Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:20

Liviya dilemması...


Liviyada qiyamçı
Liviyada qiyamçı
AzadlıqRadiosunun «İşdən sonra» proqramında politoloqlar Zərdüşt Əlizadə və İlqar Məmmədov ərəb ölkələrində baş verən prosesləri təhlil ediblər

Zərdüşt Əlizadə:

«Tunisdə, Misirdə, Yəməndə və Suriyada baş verən inqilablardan Liviyadakı inqilab kəskin fərqlənir».

«Tunisdə, Misirdə, Yəməndə xalq aclıq və səfalətdən inqilab edirsə, Liviya xalqı haqqında bunu demək mümkün deyil».

«LİVİYA AFRİKA QİTƏSİNDƏ ƏN VARLI ÖLKƏDİR».


«Eyni zamanda, 42 ildir Qəddafi hakimdir, onun sözü mütləqdir, demokratik hüquqlar yoxdur».

«Qəddafiyə qarşı üsyan edən qəbilələrdir».

«Qəbilə sistemi demokratik ola bilərmi?».

«Qərb dövlətləri haqq-ədalət tərəfdarlarıdırsa, bir neçə yüz adam öldürülür. Bundan sonra onlar qərar verirlər. Azərbaycanda Ermənistanın təcavüzü nəticəsində minlərlə adam öldürülmüşdü. Yarım milyondan çox insan qaçqın düşmüşdü. Qərb onda Azərbaycana qarşı sanksiya qəbul edirdi».

«Burda məsələyə mənafe baxımından baxmaq lazımdır».

«LİVİYANIN ZƏNGİN NEFT YATAQLARI VAR».

«İndi Qərb dövlətlərinin köməyi ilə hakimiyyətə gələsi hakim qurum bundan sonra pambıq kimi yumşaq olacaq və Qərbin sözündən çıxmayacaq».

İlqar Məmmədov:

«Biz SSRİ-nin tərkibindən çıxanda, türklər başlarına döyürdü ki, sizin başınız xarabdır. Belə dövləti dağıtmaq olarmı?».

«Sosial təminatlar var deyib, dövləti, siyasəti ümumi olaraq dəyərləndirmək düzgün deyil».

«Burda idealizmdən kənar olmaq lazımdır. Heç kəs idealizm tələsinə düşməməlidir ki, hansısa dövlətlər xarici siyasətində idealist məramlardan çıxış edirlər. Bu, belə deyil».

«DÜNYADA MÜƏYYƏN OYUN QAYDALARI VAR. QƏDDAFİ BU QAYDALARI KƏSKİN ŞƏKİLDƏ POZURDU»
.

«O, dünya siyasətinə mafioz davranışları daxil etmişdi».

«Belə siyasətçilərin dövrü keçdi artıq».

Zərdüşt Əlizadə
«Ölkələr elan edirlərsə ki, bizim məramımız demokratiyadır, oyun qaydaları demokratiyadır, azadlıqdır, bu, o deməkdir ki, onlar fürsət və maraq olunca, həmin nöqtələrdə müdaxilə edəcəklər. Fürsət və maraq olmayanda, bəlkə də əsas olsa da, müdaxilə olmayacaq».

«Hazırda beynəlxalq qüvvələr, beynəlxalq koalisiya tamamilə haqlı olaraq Qəddafi rejiminin başına bombaları yağdırır».

«Qəddafi özü ölkə daxilində sərbəst fikir sahibləri ilə necə davranırdısa, indi də dünya ona elə davranmalıdır».

«Fürsət yetişibsə, bunu həyata keçirmək lazımdır. Görünür ki, bunun məqamı artıq yetişib. Bu, da sevindirici haldır».

«AMERİKANIN İNDİYƏ KİMİ QƏDDAFİNİ DƏSTƏKLƏDİYİ BARƏDƏ TƏSƏVVÜR TAMAMİLƏ MİFDİR»
.

«Bütün ərəb dövlətlərində əlbəttə ki, Amerikanın müəyyən siyasi dəstəyi mövcud idi. Amma ki, bütün rejimlər daxili əsaslar üzərində qurulur».

«Qəddafinin bombalanmasının arxasında duran ilk səbəb nə Fransadadır, nə də başqa ölkə, Qəddafi rejiminin insanlığa yaraşmamasıdır».

Zərdüşt Əlizadə:

«Sarkozi də, Obama da Liviya məsələsində müstəsna rəşadət göstərməklə öz seçkiqabağı mövqelərini gücləndirmək istəyirlər».

«Heç kəs gəlib kiminsə evinə girməməlidir, başqasının ailəsinə ağıl öyrətməməlidir».

«Qəddafi ordan bağırır ki, mən danışığa hazıram, deyirlər ki, səninlə heç bir danışıq aparmırıq. Bəlkə onu da dinləmək lazımdır».

«Qəddafinin getməsi BMT-nin qəbul etdiyi qərarda yazılmayıb».

«BİZ YA QANUNİ DÜNYADA YAŞAMALIYIQ, YA DA BELƏ CƏNGƏLLİK QANUNLARI İLƏ»
.

«Hər hansı bir güclü dövlət yığışıb, başqa bir zəif dövləti vurub, yıxıb, hökumətini dəyişməlidir?».

«Liviyanın indi bir dövlət kimi bütövlüyü təhlükə altındadır. O qəbilələr bölünə bilər. Yenidən davalar başlaya bilər».

«Mən düşünmürəm ki, Liviyada yaxın vaxtlarda demokratiya olsun».

İlqar Məmmədov:

İlqar Məmmədov
«Qəddafi insanları vurub, öldürə bilər, kimsə kənardan gəlib, Qəddafinin başını əzə bilməz?».

«İndi diktatorlar köhnə suverenlik konsepsiyasını öz arsenallarına daxil ediblər və dünyaya meydan oxuyurlar ki, biz öz xalqımızı əzəcəyik, siz də baxın».

«Bu siyasət artıq yeniləşmiş dünyada qəbul deyil».

«O dövlətdə insan hüquqları, qanunlar təmin olunsaydı, məhkəmə sistemi işləsəydi, dəli görkəmli dövlət lideri onun başında durmasaydı, təbii ki, Liviyanı üstələyən heç bir dövlət ora müdaxilə edə bilməzdi».

«Müdaxilə etsəydi, bu dövlətin tərəfində bütün dünya durub bağıracaqdı».

«Liviya elə dövlət deyil və bunun məsuliyyətini daşıyan Qəddafidir, onun rejimidir».

«QOY LİVİYA PARÇALANSIN. Bu dövlət neftin hesabına özünü parazit kimi aparan rejimdən ibarətdirsə, dağılsın».

«Dünyada indi artıq qanun üstün deyil... Qloballaşma inkişaf etdikcə, suverenlik konsepsiyası meydandan çıxır».

Zərdüşt Əlizadə:

«Fərz edək ki, Qəddafi 1 milyard oğurlayıb. 1 milyard oğurlamış Qəddafini götürmək üçün Liviya xalqının 2 milyardlıq hərbi infrastrukturunu bombalayıb dağıtmaq naqis bir hərəkətdir».

İlqar Məmmədov
:

«Misirdə də, Tunisdə də inqilablar ABŞ-ın heç bir müdaxiləsi olmadan keçirilib».

«İndi Liviyaya müdaxilə bu imici yaradacaq ki, doğrudan da Qərb dövlətləri dünyanı idarə edirlər».

XS
SM
MD
LG