Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:16

"Parlament kubokun"da 12 dövlət qurumu iştirak edir


Bakıda qeyri-adi futbol turniri keçiriləcək. “Parlament kuboku-2011” yarışında dövlət qurumlarının işçilərindən ibarət futbol komandaları güclərini sınayacaq.

Bu haqda xəbər verən APA yazır ki, Milli Məclisdə futbol turnirində iştirak edən 12 komanda arasında püşk atılıb. Hər birində 3 komanda olan 4 qrup yaradılıb. Qrup yarışmasının qalibləri yarımfinala çıxaraq kubok uğrunda mübarizəni davam etdirəcək.

2-ci dəfə keçirilən “Parlament kuboku-2011” mayın 11-də Bakı dövlət universitetinin idman kompleksində start götürür.

Püşatmanın nəticələri belədir:

A qrupu

1. Milli Məclis
2. Konstitusiya məhkəməsi
3. Xarici işlər nazirliyi

B qrupu

1. Prezident administrasiyası
2. Rabitə nazirliyi
3. Ali Məhkəmə

C qrupu

1. Vergilər nazirliyi
2. Ekologiya nazirliyi
3. Nəqliyyat nazirliyi

D qrupu

1. Ədliyyə nazirliyi
2. Səhiyyə nazirliyi
3. İqtisadi inkişaf nazirliyi
XS
SM
MD
LG