Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:23

«Yəqin ki, Bəxtiyar Hacıyev Harvardın həbsdə olan birinci məzunudur»


Cəmil Həsənli
Cəmil Həsənli

«İŞDƏN SONRA» PROQRAMININ QONAĞI TARİXÇİ-ALİM CƏMİL HƏSƏNLİDİR.

«Novruz farsların da, türklərin də bayramıdır».

«Biz daha çox bu bayramın xalqlarımızın həyatına gətirdiyi yeniliklər barədə düşünməliyik, nəinki xalqları bir-birindən ayıran cəhətlər barədə».

«Novruz barış bayramıdır».

«Bu bayram İranın həyatında ona görə əlamətdardır ki, yeni təqvim ilinin başlanğıcıdır».

«Son vaxtlar İranda baş verən proseslər milli məsələni özündə ehtiva edir».

«İranda böyük ziddiyyətlər var. Bu ziddiyyətlər türklərin həyatından da yan keçmir. İranda olan və bundan sonra baş verəcək hadisələrdə türklərin iştirak etməməsi mümkün deyil».

«Sovet dövründə Novruza elə də sayğı və hörmət yox idi. Amma insanların necə bir daxili qürurla, daxili ehtiyacla bayram keçirdiyinin mən şahidi olmuşam».

«1958-ci ildə Azərbaycan komsomolunun birinci katibi Əbdürrəhman Vəzirov partiya qurultayında çıxış edib, belə bir ifadə işlətdi ki, ruslar Maslenitsanı qeyd edirlərsə, biz niyə Novruz bayramını qeyd etməyək?».

«NOVRUZ BAYRAMININ İDEYA İSTİQAMƏTİNDƏ İLK TƏŞƏBBÜSKARI ƏBDÜRRƏHMAN VƏZİROV OLUB. Faktiki baxımdan onu həyata keçirən Şixəli Qurbanov olub. Partiya Mərkəzi Komitəsinin razılığı ilə. O zaman Mərkəzi Komitənin sədri Vəli Axundov idi».

«Ən təmtəraqlı Novruz bayramı 60-cı illərin ortalarında Azərbaycanda keçirildi. Bunun əsas ssenari müəllifi, ideya müəllifi, praktiki baxımdan həyata keçirən Şıxəli Qurbanov idi».

«Torpağı işğal olunan bir məmləkətdə bu qədər çal-çağırın olması, onun televiziyalarının bu qədər xoşbəxt günləri öz tamaşaçılarına təqdim etməsi mənəvi cəhətdən düzgün deyil».

«Bayramı müvəqqəti olaraq keçirməmək olar, amma vətənin işğalı ilə barışmaq olmaz».

«20 il tarix üçün böyük bir zamandır. 20 il Azərbaycan torpaqlarının işğalçıların ayaqları altında qalması üçün uzun bir zamandır. Hər şeyin bir dözüm həddi olmalıdır. Bu məsələdə Azərbaycan xalqı öz iradəsini qoymalıdır ortaya».

«Müstəqillik xalqımızın böyük uğurudur».

«Müstəqillik elə böyük mənəvi bir duyğudur ki, insanlar onun üçün öz həyatlarını verməyə hazırdırlar».

«MÜSTƏQİLLİYİ XALQ QAZANDI, AMMA XALQ BU MÜSTƏQİLLİKDƏN YETƏRİNCƏ BƏHRƏLƏNƏ BİLMƏDİ».

«Müstəqillik bir sıra harın məmurlar üçün müəyyən məqamlarda Azərbaycanı müstəqil sökmək məqamına çevrildi. Bütün bu neqativ meyllər balaca Azərbaycanı böyük korrupsiya bataqlığına gətirib çıxardı».

Cəmil Həsənli
«İndi ölkənin imkanları, sərvətləri sadəcə olaraq kiçik bir qrupun əlində toplanıb. Müstəqilliyi qazanan milyonlara vətəndaşlar onun maddi və mənəvi cəhətlərini yaşaya bilmirlər».

«Müstəqil olmayan xalq böyük şeylərə nail ola bilməz».

«Xalq əbədi olaraq belə şeylərə dözə bilməz».

«Ölkədə ciddi islahatlar getməlidir, Azərbaycanı bu vəziyyətə salan insanlar cəzalanmalıdır, yüksək görəvlərdən uzaqlaşdırılmalıdır. Bunlar olmasa, xalq özü tarix səhnəsinə çıxacaq».

«Xalqın haqqını əlindən almaq olmaz».

«Ötən seçkilər açıq-aydın göstərdi ki, hakimiyyət xalqın seçim haqqına artıq etinasız yanaşır».

«MƏN DEMƏZDİM Kİ, BƏXTİYAR HACIYEV SUSDURULUB».

«Azərbaycanın ölü seçki mühitində Bəxtiyar Hacıyev yeni seçki taktikası tətbiq etdi».

«Bəxtiyar kimi gəncləri həbsə salmaqdansa, onun nə dediyi ilə maraqlanmaq lazımdır».

«Həbslər yolu elə də effektli yol deyil».

«Bir şeyi anlamaq lazımdır ki, bu vəziyyətlə barışmayanların sayı hakimiyyətin həbsxanalarının tutacağından çoxdur».

«Niyə Bəxtiyar parlamentdə deyil, həbsxanadadır? Bu barədə düşünmək lazımdır».

«Yəqin ki, Bəxtiyar Hacıyev Harvardın həbsdə olan birinci məzunudur».

«Mən sizi əmin edirəm ki, Cabbar Savalan heç narkotikin rəngini də bilmir».

«Mən əmin edirəm ki, Müxalif fikirdə olan ziyalıların sayı həddən artıq böyükdür. Hər hansı müxalif fikirdə olmaq üçün hökmən vacib deyil ki, müxalifət partiyasının tərkibində olasan».

«Bugünkü narahatlığın mənbəyi müxalifət partiyalarının güclü və ya zəif olması ilə bağlı deyil, xalqın böyük əksəriyyətinin müxalifətdə olması ilə bağlıdır».

«EYNİ KOMANDA İLƏ HƏM KORRUPSİYA MÜHİTİ YARATMAQ, HƏM DƏ KORRUPSİYAYA QARŞI MÜBARİZƏ APARMAQ EFFEKTLİ YOL DEYİL».

«Korrupsiyaya qarşı mübarizə aparmaqdan ötrü ilk növbədə Ramiz Mehdiyevin rəhbərlik etdiyi korrupsiya komissiyasının hesabatını ortaya qoymaq lazımdır».

«Ölkəni komissiyalarla idarə etmək uğurlu yol deyil».

«Dövlətin rəsmi siyasətini qeyri-konstitusion qurumlarla idarə edilməsi elə də effektli yol deyil».

«Ölkədə reforma etmək istəyirlərsə, birinci növbədə parlamenti buraxmaq lazımdır».

«Belə bir hadisə baş verərsə, mən seçkilərdə iştirak etməyəcəyəm».

XS
SM
MD
LG