Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:20

Kuçma bildirib ki, günahsızlığını sübut etməyə hazırdır


Jurnalist Georgi Qonqadzenin qətlində şübhəli bilinən Ukraynanın keçmiş prezidenti Leonid Kuçma bu gün baş prokurorluqda dindirilir.

Dindirmədən əvvəl Kuçma bildirib ki, günahsızlığını sübut etməyə hazırdır.

Ukrayna baş prokurorunun müavini Kuzmin bildirmişdi ki, Kuçma Qonqadzeyə qarşı qanunsuz hərəkətlərdə və qətldə əli olmaqda şübhəli bilinir.

Kuçmanın qəti tənqidçisi olan Qonqadze 2000-ci ildə oğurlanmışdı. Meyiti Kiyev yaxınlığında meşədə basdırılmışdı.
XS
SM
MD
LG