Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:00

Yaponiya BMT-dən nüvə ekspertləri xahiş edir


Atom elektrik stansiyasının soyutma sistemi partlayan 3-cü reaktoru, 14 mart 2011
Atom elektrik stansiyasının soyutma sistemi partlayan 3-cü reaktoru, 14 mart 2011
BMT-nin Atom Enerjisi üzrə Agentliyi martın 14-də bildirib ki, Yaponiya onlara müraciət edərək zədələnmiş atom elektrik stansiyasının təhlükəsizləşdirilməsinə yardım istəyib. Agentliyin rəhbəri Yukiya Amano martın 14-də Vyanda jurnalistlərə bildirib ki, AEA Yaponiyaya ekspert missiyasının göndərilməsini müzakirə edir.

Yaponiyada ötən həftənin cümə günü baş verən 8.9 ballıq zəlzələdən “Fukushima” atom elektrik sytansiyasının reaktorlarından birinin soyutma sistemi sıradan çıxmışdı. Yerli mütəxəssislər reaktorun soyuması üçün ona dəniz suyu vururdular. Amma martın 14-də stansiyanın üçüncü reaktorunda da soyutma sistemi sıradan çıxıb, bu zaman baş verən partlayışda 11 nəfər yaralanıb.

Rəsmilər reaktorun özünün zədələnmədiyini bildirirlər. Rəsmi məlumata görə paytaxt Tokyonun 240 kilometrliyində yerləşən bu stansiyanın ətrafında radiasiya artıb, amma insan sağlamlığına zərərli səviyyədə deyil.

Hökumətin katibliyindən Yukio Edano bu gün səhər mətbuat konfransında deyib ki, stansiyanın 20 kilometr çevrəsindən əhali köçürülür.

Yaponiya mediasının xəbərinə görə sunamidən ən çox ziyan çəkən Miyagi bölgəsində 2000 nəfərin meyidi tapılıb. Zəlzələ və onun ardınca başlayan sunamidən həlak olanların sayının 10 000 nəfərə çata biləcəyi ehtimal edilir.
XS
SM
MD
LG