Hind əsilli Britaniya yazıçısı Salman Rüşdi bildirib ki, Pakistanı terrorçu dövlət elan etməyin vaxtıdır.
Yazıçı bunu ABŞ xüsusi təyinatlılarının “dünyanın 1 nömrəli terrorçusu” Osama bin Ladeni Pakistanda tapıb öldürməsindən sonra deyib.
Həmin əməliyyatdan sonra dünyaya məlum olub ki, bin Laden Pakistan ordusunun mühüm obyektlərinə yaxın bahalı bir villada yaşayırmış.
thedailybeast.com saytındakı köşəsində Rüşdi bildirir ki, Pakistan Amerika əsgərlərinin “Əl Qaidə” terror təşkilatının rəhbəri bin Ladeni Abbotabad şəhərində məhv etməsindən sonra “yaranan çox ciddi suallara cavab verməlidir”
Yazıçı deyib ki, Pakistan Hindistandakı islamçı radikallara, terrorçu qruplara da dəstək verir.
Salman Rüşdi hesab edir ki, “Bin Laden oyunu” oynayan Pakistan rəsmiləri günlərin birində özləri də ekstremistlərin qurbanına çevrilə bilərlər.
Salman Rüşdi uzun müddət islamçı radikalların təqibindən gizlənməli olub.
İranın keçmiş ali dini lideri Ayətulla Xomeyni "Şeytan ayələri" kitabına görə onun barəsində ölüm fitvası çıxarmışdı.