Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:20

Suriyada daha 21 etirazçı öldürüldü


Suriyada daha 21 etirazçı öldürüldü, Avropa Birliyi isə sanksiyaları razılaşdırdı

Avropa Birliyi Suriyaya sankyilar qoyur. Mayın 6-da Brüsseldə əldə edilən razılaşmaya görə, Avropa Birliyi ölkələri Suriyaya silah satışının qarşısını almaq, bu ölkəyə aid hesabları dondurmaq və 13 rəsmiyə viza qadağa qoymaq qərarına gəlib.

27 ölkə başçısının təsdiqləməsindən sonra sanksiyalar qüvvəyə minəcək. Gələn həfdtədən tətbiq edilməsi nəzərdə tutulan sanksiyalar prezidetn Bashar al-Assada aid olunmayacaq.

Mayın 6-da bütün Suriyada minlərlə adam Cümə namazından sonra yenidən hökumət əleyhinə etirazlara çıxıb.

Şahidlərin məlumatlarına görə, yüzlərlə adam təhlükəsizlik qüvvələri və ordunun təqiblərinə baxmayaraq, “İstefa” tələbiylə paytaxt Dəməşqin mərkəzində yürüş keçiriblər. Dəməşqdə, Homs və Hama-da etirazçılara atəş açılıb. Ümumilikdə 21 nəfər həlak olub.

Suriya hökuməti hələ həftənin əvvəlindən cümə gününə planlanan etirazların qarşısını almaq üçün iri şəhər və qəsəbələrdə təhlükəsizlik qüvvələrini yeridib, həbslərə başlamışdı.

Bu gün həbslər davam edib, müxalifət liderlərindən Riad Seif və Dəməşqin dini lideri həbs olunub.

Mart ayında hökumət əleyhinə etirazlar başlayandan bu yana 560 etirazçı öldürülüb. Etirazçıların hakimiyyəti atasından təhvil alan Prezident Bashar al-Assadin hstefasını tələb edir.


***


Suriyada qoşunlar Tel şəhərciyində nümayişçilərə atəş açıblar.

Homs şəhərində 5 nümayişçi öldürülüb.

Dəməşqdə müxalifət lideri Riad Seif həbs olunub. O, məsciddən çıxanda həbs olunub.

Dəməşqin ətrafındakı Saqba rayonunda təxminən 2 min adam “Hakimiyyətin getməsini xalq istəyir”, “Tutulanlar azad olunsun” kimi şüarlarla yürüş ediblər.
Onlar paytaxta yürüş etmək istəyirdilər. Ancaq yolları qoşunlar başlayıb.

Cümə günü Suriyada namazdan sonra kütləvi aksiyalar keçirilir. Ancaq aksiyalar yerli xarakter daşıyır. Hakimiyyyət müxtəlif rayonlardan olan aksiyaçıların bir yerə gəlib, yüz minlik nümayişdə birləşməsinə imkan vermək istəmir.

Cümə namazından qabaq Suriya hakimiyyəti ölkənin mərkəzində və sahil zolağında təhlükəsizlik qüvvələrini yerləşdirib.

Güc nümayiş etdirən hakimiyyət son iki gündə Homs, Rastan və Banias şəhərlərində küçələrə tankları çıxarıb.

NARAZILIQ ŞƏHƏRİ MÜHASİRƏDƏDİR

Eyni vaxtda hakimiyyət Deraadan qoşunları çıxarmağa başladığını bildirib. Ancaq yerli sakinlər deyirlər ki, şəhər mühasirə vəziyyətində qalır.

Keçən həftə prezident Bəşər Əsəd Deraa şəhərinə qoşun yeritdi. Onun qardaşı Mahir Əsədin başçılıq etdiyi diviziya Deraanın köhnə kvartalını bombardman etdi.

Qoşunlar paytaxt Dəməşqin ətraf rayonlarında da yerləşdirilib.

AZI 560 ÖLÜ...

Yerli insan haqları təşkilatlarının məlumatına görə, Suriyada etirazlar başlanandan azı 560 adam öldürülüb.

“İnsan” adlı yerli insan haqları qrupunun məlumatına görə, təkcə Deraada tutulanlar 800 nəfərdir.
“İnsan”ın icra direktoru Vissam Tarif deyib ki, ölkə üzrə indiyə kimi 8 min adam tutulub və indi onlar həbsxanadadır.
Rəsmilər tutulanların sayının 2 min – 4 min arasında olduğunu bildirirlər.

New York Times qəzeti yazır ki, cümə namazı ərəfəsi Dəməşqin Saqba rayonunda təhlükəsizlik qüvvələri evbəev gəzərək nümayişə çıxa biləcək oğlanları və kişiləri tutub aparıblar. 18-dən 50-yədək yaşı olan 286 adam tutulub.
Fəallar qəzetə deyiblər ki, bu, gözqorxutma kampaniyasının tərkib hissəsidir.

HAKİMİYYƏT VƏTƏNDAŞIN GÖZÜNDƏN DÜŞÜR

Cümə günü etirazlarında iştirak etmək istəyən bir həkim Reutersə deyib ki, “günahsıza-günahkara baxmadan öldürmək, qeyri-insani həbslər hakimiyyəti orta suriyalının gözündən salır”.

“Bu rejimin sabitliyin təminatçısı olması təbliğatı da daha işləmir”.

Amerika hökumətinin rəsmisi New York Times qəzetinə deyib ki, “kütləvi həbslər hökumət əleyhinə olmayan adamları da hökumət əleyhdarına çevirir”.

Qəzet yazır ki, yerlilərin dediyinə görə, hakimiyyətin dayağı ələvilərdir. Hakimiyyət ələvilər yaşadığı regiondan adamları avtobusla nümayişlər olan şəhərlərə gətirməyi planlaşdırır.

Ancaq hakimiyyətin təşkil etdiyi son belə hökumətpərəst nümayişlər ətrafdakıların qəzəbini doğurur və hökumətin nə qədər populyar olmadığını göstərir.

AVROPA BİRLİYİ SANKSİYALARA BAXIR

Frans Press agentliyinin məlumatına görə, hazırda Avropa Birliyi Suriya prezidentinin və 15 rəsmisinin hesablarını dondurmaq, onların Avropa Birliyinə səfərlərinə qadağa qoymaq ətrafında müzakirələr aparır.

Avropa Birliyi ilə Suriya arasında qiyməti 210 milyon avro olan əməkdaşlıq proqramları da dayandırıla bilər.

Bugünkü aksiyalardan çəkilib Youtube saytına yüklənmiş video. (AzadliqRadiosu olaraq bu videonun məzmununu dəqiqləşdirmək imkanına malik deyilik)
XS
SM
MD
LG