Bazar günü Tunis paytaxtında polis hökumət əleyhinə etiraz aksiyası keçirən gənclərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Müvəqqəti hökumət əleyhinə etirazlar keçən həftənin ortalarından başlayıb. Şənbə günündən isə paytaxtda komendant saatı tətbiq olunur.
Tunisin müvəqqəti hökumətinin başçısı Beji Kaid Sebsi bildirib ki, yeni konstitusiya ilə bağlı iyulun 24-ə təyin olunmuş seçkilər təxirə salına bilər. O bunun texniki səbəblərlə bağlı olduğunu bildirib.