu kitab necə bir milyon nüsxədə satıla bilərdi? Əslində, belə görünür ki, bioqrafiyanın ingilis dilində nəşri 1932-ci ildən sonra bir daha təkrar çap edilməyib. Bir milyon nüsxə ilə bağlı iddia olduqca şişirdilmiş səslənir. Ən yaxşı halda bu kitab bir neçə min nüsxədə satıla bilərdi.
Əslində, alman nəşriyyatının ən bilikli mütəxəssislərindən biri olan vyanalı doktor Murray Hall 1930-cu ildə yazırdı: «Alman standartlarına görə, «bestseller» istənilən dildə 100 000 nüsxədə satılmış kitablar hesab olunur. Mən Əsəd Bəyin alman dilli kitab bazarında bu səviyyədə bir yazıçı olduğunu düşünmürəm. Məndə olan məlumat Əsəd Bəy və Tal Verlaq kitab ticarətinin 5000 nüsxəni aşmadığını güman etməyə imkan verir. Lakin mən səhv də edə bilərəm». (Doktor Murray Hallın Betti Bleyerə 11 yanvar, 2011-ci il tarixli elektron məktubu).
ƏSƏD BƏYİN MƏHSULDARLIĞI…
Professor Qurbanlı mənim Əsəd Bəyin 8 ildə 16 kitab yazmasının qeyri-mümkünlüyü ilə bağlı müşahidəmi istehza ilə qarşılayır. Halbuki mən bu fikri səsləndirən ilk şəxs deyiləm. Əsəd Bəyin öz ədəbi agenti Verner Şendel belə ona xəbərdarlıq edərək, bir ildə birdən artıq kitab yazmağın qeyri-mümkün olduğunu yazmış, onun həddindən artıq məhsuldar görünməsinin doğru olmadığını bildirmişdi. PDF fayla baxın.
Xahiş edirəm, detektiv və romanları bioqrafiya ilə qarışdırmayın. Əsəd Bəyin yazdığı kitablar arasında «Stalin», «Lenin», «II Nikolay», «Rza Şah», «Məhəmməd», «OGPU», «Bolşevizmin sonu» əsərləri yer alır. Bu kitablardan hər birini yazmaq bir ömür vaxt tələb edə bilər. Siz Lev Tolstoyu nümunə gətirirsiniz, halbuki o, 52 illik yaradıcılığı müddətində 11 roman yazmışdı, Aleksandr Dümanınsa 30 illik yaradıcılıq fəaliyyəti vardı.
Bir də xahiş edirəm, bizə bir yaxşılıq edin. Azərbaycanın parlaq zəkalı detektiv yazarı Çingiz Abdullayevin adını Lev Nussimbaum/Əsəd Bəy adı ilə eyni cümlədə çəkməyin. Bu ikisi arasında ümumi heç bir şey yoxdur. Abdullayev əsərlərini yazarkən həqiqətə böyük önəm verir. Onun detektivləri bədii olsa da, olduqca real və inandırıcıdır; bu səbəbdən o, bu qədər məşhurdur. Lakin bütün tənqidçilərin xəbərdarlıq etdiyi kimi, Əsəd Bəyin yazdıqlarına heç zaman etibar etmək olmaz.
ANNMARİ SELİNKONUN ROMANLARI
Professor Qurbanlı deyir ki, Əsəd Bəy o qədər məhsuldar bir yazıçı idi ki, hətta iki romanını öz adı altında çap etdirməsi üçün «sevdiyi qadına» bağışlamışdı. Sanki o, Əsəd Bəyin hətta göründüyündən də məhsuldar olması ilə fəxr edir. Ancaq gəlin, bu məsələyə daha yaxından nəzər salaq. Bəli, mərhum professor Gerhard Höppün araşdırması nəticəsində Əsəd Bəyin iki roman əlyazmasını həqiqətən də Annmari Selinkoya verdiyi meydana çıxmışdı. Lakin bu fakt özü də Əsəd Bəy üçün problemi daha da mürəkkəbləşdirir – xüsusilə də onun həm də «Əli və Nino»nun müəllifi olduğunu iddia edənlərin nöqteyi-nəzərindən.
İlk olaraq, birinci romanın adına diqqət edin: «Mən çirkin bir qız idim» (Ich War ein Hässliches Mädchen). Biz Əsəd Bəyin belə bir əsər yazdığına inanmalıyıqmı?! Onun bu əsəri belə əliaçıqlıqla verdiyinə təəccüblənmək lazım deyil. Belə başlıqlı bir əsəri o öz adı altında çap etdirə bilərdimi? Həm də Selinkonun bu romanı 1937-ci ildə, «Əli və Nino» çap edildiyi il işıq üzü görmüşdü!
Bundan əlavə, Əsəd Bəyin yazdığı «Der Mann» («Sevgidən bixəbər kişi») «Mən çirkin bir qız idim» kitabının son səhifəsində reklam edilmişdi. Həyat yoldaşı Erika Louendahlla qalmaqallı boşanma prosesi yaşayan Əsəd Bəy həmin il eyni zamanda üç əsər də tamamladığına görə olduqca məşğul bir il yaşamış olmalı idi. Bir il əvvəl, 1936-cı ildə Əsəd Bəyin adı altında üç əsər «Rza Şah», Səudiyyə Ərəbistanının İbn Səudundan bəhs edən «Allah böyükdür» və «Bolşevizmin sonu» əsərləri çapdan çıxmışdı.
Əsəd Bəyin Selinkoya verdiyi ikinci kitab – «Sabah daha yaxşı olacaq» 1938-ci ildə nəşr edildi. Maraqlıdır ki, Qurban Səidin «Qızıl buynuzdan olan qız» əsəri də həmin il çapdan çıxmışdı.
QOT ƏLİFBASI?
Qot alman əlifbası ilə yazılmış əsəri tərcümə etmək olduqca çətin və tərifəlayiq bir işdir. Ancaq «Ali und Nino» həqiqətən də qot əlifbasındamı çıxmışdı? Bizim əlimizdə «Əli və Nino»nun 1937-ci ilə aid ilk iki nəşri vardır – lakin onlar hər ikisi müasir alman əlifbası ilə çap edilmişdir. Bundan əlavə, biz əlimizdə olan 11 alman nəşrinin hamısını nəzərdən keçirdik, onların heç biri qot əlifbasında deyil. Siz həqiqətən də «Əli və Nino»nu qot əlifbasındakı alman dilindən tərcümə etmisinizsə, biz bu kitabı görmək istərdik. Bu, bizim üçün yenilik olardı.
ÇƏMƏNZƏMİNLİ İSTANBULDA SƏFİR İDİ
Professor Qurbanlı Çəmənzəminlinin Parisdə səfir olduğunu deyir. Romanın baş qəhrəmanı Əli Xan Parisdə diplomatik təyinat almış, lakin bu vəzifədən imtina etmişdi, Çəmənzəminli isə Azərbaycan Demokratik Respublikası tərəfindən 1919-cu ildə Azərbaycanın İstanbula ilk səfiri təyin edilmişdi. O, Parisə 1923-cü ildə, qardaşının yanında olmaq üçün getmişdi. Orada həyat onun üçün olduqca çətin idi. O, taksi sürücüsü işləyə bilmək üçün iki dəfə verdiyi imtahandan keçə bilməmişdi. Nəhayət o, avtomobil fabrikində iş tapmağa müvəffəq olur. Burada o özünü sudan çıxmış balıq kimi hiss edirdi və bu səbəbdən Sovet Azərbaycanına qayıtmaq qərarı aldı. Bu, onun həyatının QULAQ-da sona çatması ilə nəticələnən taleyüklü bir qərar idi.
«ƏLİ VƏ NİNO» İLƏ «ŞƏRQDƏ NEFT VƏ QAN» BƏNZƏR ƏSƏRLƏRDİR?
Professor Qurbanlı iddia edir ki, «Şərqdə neft və qan»ın ikinci fəsli «Əli və Nino»nun ikinci fəsli ilə eynidir və əlavə edir ki, o, Çəmənzəminlinin Əsəd Bəydən oğurluq etdiyini deyib onun adını ləkələmək istəməzdi. O, nə danışır? Bu iki fəslin məzmunu tamamilə fərqlidir.
Mən belə başa düşürəm ki, siz Əsəd Bəyin ikinci kitabı «Qafqazın on iki sirri»ni (1930) tərcümə etməmisiniz. Əgər bu belədirsə, onda siz ağıllı iş görmüsünüz.
SARA AŞURBƏYLİProfessor Qurbanlı məni Tom Risin mərhum Sara Aşurbəyli ilə əlaqədar dediklərini təkrarlamaqda ittiham edir. Halbuki mən Sara xanımdan 1995-ci ildə müsahibə almışdım, Tom Ris isə bunu 1998-ci ildə etmişdi. Bu halda mən necə Tom Risi təkrarlaya bilərəm? Hər iki halda Sara xanım Lev Nussimbaumu yəhudi dostu kimi xatırlamışdı. Sara xanımla müsahibəmizin səs kasetləri mənim arxivimdə saxlanır.
ÖMƏR EHRENFELS
Professor Qurbanlı deyir ki, Əsəd Bəyin dostu Baron Ömər Ehrenfels Hindistana gedir və ordan qayıtdıqdan sonra Əsəd Bəy onun həyat yoldaşı Elfridadan «Qurban Səid» təxəllüsünü öz adına qeydiyyata salmasını xahiş edir. Hadisələrin xronologiyası çox qəribə təqdim edilir!!! Doğrudur, Baron 1938-ci il anşlüsdən sonra faşistlərin qara siyahısında olduğunu öyrənir və Hindistana qaçır, lakin o, 24 il orada qalır və yalnız 1960-cı illərdə geri qayıdır. Əsəd Bəy 1942-ci ildə vəfat etmişdi. Bu halda o Elfridadan təxəllüsü öz adına qeydiyyatdan keçirməsini nə vaxt xahiş etmişdi?
BETTİ BLEYERİN PROSESSOR QURBANLIYA SUALI
Aydındır ki, professor Qurbanlı Əsəd Bəyin altı kitabını tərcümə etmək üçün aylarını, illərini sərf edib. Bu, böyük işdir. Çətin işdir. Şəxsən mən onun enerjisini məhz Əsəd Bəyin kitablarını tərcüməyə sərf etdiyinə təəssüf edirəm, çünki bu kitablar səhvlərlə doludur. Maraqlıdır ki, professor o səhvlərlə necə davranıb? Əsəd Bəyin yazdığı hər şeyi elə olduğu kimi tərcümə edib, ya onun çoxsaylı səhvlərindən bəzilərində düzəlişlər edib?
«ŞƏRQDƏ NEFT VƏ QAN»
Tənqidçilərdən biri yazır: «Əsəd Bəyin bu əsərdə təqdim etdiyi ağlasığmaz hadisələr və yanlışlıqlar barədə iri həcmli kitab yazmaq olar…Lakin bu tənqidçi belə bir hekayəni layiq olduğu unudulmaqdan xilas etmək üçün daha artıq mürəkkəb və kağız sərf etmək niyyətində deyil» (Yaxın Şərq və Hindistan, 1931).
Həm Əlyazmalar İnstitutunun tarixçisi Fərid Ələkbərli, həm də Misirdə, Sinay dağındakı Müqəddəs Katerina monastırında Qafqaz Albaniyası əlifbasını tapan və şifrəsini açan Gürcüstanın məşhur tarixçisi Zaza Aleksidze Əsəd Bəyin «Şərqdə neft və qan» (1929) əsəri haqqında eyni sözləri dedilər. Onlar Əsəd Bəyin yol verdiyi səhvlərdən dəhşətə gəliblər və nəticə etibarilə kitabın nə tarixi əsər, nə də avtobioqrafiya hesab edilə bilməyəcəyi qənaətinə gəliblər. Başqa sözlə, Əsəd Bəy cəfəngiyat yazıb.
«AĞ RUSİYA»
Sovet dönəmində Azərbaycanın YUNESKO-da səfiri olmuş məşhur diplomat Ramiz Abutalıbov XX əsrdə Avropada azərbaycanlı mühacirlər mövzusunu olduqca gözəl bilir və o, Avropadan mövzu ilə əlaqədar yüzlərlə sənəd taparaq Azərbaycana gətirmiş və Milli Arxivə təqdim etmişdir. Ramizdən Əsəd Bəyin «Ağ Rusiya» əsərinə (1934) düzəlişlər etmək xahiş edilib. Lakin onun fikrincə, əsər o qədər səhvlərlə doludur ki, əgər bütün lazımi düzəlişlər edilsə, onda gərək onun adı müəllif kimi təqdim edilsin.
«QAFQAZIN ON İKİ SİRRİ»
Mən belə başa düşürəm ki, siz Əsəd Bəyin ikinci kitabı «Qafqazın on iki sirri»ni (1930) tərcümə etməmisiniz. Əgər bu belədirsə, onda siz ağıllı iş görmüsünüz. Azərbaycanlılar (Hilal Münşi və Berlindəki digər azərbaycanlı mühacirlər) haqlı olaraq Əsəd Bəyin onların vətənini təsvir etmə şəklindən şikayətlənirdilər. Sizin bu iyrənc yalanlar və seksual eyhamlarla dolu əsəri tərcümə etməməyinizin əsl səbəbi nədir? Bəlkə də siz azərbaycanlıların bu kitabdakı absurd bəyanatları dərhal müəyyənləşdirəcəklərini bilirdiniz, məsələn, Şahzadə Tamarın saraya ayaq basan hər kəslə yatması; yandırılmış Quranın tüstüsünün bütün xəstəliklərin dərmanı olması; Azərbaycan dilinin axmaq dil olması və axmaqlığından asılı olmayaraq istənilən adamın bu dili öyrənə biləcəyi; Qafqaz kəndlərində uşaqların başının balqabaq formasında olması üçün sarınması və s. bu kimi bəyanatlar. «Azərbaycan İnternəşnl» jurnalında baxın: «Folklor: Əsəd Bəyin bilmədikləri: Qafqazın portreti – qalmaqallı və opportunist».
«MƏHƏMMƏD PEYĞƏMBƏR»
Bəlkə də Əsəd Bəyin kitabları arasında ən zərərlisi «Məhəmməd»dir (1932). İslamı bilənlərin bu kitab barədə rəyləri məhvedicidir. Bunlardan bəzilərini diqqətinizə çatdırmaq istərdim.
«Əsəd Bəyin «Məhəmməd»i pis tarix, təhrif edilmiş faktlar və naiv interpretasiyaların poppurisindən ibarətdir. Bu əsər heç yazılmamalı idi. Mən burada yazdıqlarımın ağırlığının fərqinə varıram. Lakin təklif edəcəyim üzrüm yoxdur. Əslində, mən daha da irəli gedərək bu «bioqrafiya»da səhvsiz bir səhifənin
«Əsəd Bəyin «Məhəmməd»i pis tarix, təhrif edilmiş faktlar və naiv interpretasiyaların poppurisindən ibarətdir
belə olmadığını iddia edirəm». Daha sonra bu tənqidçi əsərdəki səhvləri üç kateqoriyaya ayırır: (1) Əsəd Bəyin əsası olmayan adət-ənənələri və əfsanələri həqiqət kimi qəbul etməsi, (2) Əsəd Bəyin ərəb dili ilə bağlı cahilliyi, (3) Əsəd Bəyin faktlarla bağlı səhvləri. Tənqidçi belə bir nəticəyə gəlir ki, Əsəd Bəyin nə vaxtsa Quranı orijinaldan və ya tərcümədən oxuduğu müəmmalıdır.