Həbsdə olan gənc fəal Bəxtiyar Hacıyevin ailəsinə baş çəkməyə gedən 10 nəfəri Gəncə polisi saxlayıb.
Bu barədə AzadlıqRadiosuna həmin şəxslərdən biri-AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı məlumat verib.
Onun dediyinə görə, polisə aparılmalarını heç bir məsələ ilə izah olunmayıb.
- Biz Bəxtiyar Hacıyevin ailəsi ilə görüşdük. Daha sonra Bəxtiyarın özü ilə görüşmək üçün Gəncə şəhər Nizami rayon məhkəməsinə və prokurorluğuna müraciət etmək fikrində idik. Lakin Gəncə şəhər polis idarəsinin rəis müavini gəldi və bizi apardılar polisə. Dedilər ki, sadəcə sizin nabələd adamlar olduğunuz üçün məsələni aydınlaşdırmaq istədik.
Polisə aparılanlar “Azadlıq” qəzetinin müxbiri Ramin Deko, “Turan” İnformasiya agentliyindən fotomüxbir Etimad Budaqov, Reportyorların Azadlığı və Təhlükəsisliyi institutunun əməkdaşı Ədalət, AXCP Gənclər Komitəsinin üzvü Elnur Məcidli və daha bir neçə nəfər olub.
Əbülfəz Qurbanlının sözlərinə görə, təxminən 15-20 dəqiqəlik söhbətdən sonra onlar sərbəst buraxılıblar.
Gəncə polisi faktı təsdiqləyir. Şəhər polis İdarəsinin rəisi Rasim Musayevin dediyinə görə, həmin adamlar yad adamlar oduğundan onlarla maraqlanılıb və hər hansı problemlərinin olub-olmadığı araşdırılıb.