Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:15

Ceyms Coysun romanı ilk dəfə Azərbaycan dilində


Bu əsər - cəmiyyətə qoyulmuş diaqnozdur.

Və bu diaqnoz - ölümdür...

Xalqın taleyinə biganəlik, yaltaqlıq, ləyaqətsizlik, avamlıq...

Azərbaycan oxucusuna da yaxşı tanış olan "Ölülər" teması...

Məşhur irland yazıçısı Ceyms Coysun "Dublinlilər" romanı müstəqil hekayələrdən ibarətdir, onların hər biri cəmiyyətin iliyinə hopan bir bəlanı açıb göstərir.

Bu təsvirlər üzlərdən maskaları dartıb qoparır.

Amma bu hekayələr həm də yazıçının - Vətəninin ingilis işğalından niyə qurtula bilməməsi, millət kimi niyə formalaşa bilməməsi, irlandların öz ölkəsinin taleyinə niyə sahib bilməməsi ilə bağlı düşüncələrindən çıxan ümumi nəticədir.

20-ci əsrin ən böyük yazıçılarından və modernizm cərəyanının mühüm simalarından sayılan, amma SSRİ-də çox tanınmasına şərait yaradılmayan Coysun belə iri həcmli əsəri ilk dəfədir ki, Azərbaycan dilinə tərcümə edilib.

"Qanun" nəşriyyatının çap etdiyi kitabı Azərbaycan dilinə Əlisa Nicat və Ramiz Abbaslı çeviriblər.

Həmçinin oxu
Vətənini donuza oxşadan yazıçı
XS
SM
MD
LG