«EVİMİ SATIB OBYEKT ALMIŞDIM, ONU SÖKDÜLƏR»
Gəncə şəhər sakini Müşviq Əliyevin 12 metr uzunluğunda olan özəlləşdirilmiş obyektini icra hakimiyyətinin göstərişi ilə söküblər. Müşviq Əliyev deyir ki, ərzaq mağazası kimi uzun illərdir işlətdiyi obyekti almaq üçün evini satıbmış. Mağazadan gələn gəliri ilə pul yığıb ev almaq niyyətindəymiş. İndi şəhər icra hakimiyyətinin qərarı onu həm işsiz, həm də evsiz qoyub.
- Deyirlər dövlət əhəmiyyətli yol keçir. Torpağım qanunidir, sərəncamı var. 81-ci ildən olan obyektdir. Özəl obyektimdir.
- Nə qədər pul verib almışdız?
- Özəlləşdirmişdik. O vaxt haradasa 50-60 min dollar xərcimiz çıxmışdı.
- Bəs nə deyiblər - kompensasiya ödəniləcək?
- Yox kompensasiya barədə bir şey deməyiblər. Başqa iş yerimiz yoxdur. Ailə dolandırırıq. Evim də yoxdur, evimi satıb buranı almışdım. Hələ ki gözləyirik, səbirli millətik. Hələ ki, sənədlərimiz əlimizdə gözləyirik.
Digər bir sahibkar Yunis Əliyevin tikinti mallarının istehsalı və satışı üçün yeni tikdirməkdə olduğu kompleks mağazalarını da söküblər. O, hələ heç mağaza komplekslərindən xeyir götürməyibmiş:
«MATERİALLAR TÖKÜLÜB QALIB ORTALIQDA»
- Sərəncamla bu obyektin adı inşaat mallarının istehsalı və satışıdır. Biz də tikdik, hazırlaşırdıq ki, fəaliyyətə başlayaq, o da alınmadı. Sənədlər hamısı qaydasındadır. Tikilişə icazə var, layihə var, yol idarəsi də gəldi, ölçdük yolkənarından 40 metr kənarda tikdik. İndi yardım eləsinlər ki, biz də yerimizi yenidən quraq. Dedilər yer verəcəyik. Hələ ki, verilməyib. Materiallar tökülüb qalıb ortalıqda, yerimiz yoxdur ki, aparaq yığaq içinə».
Yunis Əliyevin oğlu Fərdi Əliyev deyir ki, tikilinin yoldan 40 metr kənarda olmamasını bəhanə edirlər. Amma o qeyd edir ki, mağazanın biri yoldan 40 metrdən də çox kənarda tikilib. Onu da söküblər.
«BİZƏ ÇOX ZİYAN DƏYDİ»
«Gəlib heç bir sənəd göstərmədən onu dedilər ki, Gəncə şəhər icra başçısının əmridir, bura sökülməlidir. Gəldilər o biri obyektləri sökdülər. Dedilər ki, yoldan 40 metr aralıda olmalıdır. Digər obyektimiz 40 metrdən çoxdur, yenə də sökdülər. Bizə çox ziyan dəydi. Nə qədər materialımız var, hamısını qırıblar».
Digər bir sahibkar, avtomobillərin təmir sexi işlədən Ruhin Həsənova isə ərazidən daşınan dəmir qarajını götürmək göstərişi verilib. Ruhin Həsənov o qədər də narazı deyil. Sadəcə, başqa bir yerdə ona işləyib ailəsini dolandırmaq üçün torpaq yeri verilməsini istəyir.
Söhbətləşdiyim sahibkarlar icra hakimiyyətindən gələn nümayəndələrin onlara yeni ərazi ilə təmin olunacaqları vədi verdiklərini deyirlər.
Gəncə şəhər İcra Hakimiyyəti başçısının Təsərrüfat İşləri üzrə müavinin baş məsləhətçisi Natiq Binnətov isə deyir ki, tikililər yeni icra başçısı Elmar Vəliyevin göstərişi ilə sökülüb. Kompensasiya verilməsinə də heç bir ehtiyac yoxdur. Sahibkarlara obyekt tikmək üçün yer veriləcək.
«ONLARIN HAMISINA YENİ YERLƏR VERİLƏCƏK»
«Onların hamısına yeni yerlər veriləcək. Şəhərin ətrafı genişləndirilir. Şəmkir və Bakı-Gəncə yolu. Ora üçün yeni proyektlər işlənilir. Ərazi genişlənəcək».
«Sahibkarlara hansı ərazidən yer veriləcək» sualımıza isə Natiq Binnətov cavab verdi ki, bu, hələ bilinmir. Bunu arxitektura şöbəsi müəyyənləşdirəcək.
Bankdan götürdüyü kreditlə tikintisini hələ başa çatdıra bilmədən obyekti sökülən Yunis Əliyev isə onlara kompensasiya verilməsini istəyir. Deyir ki, yeni yer verilsə belə, orada yenidən hansısa tikinti aparmağa və əvvəlki borcunu ödəməyə imkanı yoxdur.