Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:20

KAXCP üzləri buraxıldı


Klassik Xalq Cəbhəsi Partiyasının 2 saata yaxın Yevlax Polis Şöbəsində saxlanan üzvləri buraxılıb.

Partiyanın Yevlax Rayon Şöbəsinin sədri Şamil Fərzəlibəyli isə hələ də şöbədə saxlanılır. Bu haqda AzadlıqRadiosuna məlumatı KAXCP sədri Mirmahmud Mirəlioğlu verib.

POLİS KAXCP SƏDRİNİ VƏ 30-a YAXIN FƏALI SAXLAYIB

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu və partiyanın Yevlax rayon şöbəsinin üzvləri 1 saatdır ki, rayon polis şöbəsində saxlanılır.

Bu barədə AzadlıqRadiosuna Mirmahmud Mirəlioğlu məlumat verib. O deyir ki, partiya təmsilçisi Şamil Fərzəlibəylinin evində Yevlax rayon şöbəsinin konfransını keçirdirdikləri zaman 50-yə yaxın polis işçisi konfransı dağıdıb:

«Çıxış etdiyim yerdə 50-yə yaxın polis əməkdaşı rəhbərliyi ilə birlikdə gəldilər, polis şöbəsinə gətirdilər bizi. Maşınla və piyada. Bütün konfrans iştirakçıları, Bakıdan, Goranboy və Bərdədən gələn qonaqlar da burdadırlar. Hazırda şöbədə 28 nəfərik. Biz saymamışıq, polisin verdiyi məlumat budur ki, bizim siyahımızı tutublar, 28 nəfərik».

KAXCP sədri Mirmahmud Mirəlioğlunun polisə istinadən verdiyi məlumata görə, onların saxlanmasına səbəb 102 xidmətinə daxil olan narahatedici zəngdir:

«Narahat olublar bizim toplantımızdan. Bizə də deyirlər, polis asayişi qorumalıdır və həmin zəngə də cavab verməlidirlər və s. Ona görə də bizi bura gətiriblər. Bizim rayon, şəhər şöbələrimizin əksəriyyətində qərargahlarımız yoxdur. Ona görə də bizim icazəsiz toplandığımızı vurğulayırlar. Saxlanmağımız qanunsuzdur. Biz qeyri-leqal fəaliyyət göstərən təşkilat deyilik. Rəsmi konfranslarımızı keçiririk. Sadəcə Azərbaycan hakimiyyətində bir ruhi həyəcan vəziyyəti var. Və ondan əndişələniblər».

KAXCP fəallarının saxlanmasıyla bağlı Yevlax Rayon Polis Şöbəsindən məlumat almaq mümkün olmadı.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə qeyri-iş günü olduğu üçün hadisədən məlumatsız olduğunu bildirib.
XS
SM
MD
LG