Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 10:37

Rüstəm Behrudi "Vida türküsü" (Şeir)

















Mən yalqızam bir qurd kimi,
Mənnən birgə qalan gəlsin.
Talanmışam bir yurd kimi,
Qisasımı alan gəlsin.

Bir sevda var-ləçək-ləçək,
Sən bilməsən, kim biləcək?!
Cəhənnəmdə bir kafir tək
Nə çəkirəm: bilən gəlsin.

Qeyrətdisə qanındakı,
Nə öndəki, nə sondakı?!
Mənim Tanrı dağındakı
Qismətimi bölən gəlsin.

Bu gün şaman imanını,
Öz içində Turanını,
“Damarında Türk qanını
Zərrə-zərrə bulan gəlsin”.

Uymayıb düşmən sözünə,
Güzgülər geyib dizinə,
Namazını qurd üzünə
Yarpaq üstə qılan gəlsin.

Nə kafirəm, nə də asi,
Sevdim haqqa yenən kəsi.
Məkkəsiylə Mədinəsi
Ulu Altay olan gəlsin.

Gedin Çinə vara-vara
Xəbər verin Uyğurlara.
Tikə-tikə,para-para
Olunmuşam talan, gəlsin.

Nə veribdi tövbə mənə?!
Tövbə etmək tövbə mənə.
Gəlib çatıb növbə mənə
Mənnən birgə ölən gəlsin.

http://azr.baybak.com/il_2007_say_1329.azr
XS
SM
MD
LG