Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:33

Güntay Gəncalpdan yeni roman gəldi


"Alatoran" jurnalı xəbər verir ki, Finlandiyada yaşayan azərbaycanlı yazıçı Güntay Gəncalp yeni romanını tamamlayıb.

Əslən İran Azərbaycanından olan yazarın yeni romanı "Yalqız qarışqalar" adlanır.

Roman aşağıdakı annotasiya ilə baslayır:

“Oğlumla ormanlıqda gəzirdik. Qarışqanı ilk dəfə olaraq görən oğlum "Ata bu nədir?" deyə sordu.

“O, qarışqadır, oğlum. Ana dilimizdə ona qarışqa deyirik” dedim. Gecələr yatdiğımızda qarışqalar haqqında ona nağıl söyləməmi istədi. Oğluma uydurub söylədiyim nağıl böyüyüb kiçik bir roman oldu”.

Sözdə uşaqlar üçün danışılmış bir hekayət adlandılrılsa da, roman çox ciddi bir mövzuya - İrandakı Azərbaycan türklərinin öz milli kimliklərini qorumaq uğrunda mübarizələrinə həsr edilib.

Bundan əvvəl Güntay Gəncalpın “Sezenin Sevgisi” hekayələr toplusu, “Yüksəl Birol” adli romanı və bir çox tərcümə kitabları çap edilib.

Hal-hazırda kitab çap üçün hazırlıq prosesindədir. “Yalqız qarışqalar” romanı aprel ayında kitab satişı şəbəkələrində olacaq.
XS
SM
MD
LG