ABŞ-ın Azərbaycandakı səfiri öz iqamətgahında Novruz şənliyi keçirib. Mərasimdə səfir Metyu Brayza, onun ailə üzvləri, səfirliyin əməkdaşları iştirak ediblər.
“Turan”ın məlumatına görə, səfir mərasimdə çıxış edərək deyib: “Həyat yoldaşım Zeyno və qızım Maya ilə birgə Azərbaycan xalqını təbrik edirəm. Azərbaycan xalqına əmin-amanlıq, sülh, xoş günlər arzulayıram”.