Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 13:21

«Oğuz-Qəbələ-Bakı» su kəməri açılış xətrinə açılıb?!


Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı
«2010-cu il dekabrın 28-də ölkə prezidenti aldadılıb!»

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramına hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı söylədi.

KƏMƏR TAM HAZIR DEYİL!

Onun bildirdiyinə görə, «Oğuz-Qəbələ-Bakı» Su Kəmərinin açılışı sadəcə, açılış xətrinə edilib və kəmər tam hazır deyil. «Azərsu» üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib:

«Bunu aprelin 20-də Qəbələ və Oğuza etdiyimiz səfər də sübut etdi. Kəmərin vəziyyətinə yerindəcə baxış keçirdik və bir daha bu qərara gəldik ki, prezident aldadılıb».

ORADA EKOLOJİ PROBLEMLƏR VARDI

Nazirlər Kabineti tərəfindən kəmərin icrasının 2006-cı ildə «Azərsu»ya tapşırıldığını deyən M.
QISA XATIRLATMA:
  • «Oğuz-Qəbələ-Bakı» Su Kəmərinin uzunluğu 263 km-dir.

    2000 mm diametrində olan kəmər paytaxta saniyədə 5, saatda 18 min, sutkada isə 432 min kubmetr su gətirilməsini təmin etməlidir.

    Layihə iki hissədən—sugötürücü qovşaq və «Oğuz-Qəbələ-Bakı» magistral su kəmərindən ibarətdir.

    Kəmərin rəsmi təməlqoyma mərasimi 01.03.2007-ci ildə, açılışı isə 28.12. 2010-cu ildə olub.

    Kəmərin 14 aya, 480 milyon manata başa gələcəyi nəzərdə tutulmuşdu. Kəmərin 45 ay davam edən tikintisinə 747 milyon manat (təxminən 1 milyard dollar) xərclənib.
Qəhrəmanlı layihənin sonadək reallaşdırılmasının da bu quruma həvalə olunduğuna diqqət çəkdi:

««Azərsu» kəmərin ətraf mühitə təsirini qiymətləndirmə sənədi hazırlamadan layihəyə başladı. Orada ekoloji problemlər vardı. Ötən ay keçirdiyimiz monitorinqlər göstərdi ki, həmin problemlər həll edilməmiş qalır. Mülkiyyətçilərə kompensasiya verilməsində də pozuntular var. 800 nəfərin bəxti gətirib, alıb. 3256 nəfər torpaq mülkiyyətçisinin isə haqqı pozulub. Onlar yoxsulluq həddindədirlər».

TORPAQLAR ZƏBT EDİLDİ

Mirvari xanım hər hansı bir layihənin icrasının əhalini kasıbçılıq həddinə salmamalı olduğunu söylədi:

«İnsanların torpaqları zəbt edildi. Həm də bu torpaqlar bərəkətli torpaqlardır. İnsanlar ondan fayda götürürdü. Taxıl, arpa, yonca əkirdi, fındıq ağacları vardı. Hamısı qırıldı. 4 ildir ki, torpaqlarında bir toxum əkə bilməyənlər var. Hacıqabul rayonunun Tağlı kəndində iki qardaşın 1100 nar ağacı məhv olub. Başqa rayonlarda da (kəmər 8 rayondan keçir) həmçinin».

MEŞƏLƏRİ BƏRPA ETMƏYİBLƏR


Hüquq müdafiəçisi deyir ki, kəmərin çəkilmə prosesində dağıdılmış meşələrin bərpasına söz verilsə də, buna əməl olunmayıb:

İlham Əliyev kəmərin rəsmi təməlqoyma mərasimində, 1 mart 2007
«Ətraf kəndlərdə susuzluqdan əziyyət çəkirlər. Biz bu xəbərdarlığı əvvəllər etmişdik. Bulaqların gözünə toxunulduğundan istiqamət dəyişib. Quyuların uçma təhlükəsi baş verib. Zay borular olduğu üzə çıxıb. Artıq səhralaşma prosesi başlayıb. Ən böyük təhlükə Oğuzun kəndlərindədir. Artezianlarda su yoxdur».

BAKINI SU TƏHLÜKƏSİ GÖZLƏYİR


Monitorinq qrupunun artezianların qoşulduğu borularda suyun vəziyyətini də müşahidə etdiyini deyən Mirvari xanım suyun azlığını, bəzi boruların hətta susuz olduğunu da bildirdi:

«Bakı əhalisinə vəd edildiyi kimi, saniyədə 5 kubmetr su gəlmir. Kaş mənim dediyim proqnoz yalan olaydı. 1 həftə telefonla Bakının bütün rayonlarında yaşayanlardan sorğu götürdük. Amma kəmərin istifadəsindən sonra su təchizatında heç nə dəyişməyib, dəyişə də bilməz. Çünki Bakı kanalizasiyası, su sistemi o qədər suyu qəbul etməyə hazır deyil».

KƏMƏR BAŞLI-BAŞINADIR...

Mirvari xanım daha bir təhlükənin kəmərin qorunmasıyla bağlı olduğunu dedi:

«Kəmər qorunmur. Biz harada istədik, orada müşahidə apardıq. Hətta yoldan təsadüfən keçənlər, balaca uşaqlar belə bunu istədikləri vaxt edə bilərlər. Bəs nə oldu, başqa vaxt terrordan çəkinirik?».

SƏHVLƏR ƏVVƏLDƏN BAŞLAMIŞDI


İqtisadçı ekspert Rövşən Ağayev 2006-cı ilin yayında layihəyə qəfildən start verildiyinə və icrasına tələm-tələsik başlandığına diqqət çəkdi:

«Layihənin icraçıları işi qeyri-şəffaf apardılar. Dünya təcrübəsində belə böyük layihələrin tenderi məlumatlandırma kampaniyası ilə, hətta televiziya vasitəsi ilə aparılır. Bizdə isə hər şey qapalı və sürətlə oldu. Layihənin nə dərəcədə effektiv olacağı ilə bağlı tələsik qərarlar verildi. Prosesə vətəndaş cəmiyyəti cəlb olunmadı. Layihənin icrası zamanı keçirilən monitorinqlərdə hökumət özü maraqlı olmalıydı, özü bu prosesə pul ayırmalıydı».

QRAFİK GİZLİ SAXLANILIR VƏ YA BƏLKƏ ...

R. Ağayev layihə başlayarkən onun haqqında ictimaiyyətə ətraflı bilgi verilmədiyini də vurğuladı:

«Hər mərhələdə hansı işlər görüləcəyi elan olunmalı idi. Layihənin 2008-ci ilin mayında təhvil verilməsi nəzərdə tutulmuşdu. Artıq 2011-ci ildir, amma insanlar hələ də bu kəmərdən istədiyini ala bilmir. Çünki iş qrafiki gizli saxlanılır. Bəlkə də heç o qrafik
Rövşən Ağayev
işlənməyib?».

KƏMƏR ÇƏKİLİR, BAKI DİNCƏLİR...

İqtisadçı-ekspertin fikrincə, bu proses başlayanda, Bakıya suyun gətirilməsi ilə paralel olaraq şəhərdə infrastruktur qurulmalı, xətlər çəkilməli, təmir olunmalı, əlavə su anbarları tikilməli idi:

«Təsəvvür edirsinizmi, 2006-cı ildən 2010-cu ilə qədər kəmərin çəkilməsi prosesi gedib, amma Bakıda 2009-cu ildən iş başlayıb... «.

R. Ağayev qeyd edir ki, hökumət kəmərin istifadəsindən sonra nələrin dəyişəcəyini elan etməli idi:

«Bakının ərazisi üzrə şəffaf şəkildə analiz verilməliydi ki, həmin dövrdə su təchizatı necədir? Daimi su alanlar nə qədərdir, saathesabı alanlar nə qədərdir? Adambaşı su istehlakı Bakıda necə dəyişir? Bir xəritə də əlavə olunmalıydı ki, su gələndən sonra vəziyyət necə dəyişəcək? Odur ki, infrastruktur hazır olmadığından, özləri də etiraf edirlər ki, saniyədə 5 kub yox, 2 kub qəbul etməyə məcburuq».

1 KM-İN DƏYƏRİ 3 MİLYON MANAT?!

R. Ağayev 1 km-ə xərclənən vəsaitin 3 milyon manat civarında olduğunu da xatırlatdı:

«Bu çox böyük vəsaitdir. Böyük tədqiqat aparmadan da, bu vəsaitin real dəyərindən yüksək olduğu görünür. Amma mən məsələnin bu cəhətinə diqqət çəkmək istəyirəm ki, işlər planlaşdırılmamış, ciddi hesablamalar aparılmadan həyata keçirilib. Odur ki, layihənin taleyi ilə bağlı narahatçılıqlar var».

--Rövşən Ağayev kəmərin hər km-nə bu qədər vəsait xərclənməsini nə ilə izah etdi?

--Vəsaitlərin xərclənməsi ilə bağlı dövlət orqanlarına müraciətə necə cavab verildiyini dedi?

--Mirvari Qəhrəmanlı 1 milyard manatlıq kəmərin ilk baxışda nəyə bənzədiyini söylədi?

--Məhkəmə çəkişmələrindən nələr danışdı?

--Kəndlilərə torpaq verəcəkləri haqqında sözü kim tutmadı?

--Kəndlilərin 4-5 ildir məhsuldan məhrum olmasının əvəzini kim verməlidir?

--Su kəmərində xlorlayıcı qurğular olmalıdırmı?

--Mirvari Qəhrəmanlı Qəbələ ilə Oğuzun kəndləri arasında hansı böyük fərqlərdən danışdı?

-- «Azərsu»nu nədə suçladı?

Qeyd: «Azərsu» Açıq Səhmdar Cəmiyyəti verilişə nümayəndə göndərəcəyini desə də, vədinə əməl etmədi.

XS
SM
MD
LG