Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 19:32

Turan İbrahimov: «Həbslər dünyanın hər yerində var»


Turan İbrahimov və Zaur Qurbanlı
Turan İbrahimov və Zaur Qurbanlı
AzadlıqRadiosunun «İşdən sonra» proqramında jurnalist Turan İbrahimov və «Nida» Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlı «Gənclər üçün «imkanlar»dan söz açıblar.

Turan İbrahimov:

«Mən deməzdim ki, bu gün gənclər üçün ideal, bizim arzuladığımız, hədəfimizdə olan xəyal etdiyimiz hər cür şərait, hər cür imkan var. Amma hər halda insanların, xüsusilə gənclərin qanun çərçivəsində öz potensiallarını reallaşdırmaları üçün minimum şərait yaradılıb».

«Gənclər Azərbaycanda bu gün imkan daxilində nəyə isə nail ola bilirlər. İstədiklərini edə bilirlər».

Zaur Qurbanlı:


«Hazırda gənclərə hər hansı bir imkan verilməsindən söhbət gedə bilməz. Bu da təbii bir şeydir. Bu da avtoritar, diktatura hakimiyyətlərinin özünün mahiyyətinə xas bir şeydir».

«Bu imkanın minimumu fil boydadırsa, görün onda qarışqası nə boydadır».

Turan İbrahimov:

«Siz burda öz fikirlərinizi deyə bilirsinizsə, deməli hansısa imkanlar mövcuddur».

Zaur Qurbanlı:

«Biz hazırda həbs dalğasının fonunda danışırıq».

Turan İbrahimov:


«Həbslər dünyanın hər yerində var».

«İndi kimin məsələyə nə cür yanaşmasından asılı olmayaraq ortada yəqin ki, hər hansı faktlar, söykəniləcək
Turan İbrahimov
nüanslar var».

«Mən heç kimin həbsə atılmasının tərəfdarı deyiləm».

«Kimsə qanunu pozursa, asayişi pozursa, dövlət vətəndaşlarının təhlükəsizliyini nəzərə alaraq bunu etməlidir».

Zaur Qurbanlı:

«Gənclər özlərinin bəxtlərinə güvənirlər. Allah-Allah deyə-deyə oturublar ki, təki məni tutmasınlar».

Turan İbrahimov:

«Artıq dövlət səviyyəsində də problemlərin olduğunu və buna müdaxilənin yetişdiyini etiraf edirlər».

«Bizim gənclərin intellektual səviyyəsi deqradasiyaya doğru gedir».

«Bizdə ən çox demokratiyadan danışanlar, demokratiyanın cəmiyyətdə bərqərar olmasını arzulayanların təfəkkürü sırf totalitar təfəkkürdür».

«Hər şeyi dövlətin, sistemin üzərinə yıxmaq düzgün deyil».

Zaur Qurbanlı:

«Bir çox şeylər gənclərin yox, elə sistemin təqsiridir».

«Sistem ən səviyyəli, ən təhsilli kütləni də elə vəziyyətə qoya bilər ki, dünyaya bəla ola bilərlər».

«Azərbaycan xalqı ən yaxşı şeylərə layiqdir. Buna baxmayaraq indiki sistem onları elə vəziyyətə qoyub ki, məktəbi bitirənlərin 32 faizi ikiyə layiq oxuyur».

Zaur Qurbanlı
«Prokurorluq orqanlarına imtahan verən gənclərə tələb qoyulub ki, sizin «Facebook» dostlarınız araşdırılacaq. Onların içində hökumətin əleyhinə fikir söyləyən olarsa, siz avtomatik olaraq imtahandan kəsiləsiniz».

Turan İbrahimov:

«İstənilən məsələyə istənilən tərəfdən baxış var. Hərə bir cür görür məsələni. Mən öz gördüklərimi deyirəm».

«Azərbaycanda faşist təfəkkür var. Bu təfəkkürlü insanlar, bu insanların təmsil etdikləri partiyalar siyasi partiyalar və ya siyasi qruplar hakimiyyətə gələndə, onlar kimin harada olmasına qərar verəcəklər».

«11 mart – Böyük Xalq Günü»nə qarşı səhifə yaratmaq mənim düşüncəmdir».

«Mən düşünürəm ki, bu gün Azərbaycanda gəncləri iğtişaşlara çağırmaq, küçələrə tökmək, onların beyinlərini zəhərləmək düzgün deyil».

«Bir insan xaricdə oturub, burda kimləri isə küçəyə töküb, «dubinka»nın altına saldırıb döydürürlərsə, mən bunu xoş niyyət kimi qəbul etmirəm».

Zaur Qurbanlı:

«Demokratiya öz alternativini məhv edir və bu, faşizm demək deyil».

«Azadlıq insanın daxili ehtiyacıdır».

«Bizim toplaşmaq azadlığımız, söz demək azadlığımız olmayan yerdə əlacımız yalnız bloqa, «Facebook»a, «Twitter»ə çatır».

- Turan İbrahimov gənc bloqqerlərin haradan, kim tərəfindən və hansı məqsədlə maliyyələşməsini iddia edir?

- Zaur Qurbanlı Turan İbrahimovun dediklərinə necə cavab verdi?


Bu suallara cavabı verilişi tam olaraq dinləməklə tapa bilərsiniz.

XS
SM
MD
LG